İdeal. Muğanna İsa
Чтение книги онлайн.

Читать онлайн книгу İdeal - Muğanna İsa страница 10

Название: İdeal

Автор: Muğanna İsa

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ Sən də dəyişibsən, şükür, necə deyərlər, inteligent olubsan. O Səməd hara, bu hara? İndi söhbət eləmək olar sənnən, hə. Məni sən elə “Çax-çux” təki tanıyırdın. Savadım-zadım haqqında təsəvvürün yoxdu. Bir az dedim, vaxtı çatanda biləcəksən hər şeyi, inşallah.

      Çox şey deyəcəm mən sənə, qadası.

      O avariya günü bir yaradı, bu gün yeddi il səkkiz aydı dövr eləyir o yara bu sinədə. Vaxtı çatıb, kəsib atmalıyam daha yaranı. Bu gün danışsaq, bu gün atacam, sabah danışsaq, sabah atacam. Onda özün görəcəksən, kimlər vururlar bu yaranı, necə vururlar, nə üçün vururlar. Bir az dedim bayaq. Əmbə hər şeyi açmaq olmur. Zəmanə çox dəyişib, qadası. Kim qarantiya verə bilər ki, bu plaskart vaqonun ora-burasına səs yazan şey-mey qoyulmayıb?! Xüsusi gələcəm yanına, xəlvət bir guşədə danışaq, açım töküm sənə bu zəmanənin iç üzünü. Hə. Əmbə, dediyim kimi, əvvəlcə Məsimgilə gedəsən gərək. Gülbəniznən kəlmələşəndən sonra o şəkk-şübhələrin hamısını özün çıxardıb tulluyacaqsan ürəyindən, özün axtarıb tapacaqsan məni, danışmaq istəyəcəksən hökmən.

      Kənddə olacam. Getmiyəcəm heç yana. Oturub səni gözlüyəcəm. Həm də çax-çuxum var orda bir az. Kişinin çax-çuxuru olanda köhnə arvad da xoş baxır üzünə. Elə onun yanında qalıram indi, Badsəbanın daxmasında.

      Dörd otağım var Bakıda. İyirmi səkkiz aprel küçəsində. Qismət olacaq, inşallah, görəcəksən. Qonşum da elə Məhərrəm Abbasoviçdi. Köməkləşib şərait düzəltmişik ikimizə də. Əmbə Badsəbanın o cırıq daxmasını min elə şəraitə dəyişmərəm. Ağzımın dadı da ordadı, can rahatlığım da. Səhv eləmirəmsə, sən özün də meyilliydin o cırıq daxmaya. Görürdüm, qadası, görürdüm hər şeyi. Bizim Gülbəniz çox istəyirdi sənin xətrini. Nə danım, açığı, mən özüm də ayrı göznən baxırdım sənə. Sonra o cığalı qız gəldi ortalığa. Əlləzoğlunun Gülgəzi, qaraçı gözəli. Bir dəfə istədim risk eləyim açım sənə ki, o Göbələk Məmiş deyilənə yazmaq, oxumaq öyrədiblər “mekbez”də – savad kursunda, donos yazandı, ev yıxandı o cırtdan kişiciyəz, alma onun qızını. Sonra gördüm lap pis çıxır axı, – ata qızına elçilik eləyir. Danışmadım onda. Nə isə… bağışla, çox açıqlıq eləyirəm. Məcburam da, neyləyim! Hə!.. Oturub gözlüyəcəm. Bax, bir də deyirəm, Gülbəniznən danışandan sonra özün başa düşəcəksən ki, mənnən də danışmalısan hökmən. Təkrar eləyirəm, çox şey deyəcəm mən sənə, qadası. Sirnən doludu bu sinə. Əslində, bir də elə buna görə qaçırdım səndən. Çünki əminə aiddi sirrin çoxu, əmin də ki, elə yarımallahıydı. Nə qədər səndən qorxurdum, hesab elə ki, beş o qədər də ondan qorxurdum. Sənə sirr açsaydım, o saat gedəcəydin onun üstünə, çünki çox dəhşətli sirdi, qadası. Açsaydım, əmin yapışasıydı yaxamdan ki, de görüm, Səməd hardan bilir qəsd işidi?! Odu ki, qaçırdım, qadası. Hə!..

      Mayda o iş olanda birinci elə mən bildim ki, başqasının istəklisini gətirib evinə o yarımallah, başa düşdüm ki, axırı çatıb daha, sənnən görüşmək olar indi. Hə. O vaxtdan bu günü gözləyirdim. Avqustun iyirmi üçüdü bu gün. Yadında saxla: iyirmi üç avqust, min doqquz yüz əlli dördüncü il, axşam saat səkkiz. Stansiyada dayanhadayanda, altıncı vaqonun kupesində Çax-çux Xalıq sənə deyir: “Gözün elə şeylər görəcək ki bu gün, ömründə görməyibsən! Qulağın elə sözlər eşidəcək ki, ömründə eşitməyibsən!” Falçı sözü deyil bu. Əsasım var. Çətin gündü bu gün səndən ötrü, qadası. Ata gözündə gördüyün əmin düşəcək gözündən, adamlıqdan çıxacaq, murdar əskiyə dönəcək nəzərində. Dözümlü olmalısan bu gün. Çox dözümlü!.. Bir dəfə sınıbsan. Bir də sınsan düzəlməzsən. Odu ki, unutma məsləhətimi: qabaqca, deməli, Məsimgilə getməlisən. Gülbənizlə görüşməlisən hökmən. Sonra da deməli, məni görməlisən. Gözlüyəcəm ha…

      Trubkanın qətran iyi və qatı tüstüsü ilə birgə, kupeyə anlaşılmaz və anlaşılmaz olduğu qədər də dəhşətli xof dolub, Səmədin sinəsini tutub nəfəsini daraltmışdı. İllərlə səndən gizlənən, şəksiz-şübhəsiz qatil, belə birdən-birə, belə sərbəstcə üzə çıxıb, atasının müsibətindən sonra ata əvəzi əziz əmini də böyük müsibətlər gözlədiyini xəbər verib, “gözün elə şeylər görəcək ki bu gün, ömründə görməyibsən”, -deyirdisə, “falçı sözü deyil bu, əsasım var”, – deyirdisə və sən bu adamın, doğrudan da, nəyəsə əsaslandığını duyurdunsa, bundan necə xoflanmayasan?!

      * * *

      Çax-çuxu kupedə qoyub düşməyə tələsəndə Səmədə aydın olan bircə bu idi ki, o əvvəlki üzü palçıqlı adam, o cinayətkar – qatil yoxa çıxmışdı, yaşıl şlyapanın altında qara məxmər üzünün qətiyyəti ilə, dəyirmi fənər gözlərinin cəsarəti ilə tamam başqa hisslər oyadan, “sinəsi sirlə dolu”, çoxbilən bir adam peyda olmuşdu və bu adam, bildiyinin yüzdə birin də açmayıb, hər şeyi nədənsə sonrakı görüşə – Badsəbanın daxmasına saxlayıb, ancaq bunu lap aydın demişdi ki, Səməd öz doğma, əziz əmisini, ata əvəzi himayədarını heç də yaxşı tanımırdı, əmisinin ətrafında baş verən hadisələrdən xəbərsizdi və bilmirdi ki, “Stalin ölən günü əmisi də ölüb, stolun dalında qaraltısı qalıb”, üstəlik, dörd ay bundan əvvəl- may ayında başına nə gəlibsə, necə sarsılıbsa. “Sultan Əmirli deyiləm mən daha, arşınmalçıyam”, -deyib, “Gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə”, – deyib, əmma uğuru xeyir olmayıb”, “Gülçöhrə əvəzinə kiminsə – “başqasının istəklisini” gətirib!..” Qətran iyi ilə, tüstü ilə birgə sinəsini tutub Səmədin nəfəsini daraldan da, əslində elə bu evlənmə xəbəri idi ki, “canavara dönüb” və “dünyadan kam alır” sözləri ilə birləşib onu tamam çaşdırmışdı.

      Necə yəni “canavara dönüb”?!

      Sultan əmi hara, belə bayağı sözlər hara?!

      Sultan Əmirlini Sultan Əmirli eləyən elə bu deyildimi ki, “özünü fədai sayıb”, “oğul-uşaq istəməyib”, “həm gözəllikdə, həm də ağılda-kamalda tayı-bərabəri olmayan Qiymatı” da ailə səadətindən məhrum qoyandan sonra məhz fədai kimi yaşamışdı. Bu barədə atasından eşitdiyindən əlavə Səməd özü də yaxşı bilmirdimi ki, əmisinin ailə ilə bərabər şəxsi ev-eşikdən də imtina eləyib, “inventar RKP” içində qalmağının böyük, ciddi səbəbi vardı?

      Nə olub, nə baş verib ki, saç-saqqalının ağaran vaxtında”birdən-birə” “dünyadan kam almaq” xəyalına düşüb?!

      İnsanın “birdən-birə” bu dərəcədə metamorfozaya uğraması mümkündürmü? Əgər metamorfoza yoxdursa, bəs Sultan Əmirlini ”Sultan Əmirli deyiləm mən daha” deməyə vadar edən nədir? Bəlkə heç deməyib? Nəyə görə təsdiq olunmalıdır ki, Sultan əminin dilinə, təfəkkürünə bu qədər yad-yabançı “arşınmalçı” məhz onun öz dilindən çıxıb? Bu kəlmə ilə birgə bu evlənmə əhvalatının özündən də anekdot iyi gəlmirmi və elə anekdot iyindən məlum deyilmi ki, Çax-çuxun СКАЧАТЬ