Dərinlik. Джеймс Роллинс
Чтение книги онлайн.

Читать онлайн книгу Dərinlik - Джеймс Роллинс страница 12

Название: Dərinlik

Автор: Джеймс Роллинс

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ xışıltı kəsildi və Lizanın səsi eşidildi:

      – Cek, cavab ver! Eşidirsən bizi?

      O, fırlanma zamanı yerə düşən mikrafonu bərkitdi və

      xırıltılı səslə cavab verdi:

      – Hə, hər şey qaydasındadır.

      – Cek, sən hardasan?

      Lizanın rahatlanmış səsi ona bir içim sərin su kimi xoş təsir bağışladı.

      Cek dərinlikölçənə baxdı. 220 fut! O, inana bilmirdi ki, gəmi 1000 futdan yuxarı məsafəni bu cür tez qət edə bilib.

      Əgər kabinanın hermetikliyi və onun içə-risindəki kompres-sorların daimi təzyiqi eyni atmosferada saxlaması olmasaydı, kesson xəstəliyi onu çoxdan öldürmüşdü.

      Təxminən 3 dəqiqə sonra suyun üzündə olacam.

      Cek üzünü turçudaraq kompasa baxdı. Kompasın oxu dayanmadan fırlanırdı. Cek nə qədər əlləşdisə, kompası düzəldə bilmədi. Onda Cek mənasız cəhdlərdən əl çəkib, mikrofona dedi:

      – Mənim kompasım işləmədiyinə görə, harada yerləşdiyimi bilmirəm. Amma suyun üzünə çıxan kimi, mayakı yandıracam ki, yerimi biləsiniz.

      – Özün necəsən? Zədə almamısan ki?

      Bir az sıyrılmışam və əzilmişəm – amma ümumiyyətlə

      normadayam. əlaqəyə çarli girdi.

      Altında vulkan partlayan adam üçün, səsin o qədər də

      pis gəlmir. Bəxtim gətirib ha! Necə də həmin vaxt yanında olmaq istəyərdim.

      Cek gülümsündü. Yeni sualtı vulkanın doğulmasının şa-hidi olmaq, hər bir geoloqun saf arzusudur.

      45

      Cek əlini zərbədən şişmiş başına qoyub, ağrıdan üzünü turşudaraq dedi:

      İnan Çarli, mən də özümdən çox, burada sənin olmağını istərdim.

      – Bəs “Kayu-Maru” nə oldu? – deyə digər müsahib ümidli bir səslə soruşdu:

      Cek təəccübləndi. Bu tarixçi, xəritəşenas, öz gəmi kitab-xanasını nadir hallarda tərk edən professor Corc Kleyn idi.

      Ani çökən ümidsizlik ucbatından, Cek iniltili səslə dedi:

      – Çox heyif, dok. Atrıq “Kayu-Maru” və qızıllar yoxdur.

      Corc bir qədər susdu və sonra məyus halda bildirdi:

      – Nə etmək olar, onsuz da biz “Kayu-Maru”nun yükü haqda dəqiq informasiyaya malik deyildik. Yaponlar tez-tez qızıl daşınmasını gizlətmək üçün, gəmi sənədərini saxtalaş-dırırdılar.

      – Yox, məlumat dəqiq idi – deyə Cek Okean dibindəki qızıl külçələri yadına salıb, tutqun halda cavab verdi.

      Mikrafonda yenidən Çarli idi.

      – Ey Cek, deyəsən zəlzələ tək səni titrətməyib. Dünyanın hər yerindən məlumatlar gəlir: zəlzələlər, vulkan püskürmələri bütün sakit Okeanı bürüyüb – bir sahildən o birinə.

      Cek alnını qırışdırdı. O vaxtdan bəri, o bütün dünya in-sanlarını, sualtı dünyaya dəyişmiş və onu planetin digər hissəsində olan həyat narahat etmirdi. Zəlzələ onu yalnız itirilmiş qızıllara və ola bilərdi ki, gəmiyə görə narahat edə bilərdi.

      – Əlaqəni kəsirəm, – deyə Cek ağır nəfəslə dedi: – Bir dəqiqə sonra suyun üzündə olacam.

      Suyun rəngi yavaş-yavaş açılırdı və tezliklə “Naitulus”un günbəzi sudan çıxdı. Dərin zülmət qaranlığından sonra, Günəş işığı cekə pis təsir etdi və o, gözlərini qıydı. Qərbə doğ-ru 46

      dəniz dalğalanır və tüstüləyir, cənub-şərqə doğru isə qara nöqtə görünürdü. Bu görünən qara nöqtə “Fathom”idi.

      Cek məlumat göndərmək üçün qəza düyməsini basdı, mayakı işə saldı və kresloya söykənib gözləməyə başladı. Bir neçə dəqiqədən sonra, onun diqqətini düz “Naitulus”un üzərində parlayan bi işıq cəlb etdi. Cek kreslodan dikəldi və

      pultu əlinə götürərək, hər iki manipulyatoru sudan çıxardı.

      Cek polad qısqacların sıxıldığını görüb, ah çəkdi:

      – Ola bilməz!..

      Qayığın “mexaniki əlləri”ndə sıxılıb qalmış iki böyük külçə, hamar səthindən dəniz suyu axaraq, görsəndi. Cek vul-kandan bir neçə saniyə əvvəl anbardan götürdüyü bu külçələr barədə tamamilə unutmuşdur. Gəmi yuxarıya qalxan zaman, Okean suları külçələri palçıqdan təmizlənmiş və xoş-bəxtlikdən hidravlik qısqaclardan qopara bilməmişdir.

      Cek sevincək fit çaldı.

      – Həyat axarıyla gedir!

      Yenidən xəttə Corcun səsi eşidildi.

      – Cek, biz göndərdiyin siqnalı aşkar etdik.

      – Əla! – deyə sevincək cavab verdi. – Mənim gəlişimə, çalışın soyuq şampan olsun.

      – Hm.... Yaxşı – deyə Corc açıq-aydın heyrətlə cavab verdi – Mənə elə gəlir ki, sən bu barədə bilməlisən, indicə

      “Globalstar” adlı sputnik kanalı ilə əlaqəyə girmişik.

      Cek sanki reallığa qayıdıb, alnını qarışdırdı və soruşdu:

      – Kimdir, Daha dəqiq de!

      – Admiral Mark Xyuston.

      Onun donanma xidmətindəki keçmiş komandiri! Elə bil Ceki günəşin kələfi vurdu.

      – Nə? Ni.... Niyə?

      47

      Həyəcandan hətta kəkələməyə başladı. O, ümid edirdi ki, həyatı boyu bu adamın adını eşitməyəcək. Axı, o keçmiş həyatı geridə qoymuşdur!

      Admiral bizə koordinantları verdi və əmr etdi ki, buradan 400 mil o tərəfdə irəliləyək.

      – Nə əmr etdi, – deyə cek hirsindən yumruğunu sıxdı –

      Ona de ki, əmrləri başına dəysin.

      Indi isə Corc onun sözünü kəsdi:

      – Cek, СКАЧАТЬ