Məntiq. Mahir İsrafilov
Чтение книги онлайн.

Читать онлайн книгу Məntiq - Mahir İsrafilov страница 5

Название: Məntiq

Автор: Mahir İsrafilov

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8260-4-4

isbn:

СКАЧАТЬ Vurğulamaq yerinə düşər ki, bugün dialektik məntiqin problemlərinin nəzəri cəhətdən işlənməsi sahəsində müəyyən nöqsanlar da vardır: Birincisi, dialektik məntiq sahəsində elmi tədqiqatların səviyyəsi çox aşağıdır və bizi qane etmir; İkincisi, konkret elmlərin nümayəndələri dialektik məntiqin müddəa və nəticələrindən öz işlərində az istifadə edirlər; Üçüncüsü, yalnız simvolik məntiqi qəbul edən və dialektik məntiqin əhəmiyyətini dəyərləndirə bilməyən opponentlərə qarşı zəif mübarizə aparılır. Bunun əsas səbəbi isə dialektik məntiqin bəzi problemlərinin mətbuatda zəif işıqlandırılması və təhsil-elm sahələrinə rəhbərlik edən məmurların laqeydliyidir.

      Elmi ədəbiyyatda dialektik məntiqin predmeti və məzmunu haqqında fərqli baxışlara da təsadüf edirik. Bir qrup alim belə hesab edir ki, dialektik məntiq elə dialektikadır, ona görə də hansısa bir məntiqin yenidən yaranmasına ehtiyac yoxdur. Başqaları isə onu dialektikanın idrak nəzəriyyəsi kimi qəbul edirlər. Üçüncü qrup isə dialektik məntiqi təfəkkürlə məşğul olan fəlsəfə sahəsi adlandırır. Elə filosoflar da vardır ki, onlar dialektik məntiqi formal məntiqlə eyniləşdirir və yanlış olaraq onu əqli nəticə ilə sillogizm haqqında təlim adlandırırlar.

      Dialektik məntiq gerçəklikdəki predmet və hadisələri öyrənmədiyinə görə onu nə bütün varlılığı tədqiqat obyekti kimi gözdən keçirən və geniş təlim olan dialektika ilə eyniləşdirmək, nə də idrak problemləri haqqında nəzəriyyə saymaq olar. Vahid fəlsəfi sistemin aspektlərindən hər birinin öz xüsusi tədqiqat sahəsi vardır. Bunları nəzərə almamaq tədqiqatçıları yanlış nəticələrə çıxarır. Deyilən fikirlərdən çıxış edərək, dialektik məntiqə belə tərif vermək olar: Dialektik məntiq elmi nəzəri təfəkkürün obyektiv forma və qanunlarının təşəkkülü, dəyişilməsi, inkişafı haqqında, habelə bu dəyişmə və inkişafda istifadə olunan məntiqi vasitələrdən, metodlardan və onları yoxlamaq üsullarından bəhs edən elmdir.

      Zənnimizcə, bu tərif konkret və dəqiqdir. Lakin məntiqə aid ədəbiyyatda bu termin geniş mənada işlənildikdə, onda dialektik məntiq fəlsəfə ilə (xüsusilə dialektika ilə) tamamilə eyniləşir. Bu termini sözün dar anlamında götürdükdə, onu dialektikanın xüsusi tərəfi, funksiyası kimi başa düşürlər. Bu iki çaları dəqiq fərqləndirməmək tədqiqatçıları dolaşığa və boş mübahisələrə gətirib çıxarmışdır.

      Bundan başqa, “metod”, “metodologiya” və “idrak nəzəriyyəsi“ kimi sözügedən anlayışların məzmun və həcmini dəqiqləşdirmək, onların arasındakı nisbəti müəyyən etmək vacibdir. Çünki bu cür yanaşma üsulu fəlsəfi biliklər sistemində dialektik məntiqin yerini aşkara çıxarır.

      Əgər desək ki, dialektik məntiq “qeyri-dialektik məntiq“dən onun dialektik metoda istinad etməsilə fərqlənir – bu mülahizə də doğru olmaz, çünki formal məntiq də mühakimə prosesində yol verilən təhrifləri tez-tez “dialektikləşdirir“. Digər tərəfdən, fizika, kimya, biologiya və başqa elmlərdə də dialektik metoddan istifadə olunur. Lakin heç kim buna görə həmin elmləri “dialektik fizika“, “dialektik biologiya“ adlandırmır, buna ehtiyac da yoxdur.

      Dialektikanın qanunları varlığın bütün sahələrində (təbiətdə, cəmiyyətdə, təfəkkürdə) fəaliyyət göstərir, lakin bu sahələrin hər birində özünəməxsus təzahür edir. Dialektik məntiq də eynilə dialektika qanunlarının təfəkkürdə təzahürünün spesifikliyini aşkara çıxarır. Onda sual oluna bilər ki, əgər fəlsəfə təbiətin, cəmiyyətin və təfəkkürün ümumi inkişaf qanunları haqqında elmdirsə, onda təfəkkürün dialektikasını öyrənmək üçün ayrıca bir elmə nə ehtiyac vardı? Digər tərəfdən, təfəkkürün dialektikası haqqında elm vardısa, onda fiziki, kimyəvi, bioloji və başqa proseslər haqqında ayrıca elm olmasınmı? Aydındır ki, bu sahələrin hər birində dialektikanın qanunları spesifik formada aşkara çıxır. Bundan başqa, məgər təfəkkürün dialektikası idrak nəzəriyyəsində öyrənilmirmi? Heç kim danmır ki, təfəkkürün təbiəti haqqında təlim və onun idrak prosesində rolu həmişə fəlsəfədə diqqət mərkəzində olmuşdur.

      Bizə belə gəlir ki, dialektik məntiqin problemlərinin işlənməsində bəzi filosofların uğursuzluğu onlarda dialektik məntiq haqqında dəqiq anlayışın olmamasındandır. Dialektik məntiqin özülü, təməl daşı olan dialektik təfəkkürsüz nə onun problemlərini işləmək, nə də bu elmi əleyhdarlardan qorumaq olar.

      Heç bir analogiya gətirmədən, qəti şəkildə demək olar ki, izafi dəyər kateqoriyası olmadan, kapitalizmin siyasi iqtisadı olmadığı kimi, dialektik təfəkkürsüz də dialektik məntiqin varlığından danışmaq mümkün deyildir. Dialektik təfəkkür kateqoriyasının dialektik məntiqin inkişafında fundamental əhəmiyyəti vardır. Buna görə də “dialektik təfəkkür” və “təfəkkürün dialektikası” anlayışlarını eyniləşdirmək yanlış fikirdir. Təfəkkürün formalaşdığı gündən həmişə dialektik məqamlar olmuşdur. Dialektik təfəkkür isə inkişafın müəyyən mərhələsində yaranır və bu keyfiyyət bütün insanlara xas deyildir. F.Engelsin dediyi kimi, dialektik təfəkkürün ilkin zəmini anlayışların təbiətini tədqiq etməklə bağlıdır və bunun özü inkişafın yüksək mərhələsində meydana gəlmişdir. Bəzən dialektik məntiqi dialektikanın hissəsi sayırlar ki, bu cür yanaşma da doğru deyildir, çünki “hissə“ kateqoriyası “tam“a tətbiq olunmur. Cins və növ anlayışında isə vəziyyət başqa cürdür, cins haqqında söylənilən fikri növə aid etmək olur.

      Dialektik məntiqi bütövlükdə dialektikanın aspekti, tərəfi kimi saymaq daha ağlabatandır, çünki fəlsəfə öz aralarında üzvi bağlılıqda olan üç funksiyanı yerinə yetirir: Birincisi, bu gerçəklik haqqında daha çox ümumi görüşlər sistemi kimi dünyagörüşüdür. İkincisi, fəlsəfə idrak prosesinin metodu, metodologiyası, instrumentidir. Üçüncüsü, başqa aspektlərilə birgə, sosial proseslərə rəhbərliyin elmi əsasına xidmət edir. Deməli, dialektik məntiq – dialektikanın metodoloji tərəfidir, funksiyasıdır, onu dialektikadan ayırmaq yanlış nəticələrə gətirib çıxara bilər. Digər tərəfdən, dialektik məntiq XIX əsrin I yarısında Hegel tərəfindən yaradılmış, sonralar Marks, Engels, Lenin, müasir dövrdə isə bir çox xarici ölkələrdə, postsovet məkanında fəaliyyət göstərən filosoflar tərəfindən inkişaf etdirilmişdir və etdirilir. Dialektik məntiqin metodoloji xarakter kəsb etməsi qətiyyən onun müstəqil məntiq elmi olmasını istisna etmir.

      Dialektik məntiqi məzmunlu məntiq də adlandırırlar. Bu fikrin doğruluğunu danmaq olmaz. Çünki məntiq təfəkkürün formaları ilə yanaşı, onun məzmununu da öyrənir. Lakin səhv onda ola bilər ki, biz sadə dəyişmə aparıb deyək ki, məzmunlu məntiq elə dialektik məntiqdir. Xarici ölkələrdə müxtəlif alimlər tərəfindən yaradılan çoxlu məzmunlu məntiqi sistemlərin olmasını da nəzərə çatdırmaq gərəkdir. Dialektik məntiqi inkişaf etdirmək üçün sadəcə təfəkkürün yox, dialektik təfəkkürün məzmunu ilə məşğul olmaq lazımdır. Çünki təfəkkürün məzmunlu problemləri çoxdur, lakin onların hamısını dialektik məntiqə aid etmək yanlışdır.

      Bütöv fəlsəfi sistemin СКАЧАТЬ