Atmacalar. Qulam Məmmədli
Чтение книги онлайн.

Читать онлайн книгу Atmacalar - Qulam Məmmədli страница 3

Название: Atmacalar

Автор: Qulam Məmmədli

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8032-3-5

isbn:

СКАЧАТЬ (1779 – 1848) kiçik bir şəhərdə yaşayır və işləyirdi. Həmyerliləri onun qulluqçusu olan qızı gördükdə soruşdular:

      – Alim nə ilə məşğuldur?

      – Dürüst deyə bilmərəm; orasını bilirəm ki, o, böyük şüşədəki mayeni çalxalayıb kiçik şüşəyə tökür, sonra çalxalayıb ondan kiçik şüşəyə tökür, sonra lap kiçik şüşəyə tökür…

      – Bəs sonra?

      – Sonra da atır bayıra! – deyə qız cavab verir.

BƏHMƏNYAR, MƏRZİBAN OĞLU

      Şərqin böyük alimi İbni Sina bir gün dəmirçixanada oturduğu zaman bir uşaq gəlib dəmirçidən od istəmişdi. Dəmirçi ona:

      – Qab gətir, od apar! – demişdi.

      Uşaq bir qədər fikirləşib ovuclarını torpaq ilə doldurmuş və demişdi:

      – Odu bu qabın içərisinə qoy!

      İbni Sina uşağın belə fərasətli olduğunu görüb heyran qalmış və ona elm oxumağı məsləhət görmüşdü. Bu uşaq Azərbaycanın böyük alimi Bəhmənyar Mərziban oğlu idi (vəfatı 1065).

BİSMLRK, OTTO

      Bismark (1815 – 1808) Fransa–Almaniya müharibəsi zamanı (1870 – 1871) baş qərargahının yanından keçən bir soldatına təsadüf etmişdi. O, soldatın üzünün qana bulaşdığını görüb demişdi:

      – Bu sir-sifətlə hansı meyxanadan gəlirsən? İndicə cəbhəni yarıb alman qərargahına hücum edən Fransa əsgərlərinə qarşı döyüşdə yaralanmış soldat ona belə cavab vermişdi:

      – Sizin «Almaniya» lövhəsi altında açdığınız meyxanadan gəlirəm.

BOBORIKİN, PYOTR DMİTRİYEVİÇ

      Dramaturq Boborıkinin (1836–1921) yeni əsəri oynandığı zaman yazıçı Şpajinski yatmış bir tamaşaçını ona göstərib demişdi:

      – Baxınız, nə şirin yuxulamışdır.

      Boborıkin susmuş və bir neçə vaxtdan sonra Şpajinskinin yeni əsərinə tamaşa etdikləri zaman yuxulamış bir tamaşaçını müəllifə göstərib demişdir:

      – Baxınız, nə şirin yuxulamışdır?! Şpajinski özünü itirməyərək demişdir:

      – Görürəm, görürəm, elə həmin adamdır, sizin əsərin tamaşasında necə yuxulamışsa, hələ də ayılmamışdır.

BUALO, NİKOLA

      Ədib Bualo (1636–1711) bir ziyafətə çağırılmış və burada tənqidçi Şapla təsadüf etmişdi. İşrət zamanı Bualo öz şeirlərindən bir neçəsini oxuduqda Şapl onu tənqid etməyə başlamışdı. Bunu görən Bualo demişdi:

      – Əfv edərsiniz, sərxoş olduğunuz üçün şeiri tənqid etməyə qadir deyilsiniz.

      Şapl onun cavabında:

      – Əfv edərsiniz… Siz öz şeirlərinizdə sərxoş olduğunuz qədər sərxoş deyiləm, – demişdi.

BOSSYE, ŞARL

      Fransanın məşhur riyaziyyatçısı Bossye (1730 – 1814) ağır xəstə olduğu zaman dostları onun görüşünə gəlmişdilər. Xəstənin suallara cavab verməyə iqtidarı yox idi. Dostlardan biri:

      – Onun nəfəsi gəlmir, – dedikdə başqası:

      – İmtahan üçün ondan bir söz soruşun, – deyə təklif etmişdi. Xəstəyə sual vermişdilər:

      – Bossye, on ikinin kvadratı neçə edər?

      – Yüz qırx dörd! – deyə Bossye dərhal zəif səslə cavab vermişdi.

BOTKİN, SERGEY PETROVİÇ

      Materialist alim və həkim, professor Botkin (1832–1889) xaricə səyahət etdiyi zaman kurort şəhərlərindən birinə getmişdi. Bunu eşidən yerli həkimlər onu təntənə ilə qarşılamaq üçün vağzala gəlmişdilərsə də görüş baş tutmamışdı. Çünki onlardan heç biri Botkini üzdən tanımırdı. Yeni gələn adamın isə baqajında iki vialon olduğunu görüb elə güman etmişdilər ki, bu, musiqi çalandır. Ona görə də ona yaxınlaşmamışdılar.

      Botkin bütün ömrü boyu yorulmadan işləyir, ancaq musiqi çalmağı öyrənməklə əylənirdi. O, əlli yaşınadək musiqidən dərs alar və deyərmiş:

      – Bu mənim yeganə istirahət vasitəmdir.

BRAMS, İOHANNES

      Böyük alman bəstəkarı Bramsın (1833 –1897) görüşünə gəlmiş dostu çıxıb gedərkən demişdi:

      – Sənin vəfatından sonra bu qapıya vurulacaq lövhədə nə yazılacağını indidən təsəvvürə gətirmək çox da çətin deyil…

      Brams düşüncəli halda ona cavab verərək demişdi:

      – Yəqin yazacaqlar ki: «Bu ev kirayəyə verilir».

* * *

      Brams dəvət edildiyi bir ziyafətdə süfrə başında oturduğu zaman ev yiyəsi onun qədəhinə şərab tökmüş və demişdi:

      – Hörmətli bəstəkar, bu şərabın dadına baxmağınızı rica edirəm. Bu mənim şərablarımın içərisində Bramsdır…

      Brams təqdim edilən şərabı alıb içmiş və onu tərifləyərək ev yiyəsinə demişdi:

      – Əzizim, indi də mənə sizin Bethovendən bir qədəh verin.

BRÜLLOV, KARL PAVLOVİÇ

      Milyoner bir qadın məşhur rus rəssamı Brüllova (1799 – 1852) müraciət edərək şəklini çəkdirmək istəyir. Şəkil hazır olandan sonra qadın şıltaqlığa başlayaraq:

      – Şəkil xoşuma gəlmir, rəngləri yaxşı deyildir, – deyir.

      Rəssam belə cavab verir:

      Əgər məsələ rəngdədirsə, onda heç söz ola bilməz. Mən bu şəklin rənglərini siz yanaqlarınıza sürtmək üçün rəng aldığınız mağazadan almışam.

BUDE, GİLYOM

      Fəlsəfə, ədəbiyyat və hüquq elmləri sahəsindəki əsərləri ilə məşhur olmuş Fransa alimi Bude (1467–1540) kabinetində oturub işlədiyi zaman qulluqçusu qəflətən otağa girib:

      – Ay aman, yanğın var, yanğın! – deyə qışqırdıqda, alim soyuqqanlılıqla ona sarı çevrilib:

      – Bu barədə arvadıma xəbər vermək lazımdır, Sən bilirsən ki, mən təsərrüfat işlərinə qarışmıram, – demiş və kağızlarını qurdalamaqda davam etmişdir.

BUZƏRCÜMEHR

      Buzərcümehrdən (VI əsrdə İran padşahı Ənuşirəvanın nədimi) soruşdular:

СКАЧАТЬ