Beş uşaq və O. Эдит Несбит
Чтение книги онлайн.

Читать онлайн книгу Beş uşaq və O - Эдит Несбит страница 8

Название: Beş uşaq və O

Автор: Эдит Несбит

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952245141

isbn:

СКАЧАТЬ gözləri kəlləsinə çıxdı. Yaxına gəlib oğlanın ovcundakı qızıllardan birini götürdü və dişində yoxladı. Sonra isə dedi:

      – Mənim bütün atlarım sizin əmrinizdədir!

      Düzdür, uşaqlar bu sözləri gözləmirdilər, lakin cənab Pismarşın bundan sonrakı hərəkəti onları daha çox təəccübləndirdi.

      – Vilyam, cəld qapıları bağla! – o, mehtərə əmr elədi.

      Uşaqlar heç nə başa düşməmişdilər.

      – Yaxşı, onda biz gedək, – Robert dedi və onlar arxa qapıya tərəf tələsdilər. Ancaq Pismarş qapının ağzını kəsdi.

      – Yox, dostum, bir az gözləməli olacaqsınız, – o dedi. – Vilyam, qaç polisləri çağır. Aydınlaşdıraq görək burada nə baş verir?

      Vilyam getdi.

      – Hə, indi deyin görüm, bu qızılları haradan çırpışdırmısınız? – cənab Pismarş qorxudan bət-bənizləri ağarmış uşaqlardan soruşdu.

      – Niyə dillənmirsiniz? Bu qızıllar sizdə haradandır? Tez deyin görüm!

      – Qum karxanasından, – Ceyn qorxa-qorxa dilləndi.

      – Ağlına başqa yalan gəlmədi? – cənab Pismarş dedi.

      – Düz sözümdür, orada qum pərisi yaşayır, hər gün bizim bir arzumuzu yerinə yetirir.

      – O, ağıldankəmdir? – cənab Pismarş üzünü digər uşaqlara tutub soruşdu. – Xəstə uşağı öz çirkin əməllərinizə ortaq etməyə utanmırsınız?

      – O, xəstə-zad deyil, ağlı başındadır, – Anteya qışqırdı. – Özü də düzünü deyir.

      – Allah, sən saxla! Bunların hamısı dəlidir ki! – Bill Pismarş heyrətlə səsləndi.

      Bu vaxt Vilyam qayıdıb gəldi. Üzündən istehzalı gülüş oxunurdu. Onun arxasınca isə bir polis işçisi həyətə daxil oldu.

      Pismarş polisi bir kənara çəkib uzun-uzadı ona nəyisə izah elədi. Nəhayət, polis işçisi üzünü uşaqlara tutub dedi:

      – Mənimlə gəlin!

      Həm qəzəblənmiş, həm də qorxmuş uşaqlar polislə cənab Pismarşın arxasına düşüb Roçesterin küçələri boyunca addımlamağa başladılar.

      – Ay Allah, özün kömək ol! Siz burada nə gəzirsiniz? – qəfildən tanış səs eşidildi. – Robert, sənə deyirəm, burada nə işiniz var?

      Bu, Marta idi, Quzu da qucağında!

      Marta nə polisin dediklərinə, nə də Pismarşın danışdığı əhvalata inandı.

      Bu vaxt polis Robertə ciblərini göstərməyi əmr elədi.

      – Heç nə görmürəm, burada qızıl-zad yoxdur! – qulluqçu qadın qışqırdı. – Cənablar, deyəsən, siz ikiniz də ağlınızı itirmisiniz. Mən uşaqların çirkli əllərindən başqa bir şey görmürəm!

      Bunda təəccüblü heç nə yox idi: uşaqlar Sammieddən xahiş etmişdilər ki, Marta onlarla bağlı baş verən dəyişiklikləri görməsin. Sammied də uşaqların bu arzusunu yerinə yetirmişdi.

      Onlar polis məntəqəsinə çatanda hava artıq qaralmağa başlamışdı. Polis işçisi hadisə barədə baş müfəttişə məlumat verdi.

      – Konstebl[7], qızıl pulları göstərin! – müfəttiş əmr elədi.

      – Ciblərinizi çevirin! – polis işçisi də, öz növbəsində, uşaqlara əmr elədi.

      Siril dəhşət içində əllərini ciblərinə saldı, bir an duruxandan sonra ucadan qəhqəhə çəkib gülməyə başladı. Cibləri bomboş idi! O biri uşaqların ciblərindəki qızıl pullar da yoxa çıxmışdı.

      – Hə, nə oldu? – müfəttiş əsəbi halda polis işçisindən soruşdu. – Bəs haqqında ağızdolusu danışdığınız bu qızıllar hanı?

      – Bilmirəm bunu necə elədilər! – polis işçisi çaşqınlıq içində idi. – Yol boyunca gözümü onların üstündən ayırmamışdım!

      – Əcəb işdir! – müfəttiş acıqlı-acıqlı səsləndi.

      – Əgər günahsız uşaqları ələ salmaqdan yoruldunuzsa, arabaçını çağırım, bizi evə aparsın, – Marta qətiyyətlə dedi. – Lakin bu işi belə qoymayacağam! Görərsiniz!

      – Uşaqları götürüb gedə bilərsiniz, – müfəttiş onu sakitləşdirməyə çalışaraq dedi. Onlar gedəndən sonra isə üzünü polis işçisinə və cənab Pismarşa tutub qəzəblə soruşdu:

      – Bütün bunlar nə deməkdir?

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      Примечания

      1

      Mil – əsasən, ABŞ və İngiltərədə istifadə olunan uzunluq ölçü vahidi

      2

      Meqateriyalar – qədim dövrlərdə Cənubi və Şimali Amerikada mövcud olmuş, ancaq sonradan nəsli kəsilmiş canlılar

      3

      İxtiozavr – nəsli kəsilmiş nəhəng dəniz sürünəni

      4

СКАЧАТЬ



<p>7</p>

Konstebl – Böyük Britaniya və ABŞ-də aşağı çinli polis rütbəsi