mat qalırsan, onlar özləri də özlərinə təəccüb eləyirlər, st-ress situasiyasında onların hərəkətləri, eynən bizimki kimi, öncəgörülməyəndir; bəlkə, elə buna görə onlardan zəhlə-miz gedir.
Məncə, Enceli mənim arxamca bura köçməkdən daşın-dıran da onlardır. Evə hər dəfə gəldiyimdə, baqajımda onlardan gətirəcəyimdən qorxur. Özü isə şəhərə gəldikdə mənimlə birlikdə bir şey içmək üçün yanıma qalxdığı zaman, əyləşməzdən qabaq, divarlara, tavana, döşəməyə göz gəzdirir. Bəlkə, onlar onun gözünə nə qədər tez-tez görünsələr, o da onlara bir o qədər çox öyrəşərdi. Ancaq inanmağım gəlmir: Encel dəhşətli dərəcədə vasvasıdır, beləsi yer üzündə görünməyib; hətta Təbiət özü onun amansız səliqə-sahman sevgisi qarşısında acizdir, o, daima nəyisə təmizləyir, kəsir, qırxır, dik çıxan hər şeyi çapmaq onun xoşuna gəlir –
özüm dəfələrlə ona bu haqda eyham vurmuşam; ancaq əs-1 Eyniadlı filmin qəhrəmanları.
10
lində, onun evində, kainatın səliqə-sahmanı o dərəcəyə çat-dırılıb ki, pintiliyə burada sadəcə şans tanınmır, o, rüşeym ikən kəsilib atılır. Mən yarımçıq içdiyim qəhvə fincanını göydə qapmalı oluram, yoxsa masadan uçub gedər, qala-ram baxa-baxa. Öz nahar boşqabımı bir an əldən buraxma-mağa, açılmamış poçtu zibil qabından çıxarmağa, səhər qə-zetini sinəmə sıxmağa artıq öyrəncəliyəm. Pilləkən sürahi-sindən yapışmaqla, onun səhər yır-yığışının tufanında sov-rulmaqdan qurtuluram. Bəlkə, o, məni süpürüb atmaq üçün belə əlləşir? Bir dəfə ötən həftə o, ən yaxşı əhvalda və
xoşbəxt səslə zəng vurub bildirdi: usta indicə ayaqyolunda yeni anaerob bakı quraşdırıb. Onun sevincini paylaşmaq üçün ürəyim atlandı. Dedim: gəl bu münasibətlə böyük qonaqlıq düzəldək, qonaqlar da bir-bir tualetə keçib, həm də
yeniliklə tanış olsunlar.
Səhər açılandan bu ağ şapkalı adamlar taxtabənd qu-rurlar. Özü də qarşı evin üzərindəki “Yunayted tred milz”
lövhəsi bərabərində. Uzaqdan rəngsazlara bənzəyirlər, am-ma bunlar rəngsaz deyillər – onlar kərpic divara nəsə çalır-lar.
Dünən axşam Pol, Bricitin ad günü münasibətilə nahar verdi. Sevir onu, amma subaylığın daşını atmağa tələsmir.
Pol – kino ssenariçisidir və Bridjiti də məhz aktrisa olmadığı, teatrla bağlantısı və ssenari yazmaq, film çəkmək kimi bir iddiası-filanı olmadığı üçün sevir. O, “Teksarkana”da masa sifariş edib, çünki Teksarkana şəhəri onun doğma Ye-ni Orleanı ilə demək olar ki, yan-yanadır. Bricitin gözləri yaşıl, saçı kürəndir, o, orada, Güneydə demokratik partiya-dan olan siyasətbazlarla curluq eləyirmiş. Atı at yanına bağlarsan, həmrəng olmasa da, həmxasiyyət olar. O, boğça-sında bizim üçün lətifə saxlamışdı:
11
– Qadına … nə üçün gərəkdir? – Biz kirimişcə gözləyir-dik. – Kişidən söz çəkmək üçün!
Encel Bricitin çox cəlbedici olduğu qənaətindədir. Masa arxasında biz üç cütlük idik – üçüncü Freddi ilə Piya idi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.