Köhnə Bakı. Hüseynqulu Sarabski
Чтение книги онлайн.

Читать онлайн книгу Köhnə Bakı - Hüseynqulu Sarabski страница 2

Название: Köhnə Bakı

Автор: Hüseynqulu Sarabski

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Xatirə ədəbiyyatı

isbn: 978-995-256-618-5

isbn:

СКАЧАТЬ və şərdə can-başla iştirak edərdi. Toylarda oynar, el mahnıları oxuyardı. Başının tam ortasında kəkili olardı. Cümrü Ağamalının əhəmiyyəti onun bu xırda-xuruş işləri deyildi. Bəzən elə də hallar olardı ki, Şirin ovdanın suyu kəsilərdi. Bu zaman Cümrü Ağamalı qollarını çırmayıb işə girişərdi. Fənərlə ovdanın içində bir taxça ağzı böyüklüyündə olan su yoluna girər, bir neçə saat sonra Nağı kühulundan çıxar, beləliklə, su yolunu təmizləmiş olardı. Bu zəhməti və böyük xidməti müqabilində Cümrü Ağamalı heç bir mükafat tələb etməzdi. O bu işi yalnız savab üçün gördüyünü söylərdi. Cümrü Ağamalı öldükdən sonra kimsə onun işini bacarmadığından Şirin ovdanın su yolu tutulub bağlandı. Bu xidmətə görə ona “hazar peşə, kəm maya” yəni “mayası yox, peşəsi yox” ləqəbi verilmişdi.

      Bakının cənub tərəfində dənizə doğru uzanan iki burun var: birincisi, “Bayıl burnu”, ikincisi, “Bibi Heybət burnu”. Bu burnu bakılılar “Qırxqızlar” adlandırırlar. Camaat arasında olan əfsanəyə görə, guya orada qırx qız qaib olub, onlar hər zaman ağlayır, səsləri də eşidilmir. Qayalar arasından sızılan damlalarsa onların göz yaşıdır.

      Qırxqızlar burnundan bir qədər cənuba tərəf Puta, Badamdar, Şağanbağ, Alaçıq deyilən yerlər gəlir. Bu yerlərin daşları məşhurdur. Bakının ali imarətlərinə sərf olunan ağ daş buradan gətirilir. Keçmiş zamanda hətta araba yolu belə olmadığından daşları şəhərə dəvələr daşıyırdı. Oradan Bakının Günbatan tərəfinə çevrildikdə qarşıya bir uçurum çıxırdı. Bu uçurumun adı “Yasamal”dır. Yasamalın arxasında Korgöz, Şubanı dağları, güldər dərəsi mövcuddur.

      Şəhərin kənarında (indiki halda şəhərin içərisindədir) “Pirvənzəri” deyilən çapılmış dik daş vardı. Vaxtilə qadınlar cümə günləri xoş bahar havalarında ziyarət adı ilə oraya gəzməyə gedərdilər. Pirvənzəridə ciyər kababı bişirmək adət halını almışdı.

      Pirvənzəridən aşağı – şəhərin qıraq hissəsinə “Sənbərə kəndi” deyərdilər. Vaxtilə bu hissə şəhərə yaxın kənd imiş. Bakının ətraf kəndlərindən bir parça çörək qazanmaq məqsədilə şəhərə köçüb gələn yoxsullar burada özlərinə yurd salıb yaşarmışlar. Söyləndiyinə görə, damazlıq mal-qaranın peyinini çənbərə basıb qışda yandırmaq üçün qurutduqlarından hər addımda belə çənbərlərə təsadüf edildiyindən bu kəndin adı “Sənbərə kəndi” kimi qalıb.

      Bakının ətrafında otuz səkkiz kənd var. Bu kəndlərin hamısı əkinçilik, balıqçılıq, qoyunçuluqla məşğul olardı. Hətta neft mədənləri arasında yerləşən Balaxanı, Sabunçu, Ramana və bu kimi kəndlərdə əksəriyyət mədənlərdə fəhlə sifəti ilə işləsə də, kəndçilikdən əl çəkməmişlər. Bakıətrafı kəndlərin bir qismində Azərbaycanın çox yerində olduğu kimi bir çox pir, ocaq və ziyarətgah vardı. Bunların çoxu tərk olub dağılmışdısa da, vaxtilə onlarda böyük şənlik olardı. Hər pirin, ocağın bir “kəraməti” varmış.

      Qorxudan xəstələnəni Məştağadakı “Çildağ” deyilən pirə aparırdılar. Doğmayan arvadlar Novxanıdakı “Ağ daş” pirinə gedərdi. Əl-ayağını yel tutan xəstə Qalaya (Pirvəro) gedərdi.

      Pirlərdən başqa Bakı kəndlərində bir çox abidələr də vardı. Bunlardan Suraxanıdakı usta şəyirdini qeyd etmək olar.

      Suraxanıdan Mərdəkan bağlarına gedən yolun iki tərəfində bir-birindən əlli-altmış addım məsafədə qarşı-qarşıya daşdan tikilmiş iki daxma vardı. Onlardan biri indi də durur. Söyləndiyinə görə, Suraxanıda bir bənna varmış. O, bir gənci illər uzunu əli altında şəyird adı ilə işlədər, müstəqil işləməsinə imkan verməzmiş. Həmişə şəyird ustasından bu barədə müsadə istəsə də, dargöz usta, “Səndə hələ bənna olmağa ləyaqət yoxdur, mən sənə ev tikmək ixtiyarı verə bilmərəm” – deyərmiş. Buna görə usta ilə şəyird arasında ixtilaf baş verir. Kəndin ağsaqqalları bu ixtilafı belə həll edirlər: hərəsi bir günün ərzində eyni biçimdə ev tiksin. Əgər şəyird ustasından geri qalmazsa, onun tikdiyi evdə ağsaqqallar nöqsan tapmazlarsa, ona bənnalıq haqqı verilsin. Mübahisəyə çıxan usta ilə şəyird biri yolun sağında, o biri solunda bir daxma tikirlər. Bu vasitə ilə özünə haqq qazandıran şəyirdin tikdiyi daxma uzun zaman davam edib durduğu halda dargöz ustanın tikdiyi daxma dağılıb gedir. Bu daxma indi də yaşamaqdadır.

      Binə kəndindən Saray bağlarının ətəyinədək uzanan düzəngaha “Təmənnis” deyirdilər. Keçmişdə orada taxıl əkərmişlər. Təmənnislə Məştağa arasında olan yerə nə səbəbdənsə “Hacı Sadıq düzü” deyiblər. Ora Bilgah bağlarından yol var: Məştağa bağlarının şəhərə tərəf uzanan ətəklərinə “Dərəqılınc” adı verilib. Bir az bəri gəldikdə Zabrat, Balaxanı, Sabunçu, Bülbülə, Xilə yerləşir. Sabunçunun üst tərəfi Kirməkidir. Sabunçudan bir az aşağı Binə kəndidir. Kirməki ilə Sabunçu arasında və ondan aşağı bir göl var ki, ona “Şor” deyillər. Oradan bolluca duz çıxarılırmış. Biləcəri kəndi və Binəqədi neft əraziləridir. Buzovnada dəniz kənarında bir sövmiə2 var, ona “Əli ayağı” deyirlər. İrandan gəlmiş hiyləgər abidlərdən biri yay vaxtı qaya üzərində yatıbmış. O durub gedəndə orada bir ayaq ləpiri qazıyıb. Sonra əhali içərisinə girərək qəsdən belə şayiə yayıb ki, guya o yatarkən yuxuda Əlinin ordan keçdiyini, ayılanda isə yanında ayaq izi görüb. Bu da guya Əlinin ayağının ləpiridir. Bu cür sözlərə inanan avam və cahil əhali həmin ləpirin üstündə bir sövmiə tikib, adını “Əli ayağı” qoyublar.

      Bakılılar da bütün Azərbaycan xalqı kimi səxavətli, qonaqsevən, üzügülər, bacarıqlı, igid, çalıb-oxumaq və oynamaq sevən, qonşularının dərdinə qalan, qəriblərə hörmət edən, əlsiz-ayaqsızların dadına çatan, xeyir-şərdə bir-birinə kömək yetirən və bir-birini sevən adamlardı.

      Şəhərin içində əhali çox olduğundan onlar tədricən şəhərin bayırında evlər, daha sonra məhəllələr salmağa başlayıblar. İçərişəhərdən bir qədər yuxarı – indiki Təzəpir küçəsində bir nəfər özünə su quyusu qazdıqda yer altından qəbir çıxmış, beləcə, əhalinin avam və mövhumatçı hissəsi buna dini rəng verərək ziyarətgah adlandırıb adını Təzəpir qoymuşlar. Onun yerində tezliklə məscid tikərək dövrəsini hasarlayıb buranı pir adlandırmışlar. Amma onun adı Şeyx Əbusəid idi. Bu məscidin ətrafında salınan dairəyə son zamanlara qədər “Təzəpir məhəlləsi” deyilirdi. Bu məhəllədən yuxarı ucda Hüseynqulu adlı quyuçu özü üçün quyu qazıyır. Bu quyunun suyu şirin çıxır. Buna görə bu quyunun ətrafında tezliklə evlər tikilir, hətta məhəllə salınır. Bu məhəlləyə əhali o zamandan “Hüseynqulu bulağı” məhəlləsi adını verib. Köçərilər Bakının Məhəmmədli kəndindən gəlib bu məhəllənin cənub tərəfində avadanlıq salmışlar. Bu səbəbdən də o məhəlləyə “Məhəmmədli məhəlləsi” deyirlər. Məhəmmədlidən aşağı olan yer çuxur olduğu üçün axan sellər ora tökülürmüş. Su orada çox qaldığından palçıq əmələ gətirərmiş. O səbəbdən bu məhəlləyə “Palçıqlı məhəlləsi” deyərmişlər. Palçıqlı СКАЧАТЬ