80 gün dünya ətrafında. Жюль Верн
Чтение книги онлайн.

Читать онлайн книгу 80 gün dünya ətrafında - Жюль Верн страница 5

Название: 80 gün dünya ətrafında

Автор: Жюль Верн

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952244502

isbn:

СКАЧАТЬ çox xeyirxahsınız, müsyö!

      Onlar yanaşı addımlamağa başladılar. Yolda Paspartu dil boğaza qoymur, bir ucdan üyüdüb-tökürdü:

      – Əsas odur, gəmiyə gecikməyim.

      – Vaxta var, – Fiks onu sakitləşdirdi. – Hələ günortadır, saat 12-ni yenicə vurub.

      – Necə yəni, günortadır? Mənim saatımda hələ ona səkkiz dəqiqə var.

      – Əzizim, sizin saatınız geri qalır.

      – Necə?! Mənə ulu babamdan yadigar qalan saatım geri qalır?! Müsyö, bu saat xronometr[17] qədər dəqiq işləyir! Bütün ilboyu cəmi beş dəqiqə yanıla bilər.

      – Aydındır, – Fiks dedi, – sizin saatınız hələ də London vaxtı ilə işləyir. Yəni düz iki saat geri qalır. Bir ölkədən başqasına gedərkən saatınızı yerli vaxtla tənzimləməyi unutmayın.

      – Qətiyyən! – Paspartu etiraz elədi. – Bu gözəl saatın əqrəblərini irəli-geri çəkmək fikrim yoxdur!

      – Özünüz bilərsiniz, – cənab Fiks əlacsız gülümsədi.

      Bir qədər sonra xəfiyyə araya çökmüş sükutu pozdu:

      – Yəqin, Londondan çox tələsik çıxmısınız?

      – Bəli, keçən çərşənbə cənab Foq ilk dəfə klubdan evə həmişəkindən tez gəldi. Cəmi bir saat sonra isə biz dünya səyahətinə yollandıq.

      – Dünya səyahətinə?

      – Bəli. Özü də səksən günlük! Deyir ki, mərc gəlib. Amma öz aramızdır, mən ona çox da inanmıram. Burada nəsə başqa bir iş var.

      – Cənab Foq varlı adamdır? – Fiks soruşdu.

      – Məncə, hə. O özü ilə bir çanta pul götürüb. Hamısı qəttəzə əsginaslardır. Yolda da pulu su kimi xərcləyir.

      – Bəs siz bu cənabı çoxdan tanıyırsınız?

      – Demək olar, heç tanımıram. Onun yanında səyahətə çıxdığımız gün qulluq eləməyə başlamışdım.

      Cənab Fiks bu söhbətdən belə bir nəticəyə gəldi: Foq Londondan ona görə tələm-tələsik yola düşüb ki, oğurladığı pulları aradan çıxarsın. Məbləğ kifayət qədər böyük olub. Mərc məsələsini də insanların gözünə kül üfürmək üçün ortaya atıb. O, lakeydən Bombeyə getdiklərini də öyrəndi.

      – Bombey çox uzaqdır? – Paspartu soruşdu.

      – Siz hələ gəmi ilə ən az on gün də yol getməlisiniz, – Fiks cavab verdi.

      – Nə pis oldu, – Paspartu məyusluqla dedi.

      – Nə olub ki? – Fiks maraqla soruşdu.

      – Otağımdakı qaz lampasını söndürməyi unutmuşam. Lampa biz qayıdana kimi mənim hesabıma yanacaq. Hesablamışam ki, bu, bir gündə 2 şillinq[18] edir. Yəni mənim gündəlik qazancımdan düz beş pens[19] artıq! Başa düşürsünüz ki, əgər səyahət uzansa…

      Xəfiyyənin söhbətin nədən getdiyini anlayıb-anlamadığını söyləmək çətindir. O daha Paspartuya qulaq asmırdı, çünki bundan sonra necə hərəkət edəcəyi barədə düşünürdü.

      Bu arada, onlar gəlib bazara çatdılar. Fiks tez-tələsik Paspartu ilə sağollaşıb növbəti dəfə konsulun yanına yollandı.

      – Cənab, mənim oğrunu tapdığıma qəti şübhəm yoxdur, – xəfiyyə konsula dedi. – O özünü səksən günə bütün dünyanı gəzmək fikrinə düşmüş səfeh adam kimi qələmə verməyə çalışır.

      – Bəlkə, siz yanılırsınız? – konsul dilləndi.

      – Bu, mümkün deyil, cənab!

      – Əgər belədirsə, niyə cidd-cəhdlə pasportuna viza möhürü vurdurmağa çalışırdı?

      – Bunu bilmirəm, lakin sizə başqa maraqlı məlumatlarım var.

      Sonra Fiks Paspartudan öyrəndiklərini bircə-bircə konsula danışdı.

      – Doğrudan da, bütün bunlar çox qəribədir, – konsul dedi. – Bəs nə etmək fikrindəsiniz?

      – Londona teleqram yollayıb bir daha xahiş eləyəcəyəm ki, Bombeyə həbs qərarı göndərsinlər. Özüm isə onlarla birlikdə gəmi ilə Hindistana yola düşəcəyəm. Hindistan Böyük Britaniyanın torpağı hesab olunur. Deməli, Londondan göndərilən həbs qərarı ilə Foqu elə Bombeydə də yaxalaya bilərəm.

      Xəfiyyə konsulluqdan çıxıb teleqrafa yollandı.

      On beş dəqiqə sonra Fiks artıq Qırmızı dənizin sularında üzən gəminin göyərtəsində idi.

      9

      Süveyşdən Ədənə qədər məsafə düz 1300 mildir. Hərəkət cədvəlinə görə «Monqolustan» gəmisi bu məsafəni 138 saata qət etməli idi. Ancaq gəmi elə sürətlə üzürdü ki, belə getsə, mənzilbaşına vaxtından xeyli tez çatacaqdı.

      «Monqolustan»ın sərnişinləri arasında ingilis məmurları, müxtəlif rütbəli zabitlər çox idi. Dövlətdən yaxşı məvacib alan bu insanlar gəmidə səxavətlə pul xərcləyir, gündə dörd dəfə masalarının ətrafında toplanaraq yeyib-içir, saatlarla söhbətləşirdilər. Sərnişinlərin arasında bahalı libas geyinmiş bir neçə imkanlı qadın da gözə dəyirdi.

      Fileas Foq göyərtədə nadir hallarda görünürdü. O bütün gün sərnişinlərin istirahəti üçün nəzərdə tutulmuş böyük salonda vist oynayırdı. Foq «Reform» klubunda olduğu kimi burada da özünə bir neçə yoldaş tapmışdı.

      Paspartunun kefi kök idi. O, gəminin mətbəxində bişən dadlı yeməklərdən yeyib rahat kayutunda dincəlir və ümid eləyirdi ki, ağası Bombeydən o tərəfə getməyəcək.

      Süveyşdən çıxdıqları günün səhəri, yəni oktyabr ayının 10-da Paspartu göyərtədə cənab Fikslə qarşılaşdı. Onlar bir-birini dərhal tanıdılar. Lakey xəfiyyədən hara getdiyini soruşdu.

      – Sizin kimi mən də Bombeyə gedirəm, – Fiks cavab verdi.

      – Nə gözəl! Bəs siz Hindistanda olmusunuz?

      – Dəfələrlə. СКАЧАТЬ



<p>17</p>

Xronometr – çox dəqiq işləyən kvars və ya mexaniki saat

<p>18</p>

Şillinq – Böyük Britaniyada 1 funt-sterlinqin 1/20-nə bərabər pul vahidi

<p>19</p>

Pens – Böyük Britaniyada xırda pul