İsahəq, Musahəq . Muğanna İsa
Чтение книги онлайн.

Читать онлайн книгу İsahəq, Musahəq - Muğanna İsa страница 2

Название: İsahəq, Musahəq

Автор: Muğanna İsa

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ da oraya – çardağın altına qayıtdı. Orda gecə yarıdan keçənə qədər oturdular.

      Nə danışırdılar? Nə üçün elə xəlvətdə danışırdılar? Ürəyimi narahat döyündürən bu sualların cavabını o gecə söhbətindən çox-çox sonralar bildim. O gecə isə bildiyim yalnız bu oldu ki, anamla əmimin söhbəti nə isə heç xoşagələn deyildi. Mən ayağımın altına stul qoyub pəncərə-dən onları pusurdum. Seyid Əli əmi hərdən ah çəkə-çəkə, aram-aram nə deyirdisə, anam hər iki əli ilə saçlarını xışmalayıb sızıldaya-sızıldaya yırğalanırdı. Bu vaxt Seyid Əli əmi sacayağının üstündən dikəlib, anamın biləklərindən tutub, əllərini saçlarından qoparırdı, yenə nə isə danış-mağa, başını bulayıb ah-uf eləməyə başlayırdı.

      Mən vahimə içində donub qalmışdım.

      Gecə yarıdan keçəndə Seyid Əli əmi "saldat sapoqları"nı sürüyə-sürüyə, ağır-ağır gəlib o biri otağa keçdi. Nədənsə, burda o, mənə donqarlanmış kimi, çox dərdli, həm də (indi fikirləşirəm ki) doğmalaşmış kimi, həqiqətən əmim-atamın qardaşı kimi görünürdü.

      Daha səbr edə bilməyib evdən çıxmışdım. Soyuq gecədə büzüşüb eyvanda, məhəccərin dalında gizlənmişdim. Bilirdim ki, səsimi çıxarsam anam dərhal götürüb yorğan-döşəyə basacaq.

      Çardağın altında ocağımız çat-çat yanırdı. Anam sac asmışdı. Alovun dilləri sacın qırağından uzanıb qarmaq kimi qatlandıqca, anamın yanaqlarında yaş parıldayırdı. Əvvəllər anam gecələr sac asıb yuxa yayanda məni həmişə yanında otur-dardı, ya da elə ordaca yorğanın arasına bükər, "sən yat, anan da sənə fətir bişirsin", – de-yərdi. Anamın urvadan-undan ağarmış iri əllərinə, sacın üstünə salınan kimi buğlanmağa başlayan, ordan-burdan üfürülüb qabaran fətirə, gecənin qaranlığında gah sacın altına çəkilən, gah da yanlardan baş vurub titrəyən qırmızı alova tamaşa edə-edə, uzaqda, meşədə öz quş dillərində bir-birini çağıran Anadil quşlarının "qub-qub", “qub-qub səslərinə qulaq asa-asa nə vaxt yuxuya getdiyimi bilmədim.

      Bəzən evimizin həndəvərindəki əkinlər suvarılanda, çardağın altına, ocağın işığına min cür bədheybət cücü uçub gələrdi. Belə vaxtlarda əlimə süpürgə götürüb anamın oturduğu palazın altına doluşmağa çalışan eybəcər danadişləri qırmağa başlardım. Anam mənim canfəşanlığıma baxa-baxa gülərdi: "Vur! Vur! Başına dolanım! Qır bu faşist köpəkuşağını!" Danadişilər az-az uçan vaxtlarda o məni dizinin dibində oturdardı, isti fətiri dürməkləyib təkidlə axırıncı loxmayacan yedirərdi. Mən ağzımı açanda anam da açardı, mən loxmanı udanda anam da udqunardı, elə bil o da mənlə bərabər yeyərdi.

      Bir gözü sacda, bir gözü məndə olardı: "Mənim həyanım! Evimin yanan çırağı, – deyərdi. İndi isə oğlunu yaddan çıxartmışdı".

      Yalxı köynəkdə, məhəccərin dalında soyuqdan büzüşmüşdüm, titrəyirdim, anam isə orda ağlayırdı. Bu qədər ağladığını heç vaxt görməmişdim. Uzun dəmir şişlə qara sacın üstünü cıza-cıza fətiri çevirdikcə, şalının ucu ilə tez-tez gözlərini silirdi. Böyründə, saçaqlı süfrənin üstündə artıq bir qarış qalınlığında fətir vardı. Bu qədər fətiri neynirdi?

      Arada yuxu basdı məni. Sonra, nədənsə, oyanıb, anamı yenə orda – ocağın qırağında gördüm.

      Seyid Əli əmi içəridə, palaz üstə uzanıb o yanbu yana çevrikirdi, "Of, ay fələk! Of, ay fələk! " – deyirdi. Qızı isə mənim çarpayımda, mənim yorğanımın altında idi. Gah ona baxdım, gah atasına. Köksümü ötürdüm. Bu adamlar öz gəlişləri ilə bizim rahatlığımızı niyə pozmuşdular. Niyə elə uzaq kənddən gəlmişdilər? Mən niyə orda – o "uzunuzun qayaları olan" kənddə anadan olmuşdum? Anamdan küsmüş olsam da, yanına getmək, suallarıma cavab almaq istəyirdim. Əmma necə oldusa, bir vaxt gözümü açıb özümü yenə yorğan-döşəkdə gördüm. Deyəsən, səhər açılırdı. Otağımız hələ alaqaranlıqdı. Gözümü dolandırıb anamı axtardım.

      Kandarda uzun bir adam dayanmışdı. Seyid Əli əmi idi. Çiynində yekə çanta vardı. Anam onun yanında durub hələ də ağlayırdı.

      – Arxayın get, Seyid! Balanı öz balam kimi, ağzımda dilim kimi saxlayacam. Bu gündən Nailə Rəşidin əmisi qızı deyil, doğma bacısıdı. – Belə dedi.

      Seyid Əli əmi də ağlamsındı. Dedi:

      – Bizim nəsildə hamı etibarlıdı. Qardaşım arvadı yox, sən də doğma bacımsan. Hamılıqla Allah əmanəti olun!

      Anam mis dolçamızı su daşının üstündən götürüb dalınca çıxdı. Bir azdan eşikdə su şırıltısı eşidildi.

      Anam asta-asta, yorğun-yorğun qayıdıb dolçanı su daşının üstünə qoydu, "doğma bacım” Nailənin yatdığı çarpayıya baxdı və bu vaxt mən yeni bir heyrətli hadisənin şahidi oldum.

      Nailə çarpayıdan hop qalxıb tövşüməyə başladı.

      Əynində gödəcik boz çit don vardı. Çöp kimi quru qıçları, bomboz dizləri görünürdü.

      Yalın ayaqlarını səssizcə ata-ata yaxınlaşıb anamın üzünə baxdı. Lap çoxdan tanıdığı bir adamla danışan kimi, anamın adını tutub soruşdu:

      – Səriyyə bibi, dədəm getdi?

      Anam qızı qucaqladı.

      – Getdi, başına dolanım, – dedi. – Allah qoysa, sağ-salamat qayıdıb gələcək.

      Nailə elə hey anamın üzünə baxırdı.

      – Bəs mənə deyirdi gedəndə səni oyadacam?

      Anam onu bir də qucaqladı.

      – Səni yuxudan eləmək istəmədi, qıymadı, başına dolanım, ağıllı balam! – dedi. – Gəl qardaşıyın yanında uzan, qurbanın olum!..

      Anam elə yalvarırdı ona, dönə-dönə o üzündən, bu üzündən öpürdü.

      – İnşallah, sağ-salamat qayıdacaq! İnşallah! – deyirdi.

      Nailə daha dillənmədi. Atası gedəndən sonra bu evdə o, nəinki ağlamadı, heç köyrəlmədi də. Nəfəsi ilə mənim çiynimi isidə-isidə yuxuya getdi. Eşikdən hələ də Anadil səsi gəlirdi: qub-qub…

      Burda mən Anadil quşunun sirrini açmalıyam. O sirri mənə həmin bu Nailə adında, mənim pəltək dilimdə “Naləyə çevrilən, əslində də Nalə əmim qızı – bacım danışıb. O sirri on-on beş kəlmə ilə də demək olar, bir kitab qədər də. Bir şərtlə СКАЧАТЬ