Bakı və bakılılar. Qılman İlkin
Чтение книги онлайн.

Читать онлайн книгу Bakı və bakılılar - Qılman İlkin страница 7

Название: Bakı və bakılılar

Автор: Qılman İlkin

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8278-4-2

isbn:

СКАЧАТЬ ki, Niyazabaddır), Şaberan, Mardov, Takuz şəhərlərini işğal edib, Bakıya və Astrabada tərəf üz tutmuşduq. Qabağımıza çıxan adamları qılıncdan keçirir, evləri və mülkləri yandırırdıq. Bakıya çatanda əlimizə çoxlu çaxır keçdi və onu öz aramızda bölüşdürdük. Çaxır içməyə adət etmədiyimiz üçün hamımız sərxoş olduq. O zaman beş minə qədər kazak idik. Bundan istifadə edən İranlılar (azərbaycanlılar – Q.İ.) tez qoşun toplayıb, biz sərxoş kazakların üstünə düşdülər. Çox güclü və igidcəsinə vuruşurdular; demək olar ki, hamımızı qırdılar. Yalnız 400-500 nəfər qayıqlara oturub canlarını qurtara bildilər. Stepan Razin də çətin vəziyyətə düşdü. Yanında mühafizəçi olmasaydı, o da diri-diri əsir düşəcəkdi. Yaxşı ki, mühafizəçi onu qoruyub, aradan çıxmaq üçün yol tapa bilmişdi".

      Stepan Razinin kazakları Xəzər sahili şəhər və kəndlərdən aldıqları qənimətləri dənizin Zənbil adasında bölüşdürdülər. O vaxtdan Zənbil Duvannı adını almışdı. Duvannı sözü "duvanit" sözündən olub, bölüşdürmə deməkdir.

      1670-ci ilin yazında qoşun rəisi seçilmiş Razin kazakları, qaçqın kəndliləri ətrafına toplayıb mütləqiyyətə qarşı üsyan qaldırdı. Üsyan antifeodal kəndli müharibəsi xarakteri almışdı.

      BAKI RUS İŞĞALI DÖVRÜNDƏ

      1722-ci ilin baharında I Pyotr Xəzər suları ilə hərbi səfərə çıxdı. Həmin ilin isti iyul günlərindən birində 274 gəmidən ibarət rus donanması Həştərxandan çıxaraq, Xəzərin qərb və cənub sahillərinə tərəf üzməyə başladı. Gəmilərin bir hissəsi Gilanın Rəşt şəhərinə, o biri hissəsi Bakı sahillərinə, yerdə qalan gəmilər isə Dərbənd şəhərinə istiqamət aldılar. Bu gəmilərdə 22 min nizami piyada qoşun və 5 min matros vardı. Bunlardan başqa 9 min draqun, 20 min kazak, 30 min tatar və 20 min kalmıqdan ibarət 79 min atlı quru yolu ilə Dərbəndə göndərilmişdi. Onlar Dərbənd yaxınlığında hərbi donanma ilə birləşməli idi.

      Pyotrun məqsədi Xəzərin cənub və qərb sahillərinə yiyələnmək idi. Bu yerlər rus imperatorluğuna su və hava kimi lazım idi. Osmanlı Türkiyəsi tərəfindən Rusiyanın cənub sərhədlərinə hücum gözlənilirdi. Bu təhlükəni aradan qaldırmaq və Qafqazda rus qoşunları üçün möhkəm baza yaratmaq imperator qarşısında təxirəsalınmaz məsələ kimi durmuşdu. Pyotra etibarlı mənbələrdən xəbər verilmişdi ki, Osmanlı Türkiyəsi Səfəvilərin zəifləməsindən istifadə edərək, ölkə daxilində iğtişaşlar törətməyə başlayıbdır. Şəhərlərdə Səfəvilər əleyhinə başlayan qiyamların çoxu türklər tərəfindən qızışdırılmışdı. Türkiyənin Qafqazda olan əlaltıları – Dağıstan feodallarından ləzgi knyazı Hacı Davud və Qazıkumuq knyazı Surxay xan idi. Bunlar tez-tez Şamaxı şəhərinə, Abşeron kəndlərinə basqınlar edir, əhalini böyüklü-kiçikli qılıncdan keçirirdilər. 1712-ci ildə Şamaxıya etdikləri basqın nəticəsində öldürülən yerli əhali içərisində 300 nəfərədək rus taciri də vardı. Həştərxan qubernatoru və habelə I Pyotr özü İran şahından quldurlara cəza verilməsini tələb etdi, lakin şah tədbir görməkdə aciz qalmışdı. Həştərxan qubernatorunun Pyotra göndərdiyi məlumatında deyilirdi ki, Hacı Davud və Surxay xan Krım xanı vasitəsilə Türkiyə sultanına müraciət edərək, himayə altına alınmalarını xahiş etmişlər.

      Səfəvi şahı şah Hüseynin dövründə ölkə siyasi və iqtisadi cəhətdən bərbad bir hala düşmüşdü. Aclıq və xəstəlik başlamışdı. 1722-ci ildə əfqanlar 20 min qoşunla Səfəvilərin paytaxtı İsfahan üzərinə hücuma keçdilər. Onlar 6 aylıq mühasirədən sonra şəhəri ələ keçirdilər. Hüseyn şah taxtdan salındı. İran hökumətinin belə böhranlı vəziyyətində I Pyotr İrana öz hərbi köməyini təklif etdi. Əlbəttə, I Pyotru düşündürən Səfəvilərin vəziyyəti deyil, birinci növbədə rus imperatorluğunun mənafeyi idi. O, Xəzərin cənub və qərb sahillərinə də bu məqsədlə gəlmişdi. Rus dövlətinin cənub sərhədlərini möhkəmlətməklə yanaşı ölkənin gündən-günə artan sənayesi üçün yeni xammal mənbələri zəbt etmək, rus taciri üçün yeni bazarlar açmaq, sərbəst ticarət üçün əlverişli şərait yaratmaq – Pyotru düşündürən bunlardı. Dərbənd və Bakı kimi əlverişli limanlar Xəzərdə rus donanması üçün əsas dayaq ola bilərdi. Pyotr dəfələrlə təkrar edirdi ki, Xəzər dənizi sahillərinə yiyələnmək bizdən ötrü çox vacibdir. Biz türkləri oraya buraxa bilmərik.

      Hələ 1716-cı ildə Pyotr Xəzərin cənub və qərb sahillərini öyrənmək və ərazini xəritəyə köçürmək üçün knyaz Çerkaskinin başçılığı altında Xəzər ətrafına ekspedisiya göndərmişdi. Bundan bir az qabaq isə o dövrdə görkəmli diplomat hesab edilən Artemi Volınskini İran şahının sarayına səfir kimi göndərmişdi. Volınski İranın vəziyyəti barədə Peterburqa tez-tez məlumatlar göndərirdi. Növbəti məlumatlardan birində Təbriz şəhərinin vəziyyətini belə təsvir edirdi: "Biz burada olduğumuz zaman çoxlu dilənçiyə rast gəldik. Onlardan çoxu utanmadan lüt-üryan gəzirdilər. Küçələrdə tez-tez yıxılıb qalmış meyitlərə rast gəlmək olar. Onlar itlərin yemi olmuşlar".

      Əvvəlki məlumatlarında Volınski Hüseyn şahın hökmranlığı barədə də maraqlı xəbərlər yazırdı: "Hüseyn şah ancaq rəsmi olaraq dövlət başçısı hesab olunur. Əslində isə bir çox əyalətlər onun tabeliyindən çıxmışdır. Buradakı dövlət başçısı ona tabe olanların üzərində başçı deyil, bəlkə də ona tabe olanların tabeliyindədir".

      Volınski I Pyotrun tapşırıqlarını Hüseyn şaha yetirmiş və onların arasında belə bir söhbət olmuşdu:

      Əlahəzrət şah cənabları, böyük rus imperatoru Pyotrun tapşırığı belədir ki, siz rus tacirlərinin sərbəst alverinə mane olanları cəzalandırasınız. Yəqin cənabınıza məlumdur ki, Dağıstan knyazlarından Davud bəy və Surxay xan Şamaxı şəhərinə basqın etmişlər.

      – Bəli, məlumdur.

      Həmin bu basqın zamanı rus tacirlərindən 300 nəfərədək öldürülmüş və malları talan edilmişdir.

      Şah Hüseyn bundan kədərlənmiş kimi ancaq başını tərpətdi.

      O da cənabınıza məlum olsun ki, Xəzər dənizində də rus tacirlərinə bir neçə dəfə quldur basqınları olub.

      Şah Hüseyn yenə də susub, başını aşağı dikir. A. Volınski ondan cavab çıxmadığını gördükdə, sözünə davam edir:

      – İmperator məni vəkil etmişdir ki, rus tacirlərinin qan bahasını sizdən tələb edim.

      A. Volınski ona da vəkil edilmişdi ki, əgər şah bu tələbləri yerinə yetirməkdə acizlik göstərərsə, Rusiyanın İrana kömək edə biləcəyini şaha çatdırsın. Volınski danışılan məsələlər üzrə İran şahı ilə razılığa gəlməyə müvəffəq olur. Sonra Rusiya ilə İran arasında əlverişli bir müqavilə bağlandı. Bu barədə bütün şəhər bəylərbəylərinə şahın fərmanı göndərildi. Bu fərmanda deyilirdi ki, rus tacirlərinin mal tayları heç yerdə açılmasın, onlar yoxlamadan azad edilsin. Bakı limanından Şamaxıya gedən yolda СКАЧАТЬ