Dalanda. Сабир Азери
Чтение книги онлайн.

Читать онлайн книгу Dalanda - Сабир Азери страница 4

Название: Dalanda

Автор: Сабир Азери

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8451-9-2

isbn:

СКАЧАТЬ indi uddu. Yenə iki-üç dəfə dərindən nəfəs saldı, Qafara hüznlü nəzər saldı. Qafar bu nəzərin ağırlığına dözə bilməyib, başını aşağı dikdi.

      – Bala, məni başqa idarələr, kimin orda nə işlə məşğul olması, harda nə xərcləməsi, necə xərcləməsi yox, öz idarəm, bu idarənin planı maraqlandırır. Qandın?

      – Bunu qandım, amma…

      – Bala, nə qanmısansa mənim bəsimdir, o ammanı saxla özünçün. Di yeri, get, ağlını yığ başına! Sizin obyektlə əlaqədar məni nazir çağırır, boş söhbətlərə vaxtım yoxdur…

      Qafar ordan çıxanda bir müddət, burulğana düşmüş çöp təki, həyətdə vurnuxdu. Kimsə ondan nəsə soruşdu. Qafar o adamın sualını gec başa düşdü, başa düşəndə gördü ki, o adam yanında yoxdur.

      Qafar harasa gedirdi. Hara?

      Bunu xeyli sonra– üçmərtəbəli, dümağ binaya çatanda anladı. Başını qaldırıb gördü ki, Rayon Partiya Komitəsinə gəlib. Əvvəlcə çaşıb qaldı ki, bura niyə, kimin yanına gəlib? Sonra yadına düşdü ki, birinci katibin, orta məktəb dostu Fərəc Muradovun yanına gəlib.

      Qəbul otağında heç kəs yox idi. Katibə də yox idi. Qafar katibin qapısını ehtiyatla, sıxıla-sıxıla açanda gördü ki, Fərəc Muradov içəridədir, oturub stolun arxasında, nəsə yazır.

      Qafar bu kabinetdə olmuşdu. İlk dəfə buraya ayaq basanda olduğu kimi, yenə ürəyindən keçdi ki, bax tikəndə də belə geniş, hündür, işıqlı, gözoxşayan naxışlarla bəzənmiş otaqlar tikəsən. Bu cür otaqlarda adamın könlü açılır, deyib-gülmək, yazıb-yaratmaq istəyirsən…

      Fərəc Muradov hənirti hiss edib, başını qaldırdı və eynəyini çıxarmalı oldu.

      – Qafar?!. Sənsən? Çoxdan burdasan?

      – Yox, elə bu dəqiqə girmişəm.

      – Gəl bəri, gəl!– Qalxıb Qafarla qucaqlaşdı.

      – Bağışla, deyəsən, işdən ayırdım.

      – Eybi yoxdur, iş qurtaran ha deyil. Çay gətirdim, içək.

      – Sağ ol, istəmirəm.

      – Mənə görə qulluğun?

      Qafar əhvalatı danışdı. Danışdıqca da hirslənir, səsi titrəyirdi. Fərəc Muradov indi ona yox, qarşısındakı kağıza baxırdı. Daha doğrusu, əlləriylə üzünü tutub, başını aşağı dikmişdi, gözləri görünmürdü.

      Qafar son sözlərini üç dəfə təkrar etdi:

      – Fərəc, qardaş, biz bu saxta qabaqcıllıqla nə qazanırıq? Kimi aldadırıq? Niyə, nəyin naminə aldadırıq? Səninləyəm, Fərəc.

      Fərəc Muradov əlini üzündən götürdü və sakitcə dedi:

      – Özümüzü aldadırıq. Yalnız özümüzü!

      – Öz-özünü aldatmaq adamı uçuruma aparar, Fərəc.

      – Elədir.

      – Onda çağır, bunu bizim idarənin rəhbərlərinə də başa sal.

      Fərəc Muradov bir siqaret yandırdı. Siqaretin qutusu stolun siyirtməsindəydi, Qafar onu görmədi və bilmədi ki, nə siqaretdir belə. Amma tütünün ətri xoşuna gəldi. Qafar on beş yaşından otuz səkkiz yaşınadək çəkmişdi. Çox zaman da «Avrora». Sonra tərgitmişdi. Həkimlər demişdilər ki, papirosu atmasan ürəyini tamam üzəcəksən. O vaxtdan yanında papiros, xüsusən «Avrora» tüstülənəndə ürəyi bulanırdı. İndi isə Fərəcin siqaretinin ətrindən xoşu gəldi.

      Fərəc Muradov isə siqaretə sonralar öyrəşmişdi. Həm də çox bərk çəkirdi, tüstünün az qala hamısını sorub qaytarırdı sinəsinə.

      İndi də siqaretin axırına çıxıb gülümsündü.

      –Heç dəyişməmisən. Kənddə necəydinsə eləcə də qalıbsan. Xasiyyətini deyirəm, zahirən çox dəyişibsən, saçı-saqqalı çalladıbsan.

      – Elə sən də ağardıbsan, başında qara tük qalmayıb.

      – Doğrudan?– Fərəc Muradov əlini başına çəkdi, sonra ovcunu güzgü kimi gözünün qabağına tutdu.– Hanı, heç ağ tük görmürəm.

      İkisi də ürəkdən güldü.

      – Uşaqlar necədir?– Fərəc Muradov soruşdu.– Böyüyüblər?

      – Hə, böyüyüblər. Mahmud xalq təsərrüfatının son kursunda Oxuyur.

      – Yox, əşi? Afərin!

      – Çimnaz da orta məktəbi keçən il qurtarıb, tibb institutuna girmək istəyirdi, balı çatmadı.

      – «Niyyətin hara– mənzilin də ora!» deyiblər. Yəqin ki, inşallah əvvəl-axır daxil olar.

      – Görək də. Bu il ingilis dili fakültəsinə hazırlaşır. Həkimlikdən ürəyi döndü.

      – Evindən razısan?

      – Razıyam, çox sağ ol.

      – Gərək ki, sənə üç otaq verdik?

      – Hə, üç otaqdır. Şüşəbəndi də var, həm də ki, şəhərin mərkəzində.

      – Səhv eləmirəmsə köhnə binalardandır?

      – Hə, köhnə binalardandır.

      – Köhnə binaların əvəzi yoxdur: hündür, geniş…

      Telefonlardan biri zəng çaldı, Fərəc Muradov dəstəyi götürdü:

      – On dəqiqədən sonra gələ bilərsən.– Fərəc Muradov bu sözü deyəndə Qafara baxdı. Qafar sıxıldı və tez ayağa qalxdı…

***

      Qafar yüngülləşmişdi, hətta fitlə mahnı çalırdı. Poeziya Qafarın yaralı yeri idi, çox istəyirdi, lakin şeirlər yadında qalmırdı. Mahnıların sözləri də yadında qalmırdı, havaları isə unutmurdu. Kefinin kök vaxtlarında ürəyinə yatan havaları fitlə çalırdı. Özü də fit çalmaqda usta idi.

      Tikinti sahəsinə çatanda katiblə söhbətini Yaquba danışdı. Yaqub heç nə demədi, harasa getdi, on-on beş dəqiqədən sonra qayıdıb gəldi və səbəbsiz-filansız başladı gülməyə. Güldü. Güldü… Və yenə Qafara heç nə demədən qeyb oldu.

      Qafar onun hərəkətinə məəttəl qalmışdı. Bundan heç nə anlamadı. Pərt halda evə yollandı…

      Gedə-gedə СКАЧАТЬ