Название: Ömər Xəyyam. GAH
Автор: Шамиль Султанов
Издательство: JekaPrint
isbn: 978-9952-8450-6-0
isbn:
O, ən əvvəl kim olmuşdur? Şairmi? Astronommu? Riyaziyyatçımı? Filosofmu? Bəlkə həm şair, astronom, həm də riyaziyyatçı və filosof olmuşdur? Axı tarix, demək olar, insan fəaliyyətinin bütün sahələrində qabiliyyətini sınamış az dahilər tanımır. Belə insanlar bütün bəşər nəslinin zinətidirlər, onun böyük nailiyyəti, qızıl fondudurlar. Ömər Xəyyamı həmin nəslə aid etmək olarmı? Şübhəsiz. Lakin qarşıya başqa məsələ çıxır: onun hərtərəfli istedadının hansı tərəfi daha parlaqdır? Onun adının ölməzlik qazanmasında həlledici nə olmuşdur? Ensiklopediyaçı İbn Sina – bu ən əvvəl filosof və həkim idi, çoxtərəfli istedad sahibi olan Leonardo da Vinçi – bu təsviri incəsənətdə daha parlaq təzahür edən istedaddır… Belə nümunələr tək deyildir. Lakin Xəyyamın hansı istedadına birinci yeri vermək olar?
Müəlliflər bu suala cavab vermək üçün oxuculara kiçik bir eksperiment keçirməyi təklif edirlər. Küçəyə çıxıb heç olmasa birinci rast gəldiyiniz on-onbeş nəfərdən Xəyyamın kim olduğunu soruşun. Şübhə etməyə bilərsiniz, cavab bir olacaqdır: şair. Bu, başlıcasıdır. Lakin ola bilsin ki, cavablarda Xəyyamın poeziyasının xarakteri haqqında məsələ barədə vahid bir fikir olmayacaqdır. Bəziləri – onlar əksəriyyəti təşkil edəcəklər – deyəcək ki, Xəyyam şərabı və həyatın sevinclərini vəsf edən nəğməkardır, gedopçu və epikürçüdur. Başqaları əlavə edər ki, «filosof-şairdir». Bəziləri isə yəqin deyəcəklər ki, Xəyyamın misralarında şərab da, həyatın sevincləri də tez sovuşan zövq almağın birbaşa vəsf olunması deyil, müsəlman ortodoksallığının məhdud ehkam kimi qavranılmasına qarşı gizli bir etirazdır: axı, məlum olduğu kimi, Quran mömin müsəlmanlara şərab içməyi qadağan edir. Sözsüz ki, sorğu keçirilən hər on nəfərin arasında böyük şairin ciddi fəlsəfi risalələri, həm də onun görkəmli riyaziyyatçı və astronom olması haqqında, başqasından eşitmiş olsa da, xəbəri olan adam tapmaq mümkündür.
Lakin həqiqətən, əslində Xəyyam kim olmuşdur? Əgər müasir elmin əvvəlki kimi onun həyatı haqqında son dərəcə az məlumata malik olduğunu nəzərə alsaq, bu sualın sadə olmadığını görərik. Xəyyamın bir çox elmi əsərləri bizim günlərə gəlib çatmamışdır, bir sıra rübailərin ona məxsus olması şübhəli olaraq qalır.
Ömər Xəyyamın şəxsiyyəti də həmçinin kəskin mübahisələrin predmetinə çevrilmişdir, özü də bəzi tədqiqatçılar onda yalnız gedopçuluğu, başqaları yalnız skeptikliyi, üçüncülər yalnız sufiliyi görürdülər. 1897-ci ildə məşhur rus şərqşünası, professor Valentin Alekseyeviç Jukovski Xəyyam haqqında özünün yazdığı əsərdə ədəbiyyatda o dövrə qədər Xəyyam haqqında yığılmış qarşılıqlı müstəsna xarakteristikaların bu cür müxtəlif siyahısını vermişdir: «O azadfikirlidir, dinə inanmır; o allahsızdır və materialistdir; o sufizmə gülür və panteistdir; o dindar müsəlmandır, filosofdur, iti müşahidəçidir, alimdir; o əyyaşdır, pozğundur, ikiüzlüdür, riyakardır. O sadəcə olaraq küfr danışan deyildir, həm də dinin və hər cür əxlaqi etiqadın müsbət cəhətlərini inkar etməyin təcəssümçüsüdür; o həyati zövqlərə nisbətən, ilahi şeylərin daha da dərk edilməsinə can atan zərif varlıqdır; o epikürçü-skeptikdir, o farsların Əbül-Əlasıdır, Volterdir, Heynedir… Jukovski sonra yazır ki, doğru-dan da əgər insan yalnız əxlaqi cəhətdən eybəcər deyildirsə onun simasında qarışıq və əlvan fikirlərin, bir-birinə əks olan meyllərin və istiqamətlərin, yüksək şan-şöhrətin və rəzil hisslərin, iztirablı şübhələrin və tərəddüdlərin əks olunmasını və yaşamasını həqiqətən təsəvvür etmək olarmı?
Xəyyam dərin fəlsəfi risalələrin müəllifi kimi məşhurdur, o fizika və tarixlə, siyasət və musiqi ilə məşğul olmuşdur, müasirləri onun riyazi qabiliyyəti ilə fəxr edirdilər, onun səkkiz yüz il bundan əvvəl ixtira etdiyi astronomiya təqvimi bu gün bizim istifadə etdiyimiz təqvimdən daha dəqiq idi. Lakin qəribədir, bu gün yaşayan adamların əksəriyyətinin onun poeziyasından əlavə, başqa qabiliyyyətləri barədə məlumatları yoxdur.
Xəyyam adamların şüurunda ən əvvəl dahi şairdir. Onun şeirlər məcmuəsi dünyanın bir çox xalqlarının dilində nəşr olunmuşdur. Rübailəri sayəsində Xəyyamın adını bütün ölkələrdə və qitələrdə tanıyırlar. Onun poeziya irsi həyatda bütöv istiqamət, ədəbiyyatda xüsusi məktəb yaratmışdır.
Xəyyamın rübailərinin sehri nədədir? 826 il bundan əvvəl yaranmış şeirlərin müasir insanı həyəcanlandırması adama qəribə gəlir. Lakin elə məsələ bundadır ki, il anlayışı Xəyyamın rübailərinə aid deyildir. Bu rübailər sanki bir anlıq fanilikdən kənarda mövcuddur, onlar sanki zamanın sakitliyi və əbədiliyinin hansısa əsas xəttinə və strukturuna hopmuşdur. Lakin bununla belə Xəyyamı oxuyarkən, çox vaxt bilmirsən ki, onun şeirlərindəki fikri izləyəsən, yaxud sadəcə olaraq rübainin gözəlliyindən, onun obrazlılığından və bəzəyindən, musiqi ritmindən zövq alasan.
Xəyyamın rübailəri müasir oxucunu nə ilə cəlb edir? Yığcamlığı iləmi? Sadəliyi iləmi? Bəlkə də fəlsəfi fikrin yığcam, zəngin ifadəsi ilə? Qoy oxucu özü bu suallara cavab versin. Axı həqiqətən şeirlərindəki musiqini nəsr dilində ifadə etmək faydasız məşğələdir. Bununla belə bu həqiqətdə dərin müdriklik vardır: hər birimiz şeri özümüzə məxsus tərzdə qavrayırıq. Bəlkə elə buna görə yaşımız artdıqca Xəyyamda yeni cəhətlər və xüsusiyyətlər kəşf edirik?
Ömər Xəyyam Avropa oxucusuna nisbətən yaxın vaxtlardan tanışdır. Xəyyamın ilk əsərlərindən biri 1851-ci ildə alman riyaziyyatçısı Frans Vyanke tərəfindən Parisdə nəşr olunmuş və «Ömər Əlxəyyamın hesabı» adlanmışdır. Kitabda müəllif barədə kiçik giriş məqaləsi də verilmişdir. Əsər ərəb dilində idi və hesaba aid risalənin fransız dilində tərcüməsi verilmişdi. Lakin kitab demək olar ki, geniş oxucu kütləsinin diqqətini cəlb etmədi.
Xəyyamın ikinci dirçəlişini və əvvəlcə Avropada, sonra isə bütün dünyada qabiliyyətli yürüşünün başlanmasını 1859-cu ilə aid etmək olar: məhz o vaxt İngiltərədə Edvard Fitsceraldın sərbəst tərcüməsində «Ömər Xəyyamın rübailəri» adlı şeirlər kitabı işıq üzü görür. Şeir məcmuəsi o qədər geniş yayılır və elə etimad qazanır ki, artıq bir neçə aydan sonra, o nadir biblioqrafik nüsxəyə çevrilir.
Gənclər sevgililərinə yazdıqları alovlu məktublarında Xəyyamın rübailərindən istifadə edirdilər. Xəyyam rübailərinin həyati qüdrəti haqqında danışmaq adət halını almışdı. Xəyyamın şeirləri kütləvi şəkildə oxunurdu. Bir sözlə, tərcümə mütaliə edən kütlənin zövqünə uyğun idi. Təqribən hər yüz rübaidə bədii formada öz əksini tapmış bitkin bir fikir dururdu. Bu, viktoriya dövründə ifrat dərəcədə gözlənilməzliyi və uzunçuluğu ilə mühüm hesab edilirdi və özünün gözlənilməzliyi ilə birdən məftunedici oldu. Axı o dövrdə şeirin bədii metodları və prinsipləri tamamilə başqa idi. İngilis şairi A. Tennisson 26 ildən sonra Fitsceraldın tərcüməsini «fəzaya atılmış, günəşə bərabər planet» adlandıracaqdır.
Fitscerald Xəyyamın şəxsiyyəti və onun həyat yolu haqqında özünün müstəqil təsəvvürlərinə müvafiq olaraq məcmuədə şeirləri yerləşdirmişdi. Doğrudan da, ingilis şairi və tərcüməçisi fikirləşirdi ki, niyə də Xəyyam gəncliyində gəzəyən, həyatsevər, qadın pərəstişkarı, zövq almağı, şərab və varlığın sevinclərinin tərənnümçüsü, sonralar həyatdan usanmış və nəhayət, ömrünün qürub çağında allaha mistik sevgi təbliğçisi olmasın. Məcmuədə də rübailər məhz bu qaydada yerləşdirilmişdi. Bu məntiq Ömər Xəyyamın rübailərinin pərəstişkarlarındakı hakim əhval-ruhiyyəyə tamamilə uyğun idi. Fitsceraldın tərcüməsi XIX əsrin axırına qədər 25 dəfə nəşr edildi. Bu, keçən əsrin nəşriyyat təcrübəsində fövqəladə hadisə idi! Şübhəsiz, ingilis şairinin istedadı da kitabın müvəffəqiyyət qazanmasında böyük rol oynamışdır. İrəli gedərək, deyək ki, sonralar Xəyyamı bir çox ədəbiyyatçılar, o cümlədən məşhur şairlər tərcümə edəcəklər. Lakin istərdik СКАЧАТЬ