Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü. Агабаба Самед оглы Рзаев
Чтение книги онлайн.

Читать онлайн книгу Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü - Агабаба Самед оглы Рзаев страница 3

Название: Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü

Автор: Агабаба Самед оглы Рзаев

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8125-9-6

isbn:

СКАЧАТЬ qala kimi görünürdü, sanki bu divarları heç bir qüvvə, heç bir qoşun dağıda bilməzdi.

      Şəhərin bütün sakinləri, xüsusilə uşaqlar bayramları səbirsizliklə gözləyirdilər. Bütün ölkənin ən əziz bayramı Novruz idi. Bu bayrama Tusda çox qabaqcadan hazırlaşırdılar. Bahar bayramına az qalmış hamı təzə paltar tikdirər, uşaqlarını başdan ayağa kimi bəzəyərdilər. Deyirdilər – günəş dolandı, il başa çatdı.

      Gəldi bərəkətli Fərvərdin ayı

      Bülbülün yüksəldi yuvasından nəvası

      Al saqinin əlindən piyaləni

      Xoş gün üçün yaranmışdı piyalə

      Zövq al badədən ki, bu günün

      Sevincinin başqa bir aləmi var.

      Qışın son ayı. Baharın gəlişi hamıda xoş əhval-ruhiyyə yaradır. Bütün ailələrdə bayrama böyük hazırlıq gedir. Kasıbçın da, varlıyçın da bu əziz bayram idi. Bayrama hazırlıq çərşənbə axşamlarında daha geniş miqyas alırdı. Son çərşənbə axşamına kimi evlər ağardılır, xalça-palazlar yuyulur, həyətlər səhmana salınır, dükan-bazarlar bəzədilir, küçələrə gündə bir neçə dəfə su səpilirdi. Son çərşənbə axşamı bütün həyətlərdə tonqallar qurulurdu. Hava qaralanda tonqallara od vurulurdu. Bütün şəhər çır-çırağbana bürünürdü. Bütün ailələr tonqalların ətrafında gecə yarıya kimi gülür, danışır, zarafatlaşırdılar. Uşaqlar, cavanlar tonqalların üstündən tullanırdı.

      Tollanatda. Atıl-matıl çərşənbə

      Ayna təkin bəxtim açıl çərşənbə.

      Həyətlərdə tütək çalan kim, rəqs edən kim, mahnı oxuyan kim.

      Bu yerlərdə tonqallara üzərlik atmaq bir adət olmuşdu – hamı özünü bəd nəzərdən qorumaq istəyirdi. Hamı dost deyil. Aşkar düşmənlərdən başqa pis nəzərli paxıllar da var. Paxıl həmişə paxıldır – bayramda da, yasda da. Qozbeli qəbir düzəldər. Bəd nəzərdən özünü gözlə:

      Üzərlik yaxarlar gəz deyən üçün

      Od yaxıb yandırar dərdi büsbütün.

      Sözümün bəxtini göyə ucaltdım,

      Qəlbimdən atəşə üzərlik atdım.

      Od tüstüsünü evə qarşı yönəldərdilər – gələn bəlanın qabağını bu tüstü saxlaya bilər.

      Son çərşənbə axşamı bayram süfrəsi bəzənərdi. Süfrəyə səməni, yeddi növ şirniyyat, quru meyvə, ayna, göy, noğul, narınc, lumu, gülab, qırmızı yumurtayla bəzədilmiş xonça qoyardılar. Çox evləri içərisinə balaca balıq salınmış bir qab su, zeytun, nar, söyüd ağacının budaqları da bəzəyərdi.

      İlin təhvilinə az qalmış bütün ailə üzvləri süfrə ətrafına yığışardı, süfrəyə plov gələrdi. İlin gəlməsini xəbər verən toplar atılar, təbillər, şeypurların səsi ərşə qalxardı. Evlərdə hər adam başına bir şam yandırılardı. Ailə başçısı ailənin hər üzvünə üç parça nabat, üç xırda pul, üç qaşıq bal verərdi.

      Bayram günü hamı bir-birinin evinə qonaq gedərdi, küsülülər barışardı, nişanlı qızların evlərinə xonçalar göndərilərdi. Şəhərdə, meydanda əyləncələr, oyunlar, gülüşlər, zorxanalar, çövkən, ox atmaq, kosa kosa oyunları qızışardı. At çapmaq adət olmuşdu. Şənliklər bir həftə davam edərdi.

      Nəsirəddinin Tusda keçirdiyi xatirələr çox şirin idi.

* * *

      Firuzşah Cəhrudinin nəsli Dəstkərd vilayətinin Vərşah kəndindən idi. Dəstkərd o zaman Qum vilayətinin tərkibinə daxil olan Cəhrudun tabeliyində idi.

      Firuzşah gənc yaşlarından təhsil almaq üçün Tusa gəlmiş, burada da məskən salmışdı.

      Nəsirəddin atası haqqında yazırdı:. "Atam dünya görmüş, söz qədri bilən, insanlara hörmət edən, yaxşı tərbiyə almış şəxs olub. Tacəddin Şəhristaninin şagirdlərindən və onun tərif və dualarından daim bəhrələnənlərindən idi. O, qaydaların təqlidində az mübaliğəyə yol verər, elmlərin sirlərinə yiyələnməyə səy göstərər, məzhəb sahiblərinin kəlamlarına və əsər müəlliflərinin sözlərinə qulaq asar, onlardan bəhrələnərdi. Belə oldu ki, Kəmaləddin Məhəmməd Hasib kimi tanınan, hikmət elmində, xüsusilə riyaziyyat fənnində şöhrət qazanmış Əfzələddin Kaşaninin şagirdlərindən birinin yolu həmin diyara düşdü. Atamla onun demək olar ki, heç bir dostluğu və tanışlığı yox idi. O, atamdan istifadə etmək və ondan kömək üçün onu öz yanına dəvət etdi. Atam onun yanında riyaziyyat elmini öyrənməklə məşğul oldu".

      Tanınmış alimlərdən olan Seyid-ər-Rza Fəzlullah Ravəndi də Firuzşahın müəllimlərdən biri olmuşdur.

      Nəsirəddinin ilk şəriət müəllimi atası olmuşdu. Nəsirəddin ilk elmi təhsilini eyni zamanda dayısı Nurəddin Əli ibn Məhəmməd Şaidən (rasional elmlər üzrə) və atasının əmisi Nəsirəddin Abdullah ibn Həmzədən (müsəlman hüququ, hədislər üzrə) almışdır.

      Şeyx Abbas Qumi öz ustadları haqqındakı yazılarında qeyd edir ki, “Xacə Tusinin, atasının izni ilə bir rəvayəti söyləmək icazəsi vardı. O, həmin rəvayəti nəql etmək icazəsini Seyid Əbi ər-Rza Fəzlullah bin Əli əl Hüseyndən, o da Seyid Əbi-əs-Səmsam Zülfüqar bin Məhəmməd bin Məbəd əl-Hüseyndən, və o da Şeyx Tusidən almışdı".

      Firuzşahla oğlu arasında yaranmış şəxsi münasibətlər haqqında dəqiq yazılar qalmayıb. Lakin Nəsirəddinin çox sonralar yazdığı və bütün atalara həsr olunmuş düşüncələri çox səciyyəvidir: “Ata övladını ona görə sevir ki, onun üzərində çox haqqı olduğunu görür, bu məhəbbət bir növ böyüklük məhəbbətinə yaxınlaşar, başqa ibarə ilə övladını sövq-təbii, zati bir məhəbbətlə sevər, bu o deməkdir ki, övladını həqiqətən öz nəfsi hesab edər, elə bilər övladının vücudunu təbiət onun surətinə baxaraq yoğurmuş zamanın timsalını övladına aşılamışdır. İnsafən, bu düz təsəvvürdür, çünki ilahi hikmət öz kəraməti sayəsində atanın ilhamını övladının icadına səbəb etmiş, onu övladının doğulmasında ikinci amilə çevirmişdir. Buna görədir ki, ata özü üçün istədiyi kamalı övladı üçün də arzulayar, özünə nəsib olmamış xoşbəxtlik və səadətin oğluna qismət olması üçün çalışar… Atanın övlada olan məhəbbət çoxluğunun bir səbəbi də odur ki, övladını ömrünün meyvəsi hesab edər, doğulduğu gündən onu şadlıq müjdəsi adlandırar, tərbiyəsi ilə məşğul olar, könlünü ona salar, get-gedə məhəbbəti artar; ona həyatının amalı, sevincinin mənbəyi deyər, ürəyində ona varis kimi baxar, özü öləndən sonra onu xatırladan bir vücudun yerində oturacağını düşündükcə, qəlbi iftixarla dolar". Oğul isə “nə qədər ki, ağılı bir şey kəsmir, atası sağdır qədrini bilməz, elə ki, ağlı başına gəldi, gözü açıldı, həyatı başa düşdü, ya atası öldü, əli onun qazancından kəsildi, onun böyüklüyünü dərk edər, СКАЧАТЬ