Qum fırtınası. Джеймс Роллинс
Чтение книги онлайн.

Читать онлайн книгу Qum fırtınası - Джеймс Роллинс страница 14

Название: Qum fırtınası

Автор: Джеймс Роллинс

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ onun əzabına son qoyacaqdı və bununla da ov bitəcəkdi.

      O, gizlənməyə çalışır! – atası qışqırdı. O, qaçıb burulğana çatmaq istəyir.

      Onun motosikli sürətlə ötüb keçdi. Kara sükana tərəf əyilərək qaza basdı. Onlar yaralı heyvanı qovmağa başladılar. Ümidsizlik buğaya yeni güc verdi.

      Antilop axsaya-axsaya burulğanın kənarı ilə qaçıb onun mərkəzinə yönəldi. Cənab Recinald söyərək təqibi davam etdirdi. Kara çalışırdı ki, atasından geri qalmasın. Yel çalasına yaxılaşarkən onlar qumda dərin çuxur gördülər. Bu vaxt hər ikisi qəflətən əyləci basıb düz onun kənarında dayandılar. “Qum iblisi” çuxurun mərkəzində fırlanıb qumları havaya tolazlayaraq, sanki, səhranın dərinliyinə baş vurmaq istəyirdi. Toz sütununun diametri əlli yarddan az deyildi. Çalanın yuxarı hissənin diametri isə təmiz dörd mil uzunluqda idi. Sanki, səhranın ortasında vulkan burum-burum qalxırdı.

      “Qum iblisi”nin kənarları tutqun, boğuq, mavi qığılcımlarla əlvanlıqla bəzədilmişdi. Burağanın içində statik elektrik guruldayırdı. Belə bir hal yalnız səhralardakı qum qasırğalarına xas olan bir təzahür idi. Kara havada kəskin ozon qoxusunu hiss etdi. Atası çalanın boğazına işarə etdi.

      – Budur!

      Qız nəzər yetirdi. Antilop çuxurun dibində axsayaraq mərkəzdə fırlanan sıx tozanaq dirəyinə yaxınlaşdı.

      – Karabini hazırla! – atası qışqırdı.

      Kara yerində elə donub qaldı ki, barmaqlarını da tərpədə bilmədi. Buğa axsaya-axsaya “Qum iblisi”nin qırağına qədər süründü. Onun dizləri əyilmiş, ayaqları əsirdi. Heyvan son gücünü toplayıb qum qasırğasında gizlənməyə çalışırdı.

      Cənab Recinald söyərək motosikli qum yamacından aşağı buraxdı. Kara qorxudan donaraq alt dodağını dişlədi və atasının arxasıyca getdi. Motosikl aşağı üz tutan kimi o, çuxura dolmuş statik elektriki hiss etdi. Onun dərisindəki tüklərin biz-biz olması, paltarının çırtıldatması ancaq qorxusunu artırırdı. Qız sürəti azaltdı.Bu zaman motosiklin arxa təkərləri dərin quma ilişib qaldı.

      Çuxurun dibinə düşərək dayanan atası qəflətən motosikli elə çevirdi ki, az qala çevrilib arxası üstə düşəcəkdi. Ancaq, cənab Recinald oturacaqda özünü saxlayıb karabini çiyninə atdı. Bərk gurultu səsi gəldi. Kara buğaya baxdı. O, qum qasırğasında gizlənib dumanlı kölgə kimi görünürdü. Qız onun səksənərək yıxılmağa başladığını görə bildi. Öldürücü atəş. Nəhayət, atası antilopu vurmuşdu.

      Kara birdən öz ağılsızlığından xəcalət çəkdi. Qorxunun təsiri altına düşərək o, ovda öz yerini vermişdi.

      –Ata, – qız atasını onun inadcıl praqmatizmi ilə fəxr edərək təbrik etmək üçün qışqırdı.

      Ancaq, sözləri onun boğazında ilişib qaldı. Qum fırtınasından çıxan qulaq batıran gurultu sanki cəhənnəm zülmətindən gəlirmiş kimi havanı darmadağın etdi. Buğanın tünd silueti toz qasırğasının mərkəzində çırpınırdı. Ölən heyvanın boğazından bir inilti qopdu.

      Cənab Recinald motosikldən enməyə macal tapmamış, həyəcanla onu əks tərəfə döndərməyə başladı. O, qızına tərəf çevrildi və qız onun gözlərinin dəhşətdən bərəldiyini gördü.

      – Kara! Canını qurtar! Qaç burdan!

      Qız yerindən tərpənmədi.

      – Nə baş verir?

      Birdən ölümqabağı gələn inilti səsi şamın qəflətən söndüyü kimi yarımçıq kəsildi. Hava oda verilmiş yun və yanmış ətin iyrənc qoxusu ilə doldu. O, Karaya kəməndi atıb, çaladan çıxmağa çalışırdı. Qız boğulurdu. Atası dərinlikdə ilişib qalmış motosikllə hey əlləşirdi. Cənab Recinald tələyə düşmüşdü. O, yerində donub qalan qızına yenə də qışqırdı.

      – Kara, qaç!

      Atası sözlərini xüsusi vurğulayaraq, ona əl yellədi. Onun qaralmış üzü ağappaq ağarmışdı.

      – Əzizim, qaç!

      Kara bu zaman qumun hərəkətə gələrək tərpəndiyini gördü. Əvvəlcə bu sadəcə təkan idi, sanki cazibə qüvvəsi qəflətən güclənmişdi. Qum hissələri su axınına qarışıb “qum iblisinə” sarı ilan kimi qıvrılaraq yerindən oynayaraq aşağı çökürdü.

      Cənab Recinald qaz dəstəyini axıra qədər burdu. Təkərlər qumluqda ətrafa toz səpələyərək çox bərk fırlanmağa başladı.

      – Lənət şeytana, qaç! – o qışqırdı.

      Qız diksindi. Atası nadir hallarda ona səsini qaldırırdı və heç vaxt da onun səsində qeyri-iradi təlaş olmamışdı. Kara qaz dəstəyini fırlatdı, motosiklin mühərriki bərk guruldadı. Qız dəhşət içində toz dirəyinin olunmaz halda qum axını ilə qidalanaraq diametrinin genişləndiyini gördü. Onun kənarı cənab Recinaldın motosiklinin ilişdiyi yerə tərəf irəliləyirdi.

      – Ata, – Kara atasını qorumaq niyyətilə qışqırdı.

      – Qaç, mənim balam.

      Axır ki, iradəsinin səyi nətcəsində motosikli azad etməyə nail ola bildi. Oturacağa atılan cənab Recinald sərt şəkildə döndü. Kara onun göstərdiyi kimi hərəkət etdi. O, elə yerindəcə çevrilərək qaza basıb yamacla yuxarı sürdü. Təkərlərin altından sıçrayan qumlar onu arxaya elə çəkib aparırdı ki, sanki, onu dibinə soran burulğana düşmüşdü. Qız qum seli ilə mübarizə aparmaq üçün bütün sürücülük qabiliyyətindən yararlanmağa çalışırdı.

      Böyük çətinliklə kasanın kənarına çatdıqdan sonra, Kara geriyə çevrildi. Atası hələ də çalanın dibində qalmışdı, onun kirli sifəti tər və toza batmışdı, gözləri isə dalğın halda qıyılmışdı. Qum dirəyi coşaraq nəhəng, qığılcım saçan statik elektriki ilə yaxınlaşırdı. Onun özülü demək olar ki, bütün çala boyu şaxələnirdi.

      Kara baxışlarını yayındırmaq gücündə olmadığını anladı. “Qum iblisinin” daxilində zülmət artaraq, daha qara və görünməz olaraq qatılaşırdı. Elektrik qığılcımları qaranlığı yarmağa nail ola bilmirdilər. Havadan hələ də yanmış ət qoxusu gəlirdi. Qız dəhşət içində bələdçinin xəbərdarlığını xatırladı. Qara kabuslar… nəsnaslar.

      – Ata!

      Onun atası qum cərəyanının dərinliyində daha güclü axında ilişib qaldığına görə, yaxınlaşan təhlükədən qaça bilmədi. Toz dirəyinin genişlənən kənarı onu haqladı. Cənab Recinaldla qızının baxışları görüşdü və onun gözlərində ifadə olunan qorxu daha çox qızına görə idi.

      – Qaç! – onun dodaqları СКАЧАТЬ