251
Bəzi sevgilər sevgiyə xəyanətdir
251
İÇİNDƏKİLƏR
Ön söz ........................................................................................ 4
Bukre ......................................................................................... 6
Vəba busəsi ........................................................................... 169
Salam övlad .......................................................................... 172
Aşağı məhəllənin dəcəl uşağı ............................................ 176
Uyğun bir eşqdə gülən olacaq ........................................... 179
Yalançıya ............................................................................... 183
Darıxdığıma .......................................................................... 186
Unudulmayana .................................................................... 189
Qalana ................................................................................... 193
Gedənə .................................................................................. 196
Sahildə ................................................................................... 199
Can yaram ............................................................................. 203
Duyğusuzluğa məğlub olan ............................................... 211
İntiqam .................................................................................. 214
Getmək .................................................................................. 218
Unudulan .............................................................................. 221
İçindən ................................................................................... 225
Fazil ....................................................................................... 228
251
ÖN SÖZ
Yazdıqlarımda çarəsizliyinizə çarə axtarırsınız; halbuki mən çarəsizliyimdən yazıram, sizsə onları çarə sanır-sınız.
Eşq miras deyildir və heç kimdən heç kimə qalmaz.
Həyat verilməmiş bir sözü tutmaqdır. Bəzisi yazar, bəzisi yaşayar. Yəni onu demək istəyirəm: elə bir söz yazarsan ki, bütün bir həyatı anladar, elə bir həyat yaşayarsan ki, yanında bütün sözlər mənasız qalar.
251
251
BUKRE
(Bir zamanlar mənim olan əllərin, indi niyə ellərin?)
251
251
1
Gizli yalanlar sevdiyin insanı”əzmədən”çeynəməkdir
Neçə dəfə əzildiyini heç bilmirdi Bukre. Eşqin balaca qızıydı o… İstanbulun dar küçələrində, bir az əvvəl öyrəndiyi və onu məhv edən acı həqiqətin təsiriylə səndələyir-di. Yanındakıyla birlikdə yaşadığı iki nəfərlik yalnızlıqdı artıq onunku… Ayaqları yeriyirdi sadəcə. Özü isə arxada qalmışdı çoxdan. Axşam idi. Bir az əvvəlki söhbət beyninin içində dayanmadan təkrarlanırdı. Sitəm dolu səsiylə
son nəfəsinə qədər hayqırmışdı onu tərk edənə… “Ən ağrılı olan nədir, bilirsənmi?, – demişdi, – sənə heç sahib olamadığımı yalnız səni itirəndə başa düşməyim!”
Hirsi nəfəsi ilə birgə çıxırdı sinəsindən. Davam etdi qəzəblə. “Sən demə, hər şeyimmiş kimi davranan sən, heç bir şeyimmişsən! Əslində, heç bir şeyimi itirdim mən!”
Bir uşağın bütün dünyaya küsməsi üçün bircə oyun-cağının qırılması yetər. O küskün uşaqlardan idi indi Bukre. Qırılan oyuncağını gözləriylə təmir etməyə çalışırdı… Baxışlarını bir nöqtəyə zilləmiş olsa da, yanından keçən çarəsiz insanları görürdü. Axşam düşmüşdü. Bəlkə
bir azdan yağış da yağacaqdı. Həyat davam edirdi. Həyat “davam edərək” hər şeyi bitirməkdəydi. Bukre bunu acı bir təcrübə ilə yenidən öyrənməkdəydi. Amma öyrən-diklərini heç əzbərləyə də bilmirdi…
251
Qəlbi harda dayanacağını bilməyən avtobus kimiydi.
Axşam idi. Və axşam ağlamaq üçün yaxşı səbəb ola bilərdi. Əsəbiləşirdi Bukre. Hər şeyə, hər kəsə… Ən çox da özünə… Həyat nə qəribədir. İnanmadan güldüyümüz zarafat kimidir. Bukre qarşılıqsız sevmişdi və bunun qarşılığı elə qarşılıq ala bilməmək idi. Amma olsun! O sevilməməyə də razı idi sevərkən… Onsuz da hər zaman belə se-vərdi… Sadəcə, qəbul edə bilmədiyi şey ehtiyatda sax-lanıldığını bildiyi halda incimədən gözləyərkən aldadıl-maq idi! Alçaqlıq heç vaxt bu həddə qədər yüksəlməmiş-di. Gizlicə aldadılmışdı. Sanki aldatmağın açıq-aşkar olanı da var imiş? Əzilmişdi – tapdalanmadığı halda…
Səssizliyə qapılmışdı uzun müddət. Əlindən gəlməyən dilindən də gəlmirdi. Və indi yolunu gözlədiyi onu tərk edirdi. Bəlkə də çoxdan getmişdi… Bəlkə də heç gəlməmişdi… Amma indi o ”Gəlməyən” həm günahkar idi, həm də yolçu. Başqa birini seçmişdi. Üzr istəmişdi.
“Mən seçilməyənəm! Bunun üçün məndən üzürmü istəyirsən?”– deyə hayqırmışdı Bukre. Cavab ala bilməmişdi. Səsi qısılmışdı. İtirənlərin əvvəlcə səsi qısılır.
Bu ayrılıq daha da böyüdürdü onu. Sevdiyindən yaş-ca kiçik olsa da, sevgisi çoxdan ötüb keçmişdi özünü. O, bapbalaca div idi. Seçilməyən idi. Özünü bir hekayənin sonu zənn edərkən, elə başlanğıcdaca aldadılmışdı.
Dünya artıq onun üçün oyandığı an başlayan qorxulu bir yuxuydu. İndi nə etməliydi? Seçilməmək onu sadəcə
kədərləndirməliydimi, yoxsa öldürməliydimi? İnsan belə
zamanlarda nə hiss etməlidir? Kədərli olmaqdan da betər idi duyğuları, amma ölümdən də uzaq idi. Yarımçıq, itkin 251
və sahibsiz kimiydi. Sadəcə bir əşya tək yerindəcə donub qalmışdı.
Axşam idi. Kədərliydi. Kədəri sevildiyini sandığın-dan deyil, sevilmədiyinə yandığından idi…
Halbuki heç bir günahı yox idi. Eşqin bir gözləmə
otağı var. Orada oturub növbəsini gözləyirdi Bukre. Sevdiyi adamın ona gəlməsini… O adam, aradabir otağın qapısından baxır və gülümsəyirdi. СКАЧАТЬ