Название: Payıza qədər
Автор: Allahverdi Eminov
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
isbn:
isbn:
Gəlin, kişi-ər psixologiyasında qarşımıza çıxan mübhəm çalarlara qayıdaq. Hansı hissidir-ömrümüzə qonaq gələcək və əbədi həmfikir olacaq qadından ya soyuyuruq, ya da uzaqlaşırıq?! Səbəbi nədir? Sosioloqlar, ailə həyatının etikası ilə məşğul olan mütəxəssislər daima rəqəmlərin soyuq və usandırıcı cazibəsinə arxayın olmuşlar. Onları ya anket sorğuları, ya da nigahla bağlı rəqəmlər marqlandırmışdır. Bunlar, şübhəsiz, elmin və inzibati işçilərin sosial vəzifəsidir. Lakin başlıca nöqtədən daima yan keçilibdir: Gənc əri (kişini) – yaş burada nisbidir – evləndiyi qadından uzaqlaşdıran səbəb nədir? yalnız qadınının deyingənliyimi, evdar olmamağımı və daha digər nöqsanmı? Bunlarla tamamilə razılaşırıq …
Kişi gözəl qadınla tanış olmuşdur. Gözəlliksə xoşbəxt nemətdir. Mən dünyada gözəllik önündə baş əyməyən insana rast gəlməzdim. Gözəllik, xüsusilə, qadının ilahi tərəfindən hörülmüş çələngidir. Bu çələng həsrətində olduğu şahmatçının yiyələndiyi dəfinə çələngindən qiymətlidir. Gözəlliyə münasibətin psixologiyası-əsaslandıracağımız fikrin birinci tərəfidir.
Hər bir kişi istəyir evlənəcəyi və yaxınlıq eləyəcəyi qadın zahirən gözəl olsun. Budur, küçədə zərif, gur və pərişan saçlı, boylu-buxunlu, tale qismətli bir qadını görür. Nə qədər ciddi və həyalı olsa belə, qanrılıb baxır. Ayaq saxlayır səssizcə. O isə zövqi-təbii ağappaq və yumşaq əliylə saçlarını sinəsindən ayırır. Sanki tərtəmiz dəniz suyu sahilindən ayrıldı. Nəmli və narın qumda izini qoyub çəkildi. Bu hərəkəti hər bir kişi öz zövqüylə qiymətləndirir. Küçədə heç kimə etina eləmədən gedir. Bir gözəllik ilahəsi ətrafına qəribə ovqat bağışlayır. O küçədə laqeydlik yoxdur.
Kişi addımlayır. Özünü tənhalıqda hiss eləyir. Ayaqları sözünə baxmır. Bir yandan da həyalılığı. Yanaşsınmı? Olmaz, küçədə tanımadığın qadına qəfil yanaşıb, hətta ürək sözünü demək nəzakətsizlikdir. Qadın mənliyi zərgər dəqiqliyi istəyir.
Gözlənilməz təsadüf, gözlənilən xoşbəxtlik. Tale hər istəyi idarə eləməyi bacarır. Tale ilə zər atmağa dəyməz. Odur, sahilə tərəf gedir. Tənhalığını aparır. Harada oturacaq, yoxsa gəzinəcək? Bunların əhəmiyyəti yoxdur. Dənizin də bu dəm ovqatlı vaxtıdı. Meh əsir, ağacların yarpaqlarına dolur. Nəfəsini dəyişdirir.
O gözəl, pərəstişkarlarının diliylə deyirəm, sanki ətrafındakılara laqeyddir və heç nəylə maraqlanmır. Bütün gözəl məxluqlardamı bu hiss? Skamyada oturdu. Yamyaşıl ağacın yamyaşıl budaqları əyildi və onun çiyinlərinə ağappaq şəfəq səpələdi. Günəşin işığına bulaşmış şəfəq yarpaqların sərinliyini bəxş elədi gözəl qadına.
Bunları onun pərəstişkarı ürəyindən keçirə bilməzdi.
O, beyinin dumanında vurnuxurdu. Nə bəlaydı bu? Dünən özünü gümrah hiss eləyən bu kişi, indi az qala ruhdan düşürdü, əli üzülürdü taleyindən. Risq? Risq! Və nəhayət risq.
Qadının sonrakı etirafından:
Yanımda gözləmədiyim halda oturan cavan kişinin hərəkətini anlaya bilmədim ilk baxışda. Amma belə düşündüyüm üçün daxilən xəcalət çəkdim. Və niyə şübhələnməliydim axı? İcazə istəyəndə səsi xırıldadı, əlinin titrədiyi gözümdən yayınmadı. Bu anlarıma qədər kişinin qadın yanında həyacanının dəyərini ölçüb-biçməmişdim. Mənə elə gəlmişdi kişilər qadın vücudu önündə sərt və vüqarlı görünməyə çalışırlar. Sadəlövh və heç bir kişi təması görməyən bir qız yalnız belə düşünə bilərdi.
O, nəzakət ölçülərində mənimlə dil tapdı. Tez sözümüz tuş gəldi.
Kişi təması və bu təmasın doğuracağı müəmmalar, həqiqətlər. Qısa söhbətin sehrinə düşmüşdüm. İpək tor atılmışdır, bu tor mənimçindir; qızıl balıq bulanıq su balığından daha cazibəlidir. Amma tordan yan keçmək duyğum ilğıma qarışırdı, mənim vücüduma axırdı.
Kişinin qısaca dediklərindən:
İnaın mənə, ilk dəfə qadın gözəlliyinin sehrindən, cazibəsindən dəhşətə gəldim.İstədim özümü salım bu gözəlliyin ayaqları altına. Və başlayım yalvarmağa; qadın üçün yox, gözəllik üçün. Amma çox sonralar anladım ki, hər şey gözəlliklə ölçülmürmüş; hər şeyin önündə gözəllik dururmuş. Gərək arada məhəbbət olmalıymış. Məhəbbətsiz gözəllik heç kəsə lazım deyilmiş.
Biz çox yerdə yaşlıların intim əlaqələrinin oyanışından söz açırıq. Və mən söhbətlərimdə bunu əsas götürmüşəm. Lakin istəyirəm bir məsələni qeyd edim ki, müasir yeniyetmələr (uşaqlar da) o şeylə daha çox maraqlanır, o şey valideynləri və müəllimləri tərəfindən qadağan hesab olunur. Məsələn, “seksual oyun” anlayışı və onun ətrafında gedən söz-söhbətləri yeniyetmələrin qulağı daha iti alır. Əvəzində cinsi oyanma məqamlarında qarşıya çıxan psixoloji çətinliklərin, problemlərin fərqinə varırlar. Halbuki yeniyetmələr kişilik və qadınlıq statusunun ilkin çalarlarından xəbərsiz olurlar. Müşahidələr göstərir ki, cinsi yetişkənliyə ayaq basan günlərdən yeniyetmələrdəki dəyişkənlik hər bir fərddə müxtəlif ölçüdə özünü büruzə verir. Biri bığ yerinin tərləməsindən, saçının uzanmasından utanır; digəri erotik hissin cücərtisini gizlədir və əksinə. Qızlar da həmçinin, başqa xüsusiyyətlərin əmələ gəlməsinə öz münasibətlərindən yanaşırlar.
Bu cinsi yetişkənliyin ilkin əlamətləri-keçid dövründə cinsi konstitusiya özünü göstərir. Və bu halda cinsi həvəs, cinsi şövq və spermaaxıtma əsas rol oynayır. Harada cinsi oyanma tez başlayır, orda çox güclü-üzə çıxır və tez qurtarır. Beləliklə, cinsi yetkinləşmə (oyanış) qızlarda və oğlanlarda müxtəlif cür olur. Qızlarda bu, iki dörə ayrılır: Birincidə, cinsi СКАЧАТЬ