Yurdunu itirən adam. Дженгиз Дагджи
Чтение книги онлайн.

Читать онлайн книгу Yurdunu itirən adam - Дженгиз Дагджи страница 4

Название: Yurdunu itirən adam

Автор: Дженгиз Дагджи

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Hələ çiyninə gümüş ulduz da vurarlar.

      – Mən sinəmdə alman qəlpəsi daşıyıram, bu, mənə bəs edər.

      Bu sözləri deyəndən sonra üzü saraldı, ağır-ağır gedib yatağının kənarına oturdu, bir siqaret yandırdı. Muhana baxdım. Əlləri titrəyirdi. Otaqda bayaqkı kimi səssizlik hökm sürdü. Beləcə, səssiz-səmirsiz bir-birimizin üzünə baxarkən qapı açıldı, içəri Muhanın dostu Həsən girdi. Həsən bizim tağımdan deyildi. İçəridə nə baş verdiyini anlamaq üçün soruşdu:

      – İgidlər, yasınız düşüb?

      Biz yenə danışmadıq, o da gedib divardan asılmış güzgünün qarşısında dayandı, aşağı əyildi, yağlı, qara saçlarını daradı, papağını taxdı, geriyə – qapıya tərəf addımladı. Sonra təzədən bizə çevrildi, qapıya söykənərək dedi:

      – Bizim gizir stansiyanın yanındakı bir evdə, on altı yaşlı bir qızdan danışır. Yaman şeymiş. Hamımız gedirik. “Siz də gəlin” deyərdim, amma qız bizim kimi sağlam əsgərləri istəyirmiş.

      Muhan dostuna hirsləndi:

      – Çərənləmə, cəhənnəm ol!

      – Getməyinə gedirəm e, Muhan, ancaq təəssüf ki, sizi də dəvət edə bilmirəm. Qılıncbayın təlimindən sonra siz qadına…

      – Nə p…x yeyəcəksənsə, get, ye, haydı, marş!

      – Gedirəm, gedirəm…

      – Bu gecə bu otağa yuyunmadan girsən, özünlə birlikdə yatağını da çöldə tapacaqsan!

      Həsən bir anlıq yumşaldı və sakit səslə dedi:

      – Hirslənmə Muhan, zarafat edirəm, qız zad yoxdu, meyxanaya gedirik, istəyirsənsə, sən də gəl.

      Sözünü bitirib otaqdan çıxdı.

      Göyün üzü açıq mavi rəngdə idi. Yollar toz içində, torpaq çatlamışdı. Qızğın günəşin altında sapsarı təbiət susaraq ayaq səslərimizi dinləyirdi. Qurumuş, çatlamış dodaqlarımız tərpənmirdi. Ağzımızı açacaq halımız yox idi. Alnımızdan, yanaqlarımızdan, açıq sinəmizdən dayanmadan tər axırdı. Bəzən əlimi qaldırıb silmək istəyir, silə bilmirdim. Başımız dimdik, əlimizi, ayağımızı kukla kimi hərəkət etdirərək, irəliləyirdik. Bəli, biz bu gün taxtadan kuklalardıq. Bölüyün yanından, atının üstündə şəstlə dayanan qırmızısifət, qaşları, kirpikləri buğda sarısı rəngində prussiyalı zabitin cansız, hissiz kuklalarıydıq.

      – Eine, zwei. Eine, zwei… Eine, zwei!

      Və addımlarımızın çıxartdığı, ardı-arası kəsilməyən “Rrap, rrap… Rrap, rrap…” səsləri. Bu səslər Lejyonovanın küçələrini doldurduğu kimi, beynimizin içində də guppuldayırdı. Zabitin soyuq və sərt baxışı altında başımız dimdik, heç bir şey düşünmədən elə hey irəliləyirdik.

      – Eine, zwei! Eine, zwei!

      – Rrap, rrap… Rrap, rrap…

      Yolun kənarında büzüşüb yatan köpək artıq bu səslərə öyrəşmişdi. Başını qaldırmır, qulağını şəkləmir, bizim cərgələrimizə tək gözü ilə baxmaqla kifayətlənirdi. Evlərin birinin qarşısında yazıq uşaq iki əlini yumruq edib, göz yaşını silir, boğula-boğula ağlayırdı. Elə bu vaxt qapının arxasından bir əl uşağın yaxasından tutub, içəri saldı. Səs bir anlıq dayandı. Hər yan yenə kimsəsiz, səssiz qaldı… Sanki dünyada təkcə o atın üstündəki zabitin səsi qalmışdı:

      – Eine, zwei! Eine, zwei!

      – Rrap, rrap… Rrap, rrap…

      Qabaqdakı tağımlar sola dönür, yüz ayaqlı əjdahalar kimi, tozlu yola girirdilər. Ürək sıxan ayaq səsləri aləmi bürüyən toz-duman içində yavaş-yavaş uzaqlaşıb eşidilməz olurdu.

      Şam meşəsinin ətəklərinə çatdıq. Hamımız çiyinlərində kilolarla yük daşıyırmış kimi ikiqat əyilərək gedirdik.

      Muhan alnının tərini silərək soruşdu:

      – Ağsaqqal, bizə nə vaxt istirahət verəcəklər?

      Huşnud yarı zarafat, yarı ciddi cavab verdi:

      – Mən nə bilim? Gizir Qılıncbaydan soruş da. O bilər…

      Muhan susdu. Amma bizdən aralıdakı Həsənin vecinə də deyildi. O, bizim manqadan olmadığı üçün sərbəstcə danışa bilirdi. Yavaş-yavaş aramıza soxuldu.

      – Sizin gizir komandirin dostudur?

      – Dostudur, hə… Dünən meyxanada komandirlə rakı içirdi.

      – Rütbəsini qaldıracaqmış.

      – Qızını verməyi vəd eləmədi ki, sizin gizirə?

      – Bax, bunu bilmirəm. Özündən soruş bir.

      Qılıncbay susurdu. Bu gün o, istədiyini edə bilmirdi. Bizim manqa tağımın içində addımlayırdı. Buna görə də Qılıncbay istədiyi kimi hərəkət edə bilmirdi. Amma baxışlarından manqa tağımdan ayrılan kimi nə edəcəyini oxuyurduq. Qaşlarını çatıb, dodaqlarını bərk-bərk bir-birinə sıxmış, qaş-qabağısa yer süpürürdü. Tağımdan ayrılanda… Bunu hamımız yaxşı bilirdik… Amma Həsənin vecinəydimi?

      – Giziriniz ətli-budlu gəncdir, sizi də çox sevir. Bizim gizirə heç bənzəmir. Bizimki çox sərtdi. Dəhşət çox…

      – Biz də onu sevirik.

      Artıq bu sözlərə Qılıncbay dözə bilmirdi. Üzü saralır, elə hey hirsli-hirsli ağsaqqal Huşnudun üzünə baxırdı. Söhbət bir az da uzansaydı, dava düşəcəkdi. Yanımda addımlayan Muhan asta, ancaq amiranə bir səslə dedi:

      – Qocaya əl vursa, onu parça-parça edəcəyəm.

      Bundan sonra Huşnudla Qılıncbayın arasına keçdi. Elə bu an arxamızda bir bağırtı eşidildi.

      – Sağdan düşmən təyyarələri!

      Qaçaraq meşəyə girdik. Hər şey yaddan çıxdı. Bəzilərimiz çuxurlara girmiş, bəzilərimiz dizüstə çökmüş, dayanmadan havaya atəş açırdıq. Bu, bizim üçün həm istirahət, həm də əyləncə əvəzi idi. Həmin gün silahlı təlimlər gecəyə qədər davam etdi. Meşəni “qruplaşmalar”dan təmizlədik. Göydəki günəş qərb üfüqlərini qızıla boyayan vaxtı meşədən çıxdıq. Bölük komandiri tağım komandirlərini çağırıb vəziyyəti izah etdi. (Tağımlara alman çavuşları rəhbərlik edirdi.) Meşədən çıxmağa nail olmuş bir dəstə Lejyonovaya tərəf irəliləyirdi. Tağım dərhal hərəkətə keçdi. Partizan dəstəsi СКАЧАТЬ