– Başa düşdüyüm qədəriylə köhnə bir əsgərdir, – Şerlok dedi.
– Və çox qısa bir müddət əvvəl vəzifəsi əldən çıxıb, – de-yə əlavə etdi böyük qardaşı.
– Hindistanda vəzifədə olduğu bəllidir.
– Həm də ya çavuş, ya da onbaşı olub.
– Məncə, İngilis topçu birliyində xidmət edib, – Şerlok dedi.
– Və duldur.
– Amma uşağı var.
– Uşaqları, qiymətli qardaşım, uşaqları.
– Aaa, yaxşı görək, – deyə gülərək sözlərini kəsdim, siz-cə çox şişirtmədiniz ki?
– Dostum Vatson, – Holms sözə başladı, – O şəkildə ge-dən və üzündə bu cür avtoritar bir ifadə olan bir adamın əs-gər olduğunu söyləmək çətin deyil; günəşdə yanmış bədəni-nə baxdıqda, əsgərdən daha yüksək bir rütbəyə sahib oldu-ğunu və Hindistandan yeni döndüyünü asanca təxmin edə bilərsən.
– Hələ əsgər çəkmələri geyməsi də vəzifəsindən yeni ayrıldığını göstərir, – Maykroft əlavə etdi.
– Süvari deyil, amma bir qaşının ətrafının daha açıq rəng olması şapkasını yanakı qoyduğunu göstərir. Çəkisi, is-tehkamçı olmasına imkan vermədiyi üçün də topçu birliyin-də işləyib.
– Qara geyinməsi də çox yaxın adamını itirmiş olduğu-nu göstərir. Alveri özünün etməsi, ölən adamın, arvadı ola biləcəyinə işarədir. Gördüyün kimi, uşaqlar üçün nələrsə alıb. Aldığı zınqırovdan uşaqlardan birinin çox kiçik olduğu nəticəsinə gəlirik. Böyük ehtimalla, arvadı doğuş zamanı ölüb. Qoltuğunun altında şəkilli kitab olması daha böyük ikinci bir uşağının olduğunu göstərir.
Böyük qardaşının özündən daha iti bir müşahidə qabi-liyyəti olduğunu deyəndə dostumun nə demək istədiyini in-di anlamağa başlamışdım. Holms mənə baxaraq gülümsədi. Maykroft çanaqlı bağa qabığından hazırlanan bir qutudan burunotu çıxardı və pencəyinin önünə düşən parçacıqları qırmızı rəngdə böyük bir ipək dəsmalla sildi.
– Yeri gəlmişkən, Şerlok, – dedi, – əslində, tam sənə uyğun bir hadisə haqqında mənə bu yaxınlarda məlumat verdilər; son dərəcə maraqlı işdir. Doğrusu, üzərinə çox gedə bilməyəcək qədər yorğunam, amma heç olmasa mövzuyla əlaqədar müəyyən fikirlərim var. Detalları dinləmək istə-sən…
– Sevimli Maykroft, çox məmnun olaram.
Maykroft cib dəftərindən bir səhifə qoparıb üzərinə nə isə yazdı, ardından zəngi basdı və qeydi gələn qarsona uzat-dı.
– Cənab Melasın yanıma gəlməyini istərdim, – dedi, –Mənimlə eyni mənzildə, düz üst mərtəbədə yaşayır, bir az tanışlığımız var. Onsuz da buna görə mənə gəlib dərdini da-nışdı. Anladığım qədəriylə, cənab Melas yunan mənşəli çox gözəl dilçidir. Dolanışığını, məhkəmələrdə tərcüməçilik edə-rək və aradabir də Nortumberlend Avenyu hotellərində qa-lan zəngin şərqlilərə bələdçilik edərək təmin edir. Başına gə-lən son dərəcə maraqlı hadisəni öz ağzından dinləsəniz da-ha doğru olar.
Bir neçə dəqiqə sonra qısaboylu, möhkəm quruluşlu bir adam aramıza qatıldı. Yumru üzü və kömür rəngli saçların-dan cənublu olduğu aydın olurdu, amma təhsilli bir ingilis cənabına xas danışığı vardı. Şerlok Holmsla səmimi şəkildə əl sıxışdı. Qarşısındakı dedektivin, hekayəsini dinləməyə can atdığını anladığında da tünd rəngli gözləri sevinclə işıldadı.
– Polisin mənə inandığını düşünmürəm; xeyr, qətiyyən inanmır, – kədərli səslə dedi, – Daha əvvəl belə bir hadisə eşitmədikləri üçün bunun mümkün ola bilməyəcəyini düşü-nürlər. Amma mən bundan əminəm ki, üzündə yara bantları olan yazıq adama nə olduğunu öyrənmədən rahat ola bil-məyəcəyəm.
– Sizi dinləyirəm, – Şerlok Holms dedi.
– Bu gün çərşənbədir, – cənab Melas bildirdi, – Deməli, hər şey bazar ertəsi gecəsi, yəni cəmi iki gün əvvəl baş verib. Mən tərcüməçiyəm, böyük ehtimalla qonşum sizə bunu söy-ləyib. Bütün dillərdə tərcüməçilik edirəm, daha doğrusu, az qala bütün dillərdə. Hərçənd, yunan olduğum üçün, xüsu-silə o dildə çox bacarıqlı tərcüməçiyəm. İllərdən bəridir ki, Londonun öndə gələn yunanca tərcüməçisi olaraq çalışdı-ğımdan adım hotellərdə tez-tez çəkilir.
Problemi olan bir xaricinin ya da gec saatda gəlib kömə-yə ehtiyac duyan bir turistin məni gec saatlarda çağırması nadir rast gəldiyim hadisə deyil. Buna görə də, son dərəcə qəşəng geyimli gənc bir adam olan cənab Latimer bazar ertəsi gecəsi otağıma gəlib, qapıda gözləyən faytonunda ona yoldaşlıq etməyimi istədiyini söylədiyində, bunu qəribə qarşılamadım. Yunan bir yoldaşı iş üçün ona müraciət et-mişdi, ən azından mənə belə dedi. Xarici dil bilmədiyi üçün də yunan dilindən tərcüməçiyə ehtiyac hiss etmişdilər. Bir az uzaqda, Kensinqtonda yaşadığını söylədi; küçəyə çıxar-çıx-maz məni dərhal faytonuna mindirməsindən çox tələsdiyini başa düşdüm.
Fayton dedim, amma çox keçmədən bunun iki atlı minik arabası ola biləcəyindən şübhələnməyə başladım. Londonda, ümumiyyətlə, istifadə edilən dörd təkərli minik vasitələrin-dən daha geniş idi və döşəmələri bir az köhnəlmiş olmasına baxmayaraq olduqca keyfiyyətli idi. Cənab Latimer qarşım-dakı kresloya oturdu. Nəysə, yola düşdük, Çarinq Krossun içindən keçərək Şeftsberi meydanından yuxarı çıxdıq. Düz Oksford Prospektinə çatdıq. O əsnada mən Kensinqtona kə-sə bir yoldanmı getdiyimizi soruşurdum ki, yol yoldaşım xeyli qəribə davranmağa başlayaraq cümləmi yarıda kəsdi.
Birdən cibindən çox qorxunc qurğuşun çubuq çıxartdı və sanki çubuğun ağırlığını və gücünü sınayırmış kimi dəfə-lərlə əlində oynatdı. Sonra heç nə demədən çubuğu yanın-dakı kreslonun üstünə qoydu. Arabanın hər iki yanındakı şüşələri qaldıranda, şüşələrin – çölü görə bilməyim deyə – qəzet kağızlarıyla örtülmüş olduğunu böyük narahatçılıqla müşahidə etdim.
– Fikrinizi qarışdırdığım üçün üzr istəyirəm, cənab Me-las, – dedi, – Doğrusu, getdiyimiz yeri görmənizi istəmirəm. Sonradan oranı təkrar tapmağınız mənə problem yarada bi-lərdi.
Təxmin edəcəyiniz kimi, adamın söylədikləri məni hey-rətə saldı. Çox güclü görünən, geniş çiyinli, gənc bir adam idi və silahı olmasa da onunla savaşmağım СКАЧАТЬ