СКАЧАТЬ
ildən sonra Mirko şahmat texnikasının bütün sirlərinə bələd oldu, lakin sonralar ixtisas dairələrində tez-tez üzə çıxan və lağa səbəb olan qəribə məhdudluğunu dəf edə bilmədi, çünki Çentoviç, bircə partiyanı da olsun, əzbərdən, ya da peşəkarların dediyi kimi, “gözübağlı” oyna-mağı bacarmırdı. Şahmat xanalarını fantaziyanın sonsuz kəhkəşanında canlandırmaq bacarığı onda yoxuydu. Altmış dörd xanadan, otuz iki fiqurdan ibarət ağlı-qaralı dördkünc taxta gərək həmişə gözünün qabağında olaydı. Lap dünya şöhrətinə yetişdiyi çağlarda da həmişə özü ilə qatlaqlı cib şahmatı gəzdirərdi ki, ustad partiyalardan birini bərpa edəndə, ya da hər hansı bir məsələni həll etmək istəyəndə vəziyyəti gözü önündə canlandıra bilsin. Özlüyündə xırda sayılan bu çatışmazlıq təxəyyül gücünün kəmliyindən xəbər verirdi və görkəmli bir virtuoz, ya da dirijor bağlı partitura ilə ifa edə, yaxud ifa etdirə bilmədiyini büruzə verəndə musiqiçilər arasında gedən dedi-qodular kimi bu da dar çərçivədə canlı mübahisələrə səbəb olurdu. Lakin bu qəribə xasiyyət Mirkonun ecazkar yüksəlişinə heç də maneçilik etmirdi. Hələ on yeddi yaşını keçəndə bir qalaq şahmat mükafatı qazanmışdı, on səkkiz yaşında Macarıstan çempionu, iyirmisində isə artıq dünya çempionu olmuşdu. Napoleon pəndəm Kutuzova, Hannibal ləng Fabiyə təslim olduqları kimi, ən cəsur çempionlar da özü də hər biri intellektual bacarığına, fantaziyasına, cəsurluğuna görə ondan qat-qat üstün onun ardıcıl, soyuq məntiqinin qarşısında diz çökürdülər. Belə çıxırdı ki, öz sıralarında çeşidli ağıl dəryalarını filosofları, riyaziyyatçıları, hər şeyi düşünüb-daşınanları, ölçüb-biçənləri və daha çox yaradıcı insanları birləşdirən şahmatçıların görkəmli qalereyasına birinci dəfəydi, mənəvi aləmin tam autsayderi, ağır, qatırtək tənbəl bir kəndli balası düşmüşdü ki, ondan da çapa gedə biləcək fərli-başlı bir söz qoparmaq indiyə qədər, ən çevik jurnalistə belə müyəssər olmamışdı. Orası da var ki, Çentoviçin ictimaiyyətdən gizlətdiyi və qəzet səhifələrində gedən sığallı fikirlərini tezliklə şəxsiyyəti barədə saysız lətifələr əvəz etdi.
Çünki mütləq çempion kimi şahmat taxtasının arxasından duranda, o, məzəli, az qala, gülməli bir görkəm alırdı; dəbdəbəli qara kostyumuna, adamın gözünü qamaşdıran mirvari sancaqlı ehtişamlı qalstukuna, səliqə ilə boyanmış dırnaqlarına baxmayaraq, hərəkətlərində, davranışında yenə də keşişin evini süpürən həmin kəndli balasıydı. Kütlüyü, həm də abırsız pəndəmliyi ilə peşədaşlarının gülüşünə, hiddətinə səbəb olan hərəkətlər edirdi, hər xırda şeyə əlahiddə acgözlük göstərib öz istedadından, öz şöhrətindən pul qoparmağa çalışırdı.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.