Çalıquşu. Решад Нури Гюнтекин
Чтение книги онлайн.

Читать онлайн книгу Çalıquşu - Решад Нури Гюнтекин страница 5

Название: Çalıquşu

Автор: Решад Нури Гюнтекин

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8448-1-8

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      Çalıquşu adı həm mənim xoşuma gəlir, həm də işimə yarayırdı. Yersiz bir iş görəndə, məndən şikayət edildiyi vaxt çiyinlərimi saymazyana atıb deyərdim: «Mən neyləyim… Çalıquşudan nə gözləmək olar?..»

      Hərdən məktəbimizə, çənəsində keçi saqqalına bənzəyən kiçik saqqalı olan eynəkli bir keşiş gələrdi. Bir gün qayçıyla saçımdan bir çəngə kəsib yapışqanla çənəmə yapışdırmışdım. Müəllimə mənim tərəfimə baxanda, çənəmi ovuclarımın içində gizlədirdim, başını o yana çevirəndə əllərimi açıb saqqalımı yırğalaya-yırğalaya keşişi yamsılayır, uşaqları güldürürdüm. Müəlliməmiz bu qəhqəhələrin səbəbini heç cürə başa düşə bilmir, acığından bərk-bərk bağırırdı.

      Birdən başımı sinfin koridora açılan pəncərəsinə çevirdim. Nə görsəm yaxşıdır: müdirə bacı pəncərə şüşəsinin ardından mənə baxır!

      Çaşdığımdan nə eləsəm yaxşıdır? Boynumu büküb barmağımı dodağıma apardım, «sus» işarəsi etdim. Sonra da barmaqlarımın ucu ilə ona bir öpüş göndərdim.

      Məktəbin ən böyüyü bu müdirə bacı idi. Ən qoca müəllimlərə qədər hamı onu Allah sayırdı. Müəlliməyə qarşı mənimlə əlbir olmasını ondan rica etməyim qadını nəşələndirdi. Sinfə girərsə, ciddiyyətini mühafizə edə bilməyəcəyindən qorxurmuş kimi, gülə-gülə barmağı ilə məni hədələyərək, koridorun qaranlığında yox oldu.

      Müdirə bacı bir gün də məni yeməkxanada yaxalamışdı. Mən sinifdən oğurlayıb gətirdiyim zibil səbətinə yemək artıqlarını doldurmaqla məşğuldum.

      O, sərt bir səslə məni yanına çağırdı:

      – Bura gəl, Fəridə, bu nə işdir görürsən?

      Mən bu işdə heç bir pislik görmürdüm. Gözlərimi qaldırıb onun üzünə baxdım, dedim:

      – Köpəklərə yemək vermək pis işdirmi, masör9?

      – Hansı köpəklərə? Nə yemək?

      – Xarabalıqdakı köpəklərə… Ah, masör, məni görəndə, nə qədər sevindiklərini bilsəydiniz… Dünən axşam lap tinin başında məni qarşıladılar, ayaqlarıma dolaşmağa başladılar… Dedim: «Gözləyin… nə edirsiniz?.. Xarabalığa çatmamış vermərəm!» Zalımlar heç söz başa düşmürlər, məni yerə yıxmaq istəyirdilər… Mənim də tərsliyim tutdu, səbəti ətəklərimin arasında möhkəm sıxdım… Az qala məni parçalamışdılar… Yaxşı ki, ordan bir simitsatan keçirdi, məni qurtardı.

      Müdirə bacı gözlərini gözlərimə dikib məni dinləyirdi.

      – Yaxşı, bəs sən məktəbdən necə çıxdın? – deyə soruşdu.

      Heç çəkinmədən dedim:

      – Camaşırxananın arxasındakı divardan atıldım.

      Müdirə bacı böyük bir fəlakət xəbəri eşidibmiş kimi, əlləri ilə başını tutaraq dedi:

      – Necə cəsarət etdin?

      Mən sadəcə cavab verdim:

      – Narahat olmayın, masör… Divar çox alçaqdır…

      Həm də necə ola bilər ki, qapıdan çıxım? Qapıçı məni heç buraxarmı? Birinci dəfə onu «masör Terez səni çağırır», – deyə aldatdım, qaçdım… Rica edirəm siz də mənim yalanımın üstünü açmayın… Çünki qorxuram köpəklər ac qalar…

      Bu bacılar nə qəribə insanlardır. Zənnimcə, başqa bir məktəbdə bunu etmiş olsaydım, ya həbs olunardım, ya da başqa bir cəza alardım.

      Müdirə üz-üzə duraq deyə çömbəldi və dedi:

      – Əzizim, heyvanları qorumaq gözəl şeydir, amma itaətsizlik etmək yaxşı deyil… Səbəti mənə ver… Mən artıqları qapıçı ilə köpəklərə göndərərəm.

      Həyatda yəqin ki, heç kimsə məni bu qadın qədər sevməmişdir.

      Bacıların buna bənzər hərəkətləri o zaman mənim üçün küləyin qayaya təsiri kimi bir şeydi. Mənim dəcəlliyimə, intizamsızlığıma mane ola bilməzdi. Amma zaman keçdikcə bunlar gizli-gizli qəlbimə işləmiş, məndə silinməz izlər buraxmışdı. Əlacsız bir zəiflik və rəhmdillik kimi ürəyimə çökmüşdü.

      Bəli, mən doğrudan da qəribə, anlaşılmaz bir uşaqdım. Müəllimələrimin zəif damarlarını tutmuşdum. Hər birinin daha çox nədən inciyəcəyini yaxşı-yaxşı öyrənər, ona görə də işgəncələr hazırlardım.

      Məsələn, Matilda bacı adında qoca və son dərəcə dindar bir musiqi müəlliməmiz vardı. O, divardakı Məryəm heykəlinin önündə, gözləri yaşara-yaşara dua edəndə, heykəlin ətrafında uçuşan milçəkləri göstərərək: «Masör, əziz anamızı mələklər ziyarətə gəlmişlər», – deyib ən sevər yerindən sancardım.

      Bir başqa müəlliməmizin son dərəcə təmizkar və vasvası olmasına diqqət etmişdim. Onun yanından keçəndə, qələmimin yaxşı yazmamasından şikayət edə-edə qələmi bərk silkələrdim. Yazığın ağappaq yaxasına mürəkkəb sıçradardım.

      Bir müəlliməmiz də vardı ki, həşəratlardan çox qorxardı. Mən kitablardan birində rəngli əqrəb şəkli tapıb qayçı ilə ətrafını kəsdim, sonra bu kağız parçasını yeməkxanada tutduğum iri bir eşşəkarısının arxasına yapışqanla yapışdırdım. Axşam mütaliəsində bir bəhanə ilə müəllimənin yanına gəlib, bunu stolun üstünə buraxdım.

      Mən müəllimə bacını sözə tutarkən, eşşəkarısı yeriməyə başlamışdı. Yazıq qız qaz lampasının işığında qorxunc bir əqrəbin qısqaclarını, quyruğunu titrədə-titrədə stolun üzərində yeridiyini görəndə fəryad qopardı. Yanındakı xətkeşi qapıb bir vuruşda arını stolun üstünə yapışdırdı. Sonra arxasını divara dayayıb əlini üzünə tutaraq, bir anlığa huşunu itirdi. Həmin gecə mən də yata bilmədim, yatağımda bir böyrü üstdən, o biri böyrü üstə çevrildim.

      On iki yaşım olardı. Mən ar və həyanın nə olduğunu daha başa düşürdüm. Odur ki, müəlliməmə qarşı etdiyim bu hərəkətdən utanırdım. Qəbahətimin asanlıqla bağışlanmayacağını da anlayırdım. Ertəsi gün, yəqin ki, məni dindirməyə çağıracaqdılar və kim bilir başıma nə gələcəkdi.

      Yuxuda müdirə bacını bir neçə dəfə qarşımda gördüm. Acıqlı-acıqlı üstümə gəlir, gözlərini bərəldib bağırırdı.

      Ertəsi gün birinci dərs hadisəsiz keçdi. İkinci dərsin qurtarmasına az qalmışdı ki, qapı aralandı. Bacılardan biri içəri СКАЧАТЬ



<p>9</p>

Hərfi mənada mənim bacım, dini məktəbdə müəllimlərə belə müraciət edirdilər.