Gözqamaşdırıcı zülmət. Артур Кёстлер
Чтение книги онлайн.

Читать онлайн книгу Gözqamaşdırıcı zülmət - Артур Кёстлер страница 4

Название: Gözqamaşdırıcı zülmət

Автор: Артур Кёстлер

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ fırlanaraq astronomik xəritələrin dumanlığına bənzər spirallar yaradırdılar. Bu dumanlıqda nə baş verirdi? İnsanlar Kainatı ətraflı tədqiq edir, amma öz şüurları haqda az şey bilirlər. Yəqin, buna görə yer tarixçilərinin hələ də öncəgörmədə tayı-bərabəri yoxdur. Ola bilsin, sonra, çox sonra tarix statistika cədvəlləri və anatomik sxemlərlə elmə çevriləcək. Onda hansısa xalqın hansısa dövrdəki həyat şərtlərini təsvir edən çox ciddi və qısa riyazi tənliyi lövhəyə yazan müəllim əminliklə şagirdlərinə belə deyər: “Beləliklə, biz hazırkı tarixi prosesi şərtləndirən obyektiv amilləri görürük”. Sonra Rubaşovun təsəvvür etdiyi çertyoju göstərib əlavə edər: “Bu isə XX əsrin birinci yarısında Şərqi Avropada hökm edən totalitar rejimdə onların subyektiv təzahürüdür”. Tarix elmə çevrilməyincə, siyasət qana həris, axmaq sehrbaz və yalançı cindar olacaq…

      Sükutu bərabər addımlar pozdu. Rubaşovun ağlına yalnız bir fikir gəldi: işgəncə. Dərhal dayanıb diqqət kəsildi. Qonşu kameraların birinin önündə addımlar dayandı, açarlar çevrildi və hansısa əsəbi əmrin səsi eşidildi. Sonra yenə sükut çökdü.

      Rubaşov tərpənmədən nəfəsini saxlayaraq özünü birinci fəryada hazırladı. O, əzabdan daha çox qorxu gətirən, adətən ən dəhşətli görünən ilk ah-naləni yaxşı xatırlayırdı. Cəfakeş ağrıdan bağıranda, buna xeyli tez öyrəşirsən, sonra hətta işgəncə metodunun necə dəyişdiyini də – səsin tonu, yüksəkliyi və fəryadın tempindən tapmağa nail olursan. İşgəncənin sonunda insanların bir-birindən necə fərqlənməsindən asılı olmayaraq, özlərini təxminən eyni cür aparırlar: ah-nalə zəifləyib yavaşıyır və xırıltılı zarımaqla əvəzlənir. Bundan bir az sonra qapı cırıldayır, açarların cingiltisi eşidilir və növbəti qurbanın səsi hələ onun qapısı cırıldamamışdan eşidilir.

      Rubaşov kameranın ortasında dayanıb ilk fəryadı gözləyirdi. O, əliylə yavaşca pensnesini silib özünə söz verdi ki, bu dəfə də yalnız doğru bildiyi şeyləri deyəcək. Gözləyirdi, amma sükutu hələ heç nə pozmaq istəmirdi. Sonra açarların cingiltisi, hansısa sözlər və qapı döyülməsi eşidildi. Addım səsləri yaxınlaşır, getdikcə yüksəlirdi.

      O, qapının yanına atılıb gözlükdən dəhlizə baxdı. Əks tərəfdə, 407-ci kamera qarşısında iki silahlı mühafizəçi dayanmışdı, biri hündürboylu idi, açıq-aydın məhbuslardan olduğu bilinən üç balander (həbsxanalarda yeməkpaylayan) vardı – ikisi çayqabı, biri çörək səbəti götürmüşdü. Qoca nəzarətçi isə əzilmiş uzunboğaz çəkmələrdə idi. İşgəncə bitmişdi, səhər yeməklərini paylayırdılar.

      407-ci çörək aldı. Rubaşov onun üzünü görə bilmədi. Yəqin o, təlimatda yazılan kimi, qapıdan bir addım arxada dayanaraq sakitcə əlini uzatmışdı – onlar isə, iki qurumuş ağac kimi alaqaranlıq kameranın kandarında dayanmışdılar. Əllər ovucdan qatlanmışdı. Payını alan məhbus onu qamarladı, əlləri görünməz oldu. Qapısı örtüldü.

      Rubaşov baxışlarını gözlükdən çəkdi. Qeyri-ixtiyari pensnesini əliylə silib yenə taxdı, dərindən nəfəs aldı, ilk səhər yeməyini gözləyərkən, hansısa melodiyanı mızıldayaraq kamerada gəzişməyə başladı. 407-cinin solğun ovcu Rubaşova darıxdırıcı narahatlıq gətirirdi. Bu uzanan əllərin cizgiləri və hətta, göyümtül ləkələr sanki unudulmuş mahiyyət və yaxın limanın qoxusuyla dolmuş dar döngələrin ətri kimi ona tanış idi.

      7

      Kamera qapıları açılıb bağlanırdılar, amma onun yanına hələ heç kim girməmişdi. O, isti çay haqda düşünərək vurnuxub gözlükdən baxdı. 407-cini yemləyəndə Rubaşov qapaqsız çaydandan qalxan parı və yarışəffaf limon dilimlərini görmüşdü. Pensnesini çıxarıb gözlərini gözlüyə dirədi. Ona dörd kamera görünürdü – 401-dən 407-dək. Qapıların üstündən metal perila gedirdi, ondan sonra isə ikinci mərtəbənin kameraları başlayırdı. Sağda yenə balanderlər göründü – belə çıxırdı ki, onlar əvvəlcə təkrəqəmli kameralara, sonra da cütrəqəmlilərə səhər yeməyi paylayırlar. Növbə 408-ci kameraya çatanda Rubaşov yalnız kəmərindən tapança qabı asılmış mühafizəçilərnin çiyinlərini gördü, balander və nəzarətçilər bir az aralı dayanmışdılar. Qapı örtüldü, indi də 406-cıya yaxınlaşırdılar. Rubaşov yenidən çay qabları və çörək səbətləri olan balanderləri gördü. Onlar 406-cının yanından ötdülər, deməli, həmin kamera boş idi. Dayanmadan Rubaşovun yanından da keçdilər, irəliləyib 402-ciyə tərəf getdilər.

      Rubaşov yumruğuyla qapını döydü. Çay daşıyan balanderlər çevrildilər, qərarsız halda bir-birinə baxdılar. Nəzarətçi heç nə eşitmirmiş kimi əlindəki açarları cingildətdi. Mühafizəçilər kürəyini Rubaşova çevirdilər. 402-ci də çörək alandan sonra onlar hamısı getməyə hazırlaşdılar. Rubaşov var gücü ilə qapını döydü, ardınca ayaqqabısını çıxarıb dabanıyla qapıya vurmağa başladı.

      Hündürboy mühafizəçi tələsmədən çevrildi və heç bir üz ifadəsi olmadan arxaya baxdı. Nəzarətçi kameranın qapısını möhkəm vurdu. Çay daşıyan balanderlər bir saniyəlik ləngidilər. Mühafizəçi nəzarətçiyə əmr etdi, o da çiyinlərini çəkib Rubaşovun kamerasına doğru yönəldi. Çay daşıyan balanderlər də onun arxasınca düşdü, amma üçüncüsü gözlüyün yanına tullanıb 402-ci otaqdakına nəsə dedi.

      Rubaşov qapıdan bir addım kənara çəkildi, amma birdən nəyə görəsə səhər yeməyini ürəyi istəmədi. Fincandakı çay daha buxarlanmırdı, solğun-sarımtıl lehmədəki limon dilimləri isə nəhayətdə ona zəhrimar və selik kimi göründü.

      Qapının kilidində açar fırlandı, gözlükdə insan gözü görünüb dərhal da yoxa çıxdı. Qapı açıldı. Rubaşov bu müddət ərzində yatacağa oturub çıxardığı ayaqqabısını geyinirdi. Nəzarətçi qapını geniş açdı, hündürboy mühafizəçi kameraya girdi. Onun yumru daz başı və heç nə ifadə etməyən baxışı vardı. Uzunboğaz çəkməsi və geyiminin dəri kəməri sıx idi, Rubaşova elə gəldi ki, təzə dərinin boğucu qoxusunu duydu. Mühafizəçi unitazın yanında dayanıb tələsmədən darısqal kameraya göz gəzdirdi.

      – Kamera yığışdırılmayıb, – mühafizəçi bildirdi, – yəqin ki, qaydalardan xəbəriniz var.

      – Hansı əsasa görə səhər yeməyindən məhrum olunmuşam? – Rubaşov pensnedən mühafizəçiyə baxdı və yaxasından bildi ki, o təhqiqatçıdır.

      – Əgər xahişlə müraciət etmək istəyirsinizsə, ayağa durun, – təhqiqatçı astadan dilləndi.

      – Nə sizinlə danışmağa, nə də xahişlə müraciət etməyə kiçik istəyim belə yoxdur, – ayaqqabısının bağını çəkərək Rubaşov cavab verdi.

      – Onda bir də qapını döyməyin, yoxsa barənizdə belə hallar üçün nəzərdə tutulan adi tədbirlər görüləcək, – təhqiqatçı yenə kameraya boylandı, – Məhbusun təmizlik üçün əskisi yoxdur, – nəzarətçiyə müraciətlə dilləndi.

      Nəzarətçi СКАЧАТЬ