– Edə bilmərəm. Ən azı bu gün mümkün deyil. Bəlkə də yaxın günlərdə bu barədə sənə danışmaq icazəsi ala biləcəyəm… Niyə menecer deyiləm məsələsinə qayıtsaq, bunu mənə çoxdan təklif edirlər. Məni dəfələrlə şirkətin vitse-prezidenti vəzifəsinə də dəvət ediblər: xidməti avtomobil, nümayəndəlik xərcləri üçün pul, nəhəng kabinet… Amma bu hələ məni özünə çəkmir. Bilmək istəyirsənsə, əsl liderlik bundan ibarət deyildir. Liderliyin hansı kresloda oturmağın və nə qədər pul almağınla heç bir əlaqəsi yoxdur. Liderlik sənin nə dərəcədə yaxşı işləməyin və nə dərəcədə qüsursuz davranmağınla müəyyən olunur. Artıq dediyim kimi, əsas məsələ növündən asılı olmayaraq işini əla yerinə yetirməkdir. Bir yerdə və rəhbərliyi altında işlədiyin adamları ruhlandırmaqdır. LBT-nin kökündə çoxdan yaddan çıxmış, amma dərin bir həqiqət dayanır: lider olmaq üçün insana titul lazım deyil.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.