Ağ zanbaqlar ölkəsi. Qriqoriy Petrov
Чтение книги онлайн.

Читать онлайн книгу Ağ zanbaqlar ölkəsi - Qriqoriy Petrov страница 4

Название: Ağ zanbaqlar ölkəsi

Автор: Qriqoriy Petrov

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ başdan-ayağa nəsə vacib, böyük və uzaq, dərin-dərin və ciddi düşüncələrlə doludur. Sol əli yanındadır. Digər əli pırpız saçının içindədir və sanki fikirlərin ağırlığından sinəsinə əyilməyə hazır olan başına dirək tutub. “Finlandiya”nın simasında nə iztirab, nə hüzn, nə də qüssə var, amma elə bil, artıq yaşanmış kədərin kölgəsini daşıyır.

      Vikstremin “Finlandiya”sının üzündə incəliklə işlən-miş olub-keçən sarsıntının izlərini görmək olur. Bu, indi xoşbəxt, güclü, gələcəyə əminliklə baxan, amma gəncli-yində çoxlu ağır, əzablı və qorxulu günlər yaşamış bir qa-dının simasıdır. Və o günlər indi unudulsa da, əvvəl-axır yaşanıb. Onlar ölkənin qəlbini yandırıb. Sakinlərə öz möhrünü vurub gedib.

      Finland rəssamları Edelfeldt44, Hebhart45, Enkell46, Ves-terholm47, Halonen48 və başqaları bütün finlər kimi öz ba-laca, kasıb vətənini incə məhəbbətlə sevərək Finlandiya təbiətinin gözəlliyini çəkiblər, amma hətta onlar da rəs-sam uzaqgörənliyi ilə tamaşaçıların diqqətini cəlb edən peyzajlar tapmaq gücündə deyillər.

      Finland təbiətində həzin tənhalığın səssiz kədəri var, amma nə kobud əzəməti, nə də başgicəlləndirici parlaq-lığı yoxdur. Tamamilə kol-kosa bürünmüş daşlar. Qranit qaya parçaları. Küknarkıq və şamlıq. Hüznlü bataqlıqlar. Solğun-yaşıl səma altında solğun-yaşıl geniş göllər. Fin-landiyada hara gerdisiniz, gedin, təbiət adına yalnız meşə və daşlar görərsiniz. Hər tərəfdə qaya parçaları görünür, qənd kimi doğranmış qranitlər ağarır. Göz işlədikcə tor-pağa batan iri-iri odunlar, tir və taxtadan dağlar görünür. Hər sığınacaqda minlərlə qatran çəlləyi var.

      Kasıb ölkədir. Hər şeydən yoxsuldur, bir şeydən – inadkar zəhmətkeşlikdən, zəif torpaqlarına sevgidən baş-qa.

      Helsinqforsda yerləşən “Ateneum”da49 – finland incə-sənəti qalereyasında rast gəldiyiniz Yarnfeld50, Halonen, Blomstedt51 və Rissanenin52 silsilə rəsmlərində bölgələr-dəki həyatın finlər üçün hansı güc, zəhmət və məhrumiy-yətlərlə başa gəldiyini görərsiniz. Sıra kətanlar eyni həyat tərzinin görüntülərini əks etdirir. Kəndli ailələri əkin tor-paqlarını təmizləyirlər. Ağacları kəsib daşıyırlar. Kökləri-ni çıxarıb yandırırlar. Ağır daşları sahədən kənarlaşdırır-lar. Çılpaq qranit qayalarına torpaq daşıyırlar.

      Hər bir torpaq sahəsi bütün nəslin zəhmətini tələb edirdi. Sanki təbiət insanı ələ salırdı: onu bataqlıq və göl-lər arasındakı quruca daşların içinə atırdı. Amma insan da təbiəti ələ salmaqdan qalmırdı. Bu çağırışı qəbul edib təbiətə qalib gəlirdi.

      Finlandiyanın bütün şəhərlərində küçələrdə gəzərkən torpaqdan çıxmış qranitlərə rast gələ bilərsiniz. Məhəllə boyu uzanan möhkəm qaya parçaları necə gəldi tökülmüş daş topasını xatırladır. Kim Hersoqovinada çılpaq təpələri görübsə, o da finlərin zəhmətini təsəvvürünə gətirə bilər. Bizim Rusiyada, Novoqorod və Pskov quberniyalarında bu cür daş təpələrinə rast gəlmək olur. Bizdə onlara “Nə-həng qəndqabı” deyirlər. Finlər bu “Nəhəng qəndqabı”-ları bağ və parklara çeviriblər. Daşların yanına məhsuldar torpaq daşıyıb, orada ağac və güllər əkiblər.

      – Qabili mənə verin, – deyə, “İkuynen Taystelu”nun müəllifi Linnankoski qeyd edir, – və mən öz ilhamımla onu ədəbi mədəni başlanğıcın yenilməz döyüşçüsünə çe-virim!

      – Bəxtimizə bataqlıq və qayalıqlar düşdü, bizsə oranı əsl mədəni ölkəyə çevirdik, – finlər deyir. Bunu yüzillik zəhmətləri, inadkar işləri deyirlər.

      Və bütün bunlar cəmi üç milyonluq xalq (iki milyon üç yüz min fin, dörd yüz min isveç)53 tərəfindən edilir.

      * * *

      Suomi ilə tanış olanlar ona həsəd apara bilər. Ölkədə hər şey balacadır – şəhərlər, bölgələr çox kiçikdir, amma abadlıq işləri geniş yayılıb. Biz slavyanlardakı nizam-sızlıq, viranəlik, səliqəsizlik, məsuliyyətsizlik burada yox-dur.

      Peterburqdan üç saat yarımlıq məsafədə yerləşən Vı-borqdan başlayaraq özünüzü hansısa xüsusi ölkədə hiss edirsiniz. Vıborq da, Kuopiu da, Uliaborq da, Vasa da, Ta-vastqus da – sanki geniş ovuca yerləşə bilən bu şəhərlər elə bil qəşəng oyuncaqdır. Sanki hamısı karton üzərinə yapışdırılmış şəkillərdəki evciyə oxşayır.

      Küçələr geniş, təmiz və yaxşı təmirli vəziyyətdədir. Həyətlər tərtəmizdir. Evlər rahatdır. Dayanacaqlardakı mehmanxana və poçt stansiyalarında qüsursuz səliqəlik, təzə yemək, rahatlıq və ümumi ucuzluq var.

      Ölkənin əsas şəhəri Helsinqforsdan danışmağa belə, dəyməz. Biz slavyanlar üçün bu şəhər əyani təlim pred-meti ola bilər. Heç bir təmtəraqdan, pul dağıntısından, göstəriş üçün yaşamaqdan söhbət gedə bilməz, amma ha-mı evdar və işgüzar, hər yer gözəl və təmizdir. Yeni vağ-zaldan başlayaraq. O, şəhərin mərkəzindəki əsas meydan-da yerləşir. Finlandiya Milli Teatrı, “Ateneum”, İncəsənət Məktəbi və Xalq Seyminin binası lap yaxınlıqdadır.54

      Meydan tərəfdən vağzalın görünüşü öz nəcib sadə gö-zəlliyi ilə heyranlıq doğurur. Nə təmtəraqlı cizgilərdən, nə də ruhsuz kvadratlardan əsər-əlamət var. İçəridə hər şey – poçt, teleqraf, yük yeri və bilet kassası əl altındadır.

      Finlandiyanın Milli Teatrı yeni fin memarlığının əl işlə-rindəndir. İndi finland şəhərləri yeni evlərin tikilişində memarlığa diqqət edirlər. Yeni yaşayış evləri, banklar, te-atrlar, muzeylər, məbədlər, hətta fabrik və yanğınsön-dürmə məntəqələri də elə inşa olunur ki, hər bir bina in-cəsənət əsərinə çevrilir.

      Bu baxımdan qəti şişirtmədən və tam ciddiyyətlə de-mək olar ki, indiki finlər orta əsr florensiyalılarını xatırla-dır. Yalnız Florensiyada tez-tez, hətta ən ucqar küçədə be-lə, elə üzlüklü qədimi binaya rast gələ bilərsiniz ki, saat-larca durub tamaşa edərsiniz. Eynilə finlərdəki kimi.

      Görəsən, kiflənmiş və yeknəsək daşlar, bataqlıq və me-şələr arasında yaşayan bu xalqa belə güclü gözəllik duy-ğusu hardan gələ bilər? Amma görün ki, bu hiss onlarda necə sürətli və “möhkəm” boy atıb.

      Helsinqfors və Abodakı rəssamlıq muzeyləri ən ciddi diqqətə layiqdir. Say etibarilə elə də zəngin deyillər, am-ma saxladıqları əsərlərin bədii dəyəri yüksəkdir. Yaxşı rəssamlıq, ondan gözəl heykəltəraşlıq, hamısından qə-şəngsə memarlıqdır. Bütün şimal tayfaları kimi, finlər də əvvəlcə çöl divardan başlayır, sonra evin içinin səliqəsinə keçirlər.

      Helsinqforsda mənimlə bir bolqar yazıçısı vardı.55 O, fin teatrının qarşısında dayandı və meydanın ortasından binaya xeyli tamaşa elədi. Yaxına gəldi, СКАЧАТЬ