Skelliq. Дэвид Алмонд
Чтение книги онлайн.

Читать онлайн книгу Skelliq - Дэвид Алмонд страница 1

Название: Skelliq

Автор: Дэвид Алмонд

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243666

isbn:

СКАЧАТЬ itle>

      Birinci fəsil

      Mən onu bazar günü, günorta vaxtı qarajda tapdım. Biz bura – Şahin küçəsinə bir gün əvvəl köçmüşdük. Qışın son günləri idi. Anam elə belə də deyirdi: “Köçməyimizlə yazın gəlişi bir olacaq”. Qarajda məndən başqa heç kim yox idi. Hamı doktor Ölümlü ilə birlikdə evdə, cumbulu qızın ətrafında vurnuxurdu. Həkimə bu adı mən qoymuşdum: ölü bət-bənizinə bənzər solğun üzü heç vaxt gülməzdi, əllərində isə qara ləkələr vardı. Mən onu bir neçə gün bundan qabaq evimizin qabağında, maşına əyləşib mühərriki işə salanda görmüşdüm. Əslində, adı doktor Sartüdür. Əlbəttə, onu üzünə “Ölümlü” deyə çağırmıram. Amma, məncə, belə soyad doktor Sartüyə daha çox yaraşır.

      O, qaranlıqda, necə gəldi bir-birinin üstünə yığılmış dolab və bufetlərin arasında, toz-torpağın içinə sərilmişdi. Elə bil əsrlərlə burada atılıb qalıb. Üst-başı kirli idi, rəngi solmuş, bədəni sanki quruyub qaxaca dönmüşdü. Çox güman, ölü idi. Ancaq, sən demə, yamanca yanılıbmışam. Tezliklə həqiqəti öyrənəcəkdim: o, qeyri-adi, üstəlik, dünyada tayı-bərabəri olmayan bir adamdır!

      Onu tapdığım yerə qaraj deməyimin səbəbi odur ki, daşınmaz əmlak üzrə agent mister Stoun da bu tikilini məhz belə adlandırır. Mənim fikrimcə isə bura daxma, ya zibillik, ya da ki yarımdağılmış anbardır. Stoun bizi bura bağın içi ilə gətirdi, yerində güclə duran qapını itələdi və cib fənəri ilə qaranlığa işıq saldı. Onun arxasınca biz də başımızı içəri soxduq.

      – İndisə bura xəyali bir nəzər salın, – daşınmaz əmlak üzrə agent dedi. – Təsəvvürünüzə gətirin ki, hər yer təmizlənib, yeni qapılar qoyulub və dam təmir olunub! Nə görürsünüz? İkimaşınlıq əla qaraj!

      Mister Stoun mənasızca hırıldamağına davam edərək üzünü mənə çevirdi:

      – Ay oğlan, bəlkə, özün üçün burada nəsə quraşdırasan? Oynamaq, dostlarınla əylənmək üçün xəlvəti bir yer. Nə deyirsən, necə fikirdir?

      Üzümü çevirdim. Ümumiyyətlə, onunla danışmaq istəmirdim. Bütün yolboyu nə göstərirdisə, gərək xəyali nəzərdən keçirəydin. Hər şeyi olduğu kimi görmək yox, xeyli yaxşı təsəvvür etmək lazım idi. Biz evə baxdığımız müddət mən elə hey Erni Mayers – burada illərlə tək yaşamış qoca haqda fikirləşirdim. Öləndə heç kimin xəbəri olmayıb, bir həftədən sonra mətbəxdə, masanın altından tapıblar. Stoun xəyali nəzərlərimizi işə salmağı xahiş edəndə gözümün qabağına məhz bu səhnə gəlirdi. O hətta qonaq otağında da ətrafa xəyali nəzər salmağımızı istədi, çünki küncdə, taxta arakəsmənin arxasında köhnə, çatlamış unitaz var idi. Stoun izah etməyə başladı ki, Erni son illər artıq pilləkənlə qalxıb-düşə bilmədiyi və yalnız birinci mərtəbədə hərləndiyi üçün çarpayısını da bura gətiriblərmiş, unitazı da burada quraşdırıblarmış. Stoun bunları danışdıqca səsini yavaşıdır, tədricən pıçıltı ilə danışmağa başlayırdı, düşünürdü ki, mən eşitməsəm yaxşıdır. Mən isə onun sadəcə səsini kəsib susmasını istəyirdim. Bir də buradan tez çıxıb getmək, geri, evimizə qayıtmaq… Di gəl ki atamla anam ayrı fikirdə idilər. Onlar elə həyəcanlı, elə sevincli idilər ki, sanki bizi qarşıda möhtəşəm macəra gözləyir.

      Beləliklə, valideynlərim bu evi aldılar. Onu yığışdırmağa, təmizləməyə, rəngləməyə başladılar. Sonra isə uşaq doğuldu, vaxtından əvvəl doğuldu. Vəssalam.

      İkinci fəsil

      Mən qarajı bir azca tez, elə həmin bazar, yaxud səhəri də görə bilərdim.

      Özümlə fənər götürüb içəriyə işıq saldım. Yola açılan, doqqaza tərəf aparan əsas qapı çoxdan yerindən çıxıb düşmüş, girişə böyük taxta parçaları vurulmuşdu. Arxada isə daha bir qapı var idi. Taxta çatılar tamamilə çürümüş, dam isə xeyli aşağı çökmüşdü. Hər yerə qalaqlanmış zir-zibilin arasından üstünə işıq düşən döşəmə çat-çat və deşilmiş vəziyyətdə idi. Əslində, köhnə-kürüş şeyləri təmizləmək üçün tutulmuş işçilərin qarajı da təmizləyəcəklərini düşünmüşdük. Amma bura göz gəzdirən fəhlələr hətta ən yüksək pul mükafatı müqabilində belə bu işə girişməyəcəklərini bildirdilər. Burada daha nə yox idi: köhnə komodlar, sınıq-salxaq çanaqlar, içi sementlə dolu torbalar, Nuh əyyamından qalma qapılar, nə vaxtsa yumşaq, indi isə çürümüş oturacaqları olan iri söykənəcəkli stullar… Divara vurulmuş qarmaqlardan iri kabel və ip yumaqları asılmışdı. Bağ şlanqı, borular, paslanmış mismarlarla dolu yeşiklər döşəməyə atılmışdı. Hər şey toz və hörümçək torunun içində idi. Bəzi yerlərdə qopub yerə düşmüş iri suvaq parçaları gözə dəyirdi. Divarların birində olduqca çirkli, üstəlik, qabağına çatlamış linoleum rulonu qoyulmuş pəncərə var idi. Kif və xarabalıq iyi baş çatladırdı. Sanki bu ağır yükə tab gətirməyib kərpiclər də ovxalanırdı. Adama elə gəlirdi ki, bu nəhəng tikili ayaq üstə dayanmaqdan yorulub və indicə yıxılıb yerlə bir olacaq. Bircə buldozer gətirib buranı təmizləmək qalacaq.

      Küncün birində nəsə xışıldadı, digərində işıldadı, yoxa çıxdı. Ortaya yenidən dərin sakitlik çökdü.

      Mən kandarda dayanıb qorxuma güc gəlmək istəyirdim.

      Hətta artıq içəri ayaq basmağa hazır idim ki, birdən anamın səsi eşidildi:

      – Maykl! Sən burda neynirsən?

      O, evin arxa artırmasında dayanmışdı.

      – Axı səndən buranın təhlükəsiz olduğuna əmin olacağımıza qədər gözləməyi xahiş etmişdik.

      Mən geri çəkildlm.

      – Səndən xahış etmişdik? Elə deyil?

      – Etmişdiniz.

      – Deməli, ora ayağın da dəyməyəcək! Anladın?

      Mən qapını itələdim və o bağlandı. Amma bir cəftənin üstündə sallandığından, təbii ki, kip örtülmədi.

      – Danışdıq? – anam məni səslədi.

      – Hə. Yaxşı. Danışdıq.

      – Birdən xaraba qalmış bu qarajda üstünə nəsə düşər.

      – Hə, oldu, anladım.

      – Deməli, buradan uzaq gəzəcəksən. Danışdıq?

      – Hə. Hə-hə-hə. Danışdıq.

      Sonra mən “bağ” adlandırılan cəngəlliyə girdim, anam isə qızdırma içində yanan qızcığazın yanına getdi.

      Üçüncü fəsil

      Bağı da cəlbedici və gözəl bir guşəyə çevirmək lazım gələcəkdi. Bura skamyalar, masa və yelləncəklər qoyulacaq, bütöv divarların birinin üstünə boya ilə futbol qapıları çəkiləcəkdi. Hətta qurbağa və balıqların üzüşəcəyi süni göl də olacaqdı. Hələliksə bunların izi-tozu da görünmürdü. Bağda gicitkən, alaq otu, kolluq, kərpic qırıntıları, qənbər daşlarından başqa heç nə yox idi…

      Ayağımı bir dəfə hərləməklə yüzlərcə zəncirotunun başını qoparırdım.

      Sonra anam məni nahara səslədi, mənsə qışqırıb elə burada, bağda yeyəcəyimi bildirdim. O mənə buterbrod və bir banka kola gətirdi.

      – Daha bağışla, evdə it yiyəsini tanımır, heç birimizin də kefi yoxdur.

      O mənim dirsəyimə toxundu.

      – İncimirsən ki, Maykl? Bizi başa düşürsən?

      Mən СКАЧАТЬ