Ölmək asan deyil.. Коллектив авторов
Чтение книги онлайн.

Читать онлайн книгу Ölmək asan deyil. - Коллектив авторов страница 2

Название: Ölmək asan deyil.

Автор: Коллектив авторов

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8451-9-1

isbn:

СКАЧАТЬ sodalı su vә ya dondurma almağa gәlmiş İda Zobel gözlәrini Lourensә zillәyәrәk diqqәtlә qulaq asırdı. Necә qәşәng oğlandı! On altı yaşında! O heç İda kimi qıza mәhәl dә qoymazdı: yenә dә İdanın yaşı bir az çox olsaydı! Görәsәn, o da böyüyәndә miss Mәk Qiniz kimi qəşəng olacaqdı? Belә qəşəng oğlanın xoşuna gәlmәk nә yaxşı olardı. Görәsәn, hәr şeydәn qabaq Lourens qıza nә deyәrdi? Bәs qız nә cavab verәrdi? İda xәyalәn bu qızları yamsılayır, özüylә Lourensin müsahibәsini keçirirdi. Bütün bu daxili çırpıntılar müqabilindә isә mister Sulivan özündәn әvvәlki susatanların yoluyla gedәrәk iş yerini dәyişdi, uzaq mәhәllәdә başqa işә düzәldi.

      Ancaq bir müddәtdәn sonra İdanın gözünü tutan, fikrini günlәrlә mәşğul edәn başqa oğlanlar da tapıldı. Qız daxilәn müxtәlif planlar cızır, әylәnir, hәyata isә heç nә keçirmirdi. Belә oğlanlardan biri, sadәlövh vә heç dә mәşhur olmayan yerli ştat senatorunun gülәrüz, qəşəng oğlu Merton Uebster idi. O, İda ilә eyni mәhәllәdә yaşayır, Uotkinzin orta mәktәbindә oxuyurdu. İdaya o mәktәbә getmәyi mәslәhәt görməmişdilәr. Merton elә mehriban, elә qəşəngdi ki.

      – Salam, balaca! Oho, necә dә qəşənglәşmisәn! İstәsәn, bir gün sәni özümlә rәqsә apararam.

      Yaşının azlığından, ailәsinin ciddi tәzyiqindәn, utancaqlığından qızın başı aşağı enir, ancaq dodaqlarında tәbәssüm sezilirdi.

      Bir il sonra, İdanın atasının dükanı yaxınlığında ev әşyaları satan vә sığorta edәn kişinin oğlu Uolter Stour qızın diqqәtini cәlb edәnәcәn İda yalnız Merton haqqında xәyallara daldı. Uolter qamәtli gəncdi, gülümsәr gözlәri, hәmişә tәbәssümlü dodaqları vardı vә yәqin ki, o da Merton Uebster, mağaza müdirinin oğlu Lourens Kros, camaşırxanaçının oğlu Sven Volberq vә başqa avaralarla birgə günlərini kinoda vә ya baş küçәdәki aptekin qabağında çürüdür, gәlib-gedәn qızlara söz atırdı. Hәlә hәyatında heç bir şey dәyişmәsә dә, İda mәktәbdәn evә vә ya evdәn atasına kömәk etmәyә gedәndә bu gənclәrә qarşı biganə qala bilmirdi. Onlar tәsadüfәn dükana gəlir vә İdanın gәlәcәyi haqqında fikir dә yürüdürdülәr:

      – Oh, çox gözәl qız olacaq, elә deyil?

      Qız birdәn-birә hәyәcandan qızarır, guya müştәrinin sifariş vәrәqini doldururmuş kimi özünü mәşğul göstәrirdi.

      Uilyam Zobelin dostu olan qonşu almanın qızı Etelka Şomel İdaya bütün qızlar vә oğlanlar haqqında mәlumat verirdi. Etelka gözәgәlimli olmadığından, Zobel öz qızına onunla dәrdlәşmәyә icazә verirdi, o düşünürdü ki, Etelkadan İdaya xәtәr toxunmaz. Ancaq Etelka vasitәsilә, onunla arabir ora-bura etdiklәri kiçik gəzintilәr sayәsindә İda әtrafdakı hadisәlәr haqqında cürbәcür söhbәtlәrә acgözlüklә qulaq asırdı. İdanın böyük hörmәt bәslәdiyi Uolter Stour süd alverçisinin qızı Edna Stronqla gəzirdi. Stourun atası başqa atalar kimi qәddar deyildi. Onun yaxşı avtomobili vardı, hәrdәnbir maşını sürmәyә oğluna icazә verirdi. Stour da tez-tez Ednanı vә qızın bir-iki rәfiqәsini götürüb, kiçik Şark çayının üstündәki gәmi-evlәrdә olan istirahәt vә әylәncә yerlәrinә cumurdu. Etelkanın rәfiqәsi ona demişdi ki, Stour çox mәzəli oğlandır. Hәm dә mahir rәqqasdır. Etelkanın rәfiqәsi onunla bir mәrasimdә olubmuş… Әlbәttә, İda belә söhbәtlәri dinlәmәyә can atır, acgözlüklә qulaq asırdı. Belә hәyatın nәşәsi, möcüzәsi, gözәlliyi! Ayrı alәm idi!

      Bir axşamüstü, saat yeddi otuz radәlәrindә atasının dükanına gedən İda mərkəzi küçәnin yanından keçәrkәn bir neçә oğlanla öz sevimli yerindә dayanmış Stourun sәsini eşitdi.

      – Mәn bu şirin balanın kim olduğunu bilirәm, ancaq atası onu oğlanlara baxmağa qoymur. Elәdir?

      Axırıncı söz İdaya deyilirdi, çünki hәmin an qız oğlanların bәrabәrindә idi vә sözlәr ürәyinә yatsa da, danışanın kim olduğunu bilsә dә, addımlarını yeyinlәtdi. Әgәr atası bunları eşitsәydi! Aman allah! Bәdəni әsim-әsim әsdi. «Şirin bala!», «Şirin bala!» Bu sözlәr isә qızın qulaqlarında cingildәyirdi.

      Sonra isә… sonra isә, qız on altı yaşına girәndә Edvard Hauptvencer Qrey-stritdәki böyük evdә yaşamağa başladı. Onun atası Cәkob Hauptvencer mәşhur kömür taciriydi, son vaxtlar Absekondda gəlirli bir sahə almışdı. İdanın qızlıq yetkinliyini daha kәskinliyi ilә hiss etdiyi vaxtlardı. O, hiss edirdi ki, yetkinlik öz әlamәtlәrini göstәrir; atasının vә ögey anasının yerli-yersiz deyinmәsinә sәbrsiz qulaq asması, onlardan tәngә gәlmәsi tәsadüfi deyildi. Yazda vә yayda gecəlәr qız gözlәrini aya zillәyir, onun solğun şüalarına nәzәr salır, öz darıxdırıcı evlәrinә və lalә, zanbaq, qızılgüllәrlә dolu bağçalarına baxır, tәәccüblü vә qәribә hisslәr keçirirdi. Aşağıda, Uorren-avenyuda ulduzlar sayrışırdı. Orada maşınlar, camaat, kino-teatrlar, restoranlar var; bütün bunlardan qızın xoşu gəlirdi. Bütün bu düşüncәlәrdә bir dәlilik, bir ağrı vardı. Off, kef üçün kef! Get, atıl-düş, rәqs elә, oyna, birisi ilә öpüş – kim olur-olsun, tәki gənc olsun, qəşəng olsun. Görәsәn, İda nә vaxtacan heç kәslә tanış olmayacaq? Tәrslikdәn, qonşuluqda yaşayan bütün cavanlar onu görәn kimi dilә gəlirdilәr:

      – Oh, gör bir kim gəlir. Hayıf ki, atası bir yana buraxmır.

      – Niyә saçını kәsdirmirsәn, İda? Ağlını başına yığ.

      İndi mәktәbә getmәsә dә, yenә әvvәlki kimi atasına kömәk edir, әvvәlki kimi geyinirdi. Qısa yubka, kәsik saç, açıq yaxalıq, üz-gözünә bәzәk vurmaq – hәr şey, hәr şey qadağan idi.

      Ancaq Edvard Hauptvencer öz gәlişiylә qızın hәyatına dәyişiklik dә gәtirdi. Küçәdәki oğlanların arasında hәr cürü vardı – qəşəng, mübariz, istәdiklәri qızın yuxusuna haram qatan bic, yaxşıca geyinib-keçinәn, bir sözlә, dostlarının yanında kişi kimi dayananı çox idi; Edvard istәdiyi gənc ilә oturub-dura bilәrdi. Mәgәr onun da Qrey-stritdә ayrıca otağı yox idi? Mәgәr onun atasının kömür mәdәnlәri vә mәşhur indeksli yük maşınları әtrafa küy salmamışdı? Bunlara әlavә olaraq Hauptvencer anasının yumşaq damarını da tutmuşdu (atasına bir söz dә demәzdi), cibi hәmişә pulla dolu idi, qiymәtindәn asılı olmayaraq istәdiyi vaxt istәdiyi şeyi ala bilәrdi. Öz mәşuqәlәrini restoranlara, şәhәr әtrafına apara bilәrdi. Hәlә sonralar onun sevimli görüş yerinә çevrilmiş kiçik Şark çayı üzәrindәki gәmi-klub. Onun şәxsi qayığı vardı, bu da hәr şey demәkdi. Edvard yaxşı üzgüçü vә dalğıc idi. O, atasının maşınını istәdiyi vaxt işә sala bilәrdi; şәnbә vә bazar günlәri dostlarını başına yığıb gәmi-kluba aparırdı.

      Burada az qala birillik fәaliyyәti sayәsindә әtrafına müәyyәn dostlar toplayandan sonra, bir axşam evdәn mağazaya gedən İda Zobel onun gözünә sataşdı. Qız gәncliyinin әn tәravәtli çağındaydı. İda vә onun ailә şәraiti barәdә dostlarından eşitdiklәri Edvardı düşündürdü. İda gözәl idi. Onunla әlaqә yaratmağa dәyәrdi. Ancaq qızı çәtinliyә salmış şәrait СКАЧАТЬ