Sonralar Lev Nikolayeviç deyirdi ki, dekabristlərin tarixini ona görə davam etdirə bilmədi ki, onlar haqda fikri dəyişdi. Lakin Lev Nikolayeviç həmişə dekabristlərlə maraqlanmaqda davam edirdi və hətta indi, 1905-ci ildə də həvəslə Yakuşinin, Zavalişinin, Rozenin və başqalarının gündəliklərini yenidən oxuyurdu.
Dekabristlər dövründən roman yazmaq fikrinə düşmüş Lev Nikolayeviç belə qərara gəldi ki, hər şeydən əvvəl, bu adamların kim olduqlarını, hansı ailədən çıxdıqlarını, nə cür tərbiyə aldıqlarını, tutduqları yolu, əvvəlki müharibənin və hadisələrin onlara necə təsir etdiyini göstərməlidir. Bundan sonra Lev Nikolayeviç öz hekayətini 1805-ci ildən başladı.
«HƏRB VƏ SÜLH»
Bu minval ilə dekabristlər əvəzinə, 1805–1812-ci illər epopeyası meydana gəldi və möhtəşəm, gözəl «Hərb və sülh» romanı yarandı.
Lev Nikolayeviç işə başlayan kimi, mən də dərhal ona köməyə qoşuldum. Yorğunluğumdan əhvalımın, yaxud səhhətimin vəziyyətindən asılı olmayaraq hər gün axşam Lev Nikolayeviçin səhər yazdığının hamısının üzünü köçürürdüm. Ertəsi gün o hər şeyi qaralayacaq, əlavə edəcək, daha bir neçə vərəq yazacaq – mən isə nahardan sonra dərhal hamısını götürüb ağlamaya köçürəcəkdim. «Hərb və sülh»ün neçə dəfə üzünü köçürdüyümü hesaba almaq mümkün deyil. Bəzi yerlər, məsələn, Nataşa Rostovanın qardaşı ilə ova getməsi və elə hey «marş təmiz işdir» sözlərini təkrarlayan əmisinə baş çəkməsi, şübhəsiz xüsusi bir ilhamla yazılmışdı və sanki bütöv, şübhə doğurmayan bir şey kimi yaranmışdı.
Yenə yadımdadır, ikinci dəfə Çeryomoşnyada Dyakovlargilə getmişdik və Lev Nikolayeviç deyirdi: «Mən bu gün elə bir əla diplomat Bilibin yaratmışam, – əntiqə. Ondan elə razıyam ki.» Mən çaşqınlıqla Lev Nikolayeviçə baxdım və onu anlamadım. Diplomat nədir, Lev Nikolayeviç niyə belə sevinir. O zamanlar mən hələ çox şeyi anlamırdım.
Bəzən hər hansı bir tip, hadisə, ya da təsvir Lev Nikolayeviçi təmin etmirdi və o yazdıqları üzərində təkrar-təkrar təshih və düzəliş aparırdı, mən isə hey köçürürdüm.
Yadımdadır, bir dəfə Lev Nikolayeviç olduqca qəşəng olan Yelena Bezuxovanın pozğunluq epizodlarından ədəbsiz şəkildə yazarkən mən çox məyus oldum. Mən ona yalvarırdım ki, bu yeri atsın, deyirdim ki, həmin xırda, az maraqlı və çirkin epizod üzündən gənc qızlar bu gözəl əsəri oxumaq xoşbəxtliyindən mərhum olacaqlar. Lev Nikolayeviç əvvəlcə xoşagəlməz surətdə mənə çəmkirdi, lakin sonra bütün ədəbsiz yerləri romandan çıxardı…
Mən tez-tez öz-özümdən soruşurdum: niyə Lev Nikolayeviç tamamilə münasib olan bir sözü, yaxud cümləni başqaları ilə əvəz edir? Elə olurdu ki, qəti çap üçün Moskvaya göndərilmiş korrektura vərəqləri geri qaytarılır və üzərində düzəliş aparılırdı, ya da teleqram ilə göstəriş verilirdi ki, filan sözü – bəzən bircə sözü başqası ilə əvəz etsinlər. Niyə bütöv-bütöv əla səhnələr, yaxud epizodlar atılırdı? Bəzən, köçürərkən pozulmuş gözəl yerləri buraxmağa elə heyfim gəlirdi ki; bəzən pozulan bərpa edilirdi, mən də sevinirdim. Hərdən də olurdu ki, köçürdüyümə bütün qəlbim ilə elə bələdləşir, bütün sifətlərə elə alışırdım ki, özüm də hiss edirdim nə təhər daha yaxşı etmək – məsələn, çox uzun hissəni ixtisar etmək, daha qabarıq olmaq üçün bəzi durğu işarələri qoymaq olar. Bir də görürsən hazır, köçürülmüş işlə Lev Nikolayeviçin yanına gəlirdim, marzanların bəzi yerlərində qoyduğum sualları göstərirdim və ondan: olmazmı ki, filan sözü başqası ilə əvəz edək, yaxud həmin sözün tez-tez təkrarını ataq, yaxud da başqa bir şey soruşurdum.
Lev Nikolayeviç niyə başqa cür mümkün olmadığını izah edir, bəzən mənə qulaq asarkən hətta elə bil ki, qeydimə sevinir, kefi üstündə olmayanda isə hirslənir və deyirdi ki, bunlar xırdaçılıqdır, mühüm deyil, mühüm olan şey ümumi məsələdir və s.
«Əlifba» və 4 «Qiraət üçün kitab» «Oxumalı kitablar»ı (indi bu il) köçürmə ilə, sonralar korrektura yoxlaması, tərcümələrlə, cümlələr və hekayələr tərtibi ilə mən Lev Nikolayeviçlə yaşadığım bütün uzun müddət ərzində ona kömək göstərirdim.
1863
ARILAR
Bu baharda Lev Nikolayeviç arılara yaman aludə olmuşdu. O, babam İslenyevdən bir neçə arı pətəyi almışdı, kitablar oxuyurdu, çərçivəli pətəklər düzəldirdi və elə bir görkəm almışdı ki, sanki onun üçün bütün dünyanın mərkəzi pətəklikdir və hamı yalnız arılarla maraqlanmalıdır. Mən arı həyatının bütün mühümlüyünü dərk etməyə çalışırdım, lakin buna çətinliklə nail olurdum.
Bu aludəçilikdə Lev Nikolayeviçin bütün ehtiraslı təbiəti özünü biruzə verirdi. Bütün həyatı boyu o ən müxtəlif sahələr: oyun, musiqi, yunan dili, məktəblər, yapon donuzları, pedaqogika, atlar, ovçuluq ilə (hamısını saymaq mümkün deyil) maraqlanırdı. Hələ əqli və ədəbi vurğunluğu demirəm: onlar ən ifrat dərəcədə idilər. O hər şeyə həmin anda həddindən artıq ehtiraslı münasibət bəsləyirdi və əgər müsahibini özünün aludə olduğu məşğuliyyətin mühümlüyünə inandıra bilməsəydi, hətta ona düşmən münasibət bəsləməyə də qabil idi.
Arılarla məşğuliyyət Lev Nikolayeviçi evdən və məndən uzaqlaşdırırdı, ona görə də tez-tez darıxır və hətta tək qalarkən ağlayırdım; gedirdim arılığa, bəzən özüm Lev Nikolayeviçə nahar gətirirdim, bir az otururdum, bəzən arı məni sancırdı və mən tənha evə qayıdırdım.
Təsərrüfatda uğursuzluq baş verəndə, bu isə kifayət qədər tez-tez olurdu, Lev Nikolayeviç ruhdan düşür və əhvalı pisləşirdi. Mən hətta bacıma yazıram ki, Lyovoçka ilə Moquçidə gəzintiyə çıxmışdıq, çox tez çapırdıq, elə şənlənmişdik ki, təsərrüfat uğursuzluqları da yaddan çıxmışdı.
Yazıçı ərimdə bir cəhət də müşahidə etmişdim, bu da ondan ibarət idi ki, qeyri-adi incə psixoloq təsiri bağışlayan Lev Nikolayeviç, СКАЧАТЬ
3
1879-cu ilin fevralında Tolstoy «Dekabristlər» romanı üzərində işi dayandırdı. 1878-ci il aprelin 17-də A.A.Fetə məktubunda o yazırdıq «Mənim dekabristlərim indi allah bilir haradadırlar, mən onlar haqqında düşünmürəm də. Əgər düşünsəydim və yazsaydım da umidvaram ki, təkcə mənim ruhumun qoxusu bəşəriyyətin səadəti naminə insanlara güllə atanlar üçün dözülməz olardı» (c.62, səh.483). L.N.Tolstoy başqa heç bir məktubunda onu işi dayandırmağa məcbur edən səbəblərdən söhbət açmır.