Atlantidanın son sakini. Александр Беляев
Чтение книги онлайн.

Читать онлайн книгу Atlantidanın son sakini - Александр Беляев страница 3

Название: Atlantidanın son sakini

Автор: Александр Беляев

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243659 

isbn:

СКАЧАТЬ Sadəcə biz axtarışlarda səhvə yol vermişik, hansı ki həmin səhvi düzəltmək asandır. Məsələ bundadır ki, biz indiyəcən yalnız Atlantidanın vulkanik dağ zirvələrini axtarmışıq. Xatırlayın: bu yüksək dağlar barəsində hələ Platon yazmışdı. Şəhərlər isə həmin dağların ətəklərində yerləşirdi. Deməli, onları axtarmaq üçün okean dibinin, heç olmasa, üç min metr dərinliyinə enmək və torpaq qatında bir neçə dərin, maili lağım atmaq lazımdır. Əminəm ki, onda biz Atlantidanı mütləq tapacağıq. Möhkəm olun, mister Solli! Unutmayın ki, Atlantida sizin yolunuzu on min illərdi gözləyir. Doğrudanmı, indi – məqsədinizə, deməli, həm də şöhrətin ən yüksək zirvəsinə bu qədər yaxınlaşmışkən hər şeyi atıb geri qayıtmaq fikrindəsiniz?

      Hiyləgər Larison Sollinin zəif damarını çoxdan tutmuşdu: şöhrət!

      – Şöhrət? O neçəyədir? Daha doğrusu, bundan sonra neçəyə başa gələcək? – mister Solli məyus halda soruşdu.

      Hesablama başlandı; Larisonun dediyi kimi, üç min metrlikdə axtarışlar hədsiz baha başa gəlirdi. Ancaq sonda inadkarlığı və riskə getmək vərdişi Sollini ekspedisiyanı yarıda saxlamaq niyyətindən daşındırdı.

      Axtarışlar qaldığı yerdən davam etdirildi. Gərgin iş üç ay sürdü. Bu müddətdə bir neçə fəhlə həlak oldu. Onların yerinə yeni işçilər tapmaq mümkün olmasa da, Larison ruhdan düşmürdü. O, okean dibindəki qazıntılara böyük həvəslə rəhbərlik edir, mister Solli isə vaxtının çox hissəsini axtarışların aparıldığı yerin yaxınlığında tikilmiş üzən dokda5 – açıq havada keçirirdi. Fiziki cəhətdən özünü əla hiss edirdi, ancaq daxilən ruh düşkünlüyü artırdı, ümidləri tükənirdi. Üstəlik, hesablayıb görmüşdü ki, əlindəki pul bu gedişlə iki aya bəs edə, ya etməyə. Sonrası məlumdur: iflasa uğrayacaq, bu da azmış kimi, qoca xəyalpərəst kimi rüsvay olacaqdı.

      Axşamayaxın Larison okeanın dibindən onun yanına qalxdı. Həmişəki kimi, özü yorğun olsa da, səsi şən və gümrah idi. Mister Solli pulla bağlı kədərli xəbəri ona söyləyəndə qoca Larison ekspedisiya başlayandan bəri ilk dəfə özünü belə məyus hiss edirdi. O heç vaxt ağlına gətirməzdi ki, bu qədər varlı bir fabrikantın cibi də nə vaxtsa boşala bilər.

      – Bu, mümkün deyil!

      – Necə yəni mümkün deyil? Buyurun, hesablamanın nəticəsinə baxın.

      – Biz işimizi ən maraqlı yerində dayandıra bilmərik. Biz artıq yumşaq tufa çatmışıq. İndən sonra işləmək asanlaşıb. Mən elə bu gün dam kirəmitinin bir parçasına oxşayan əşya tapmışam. Pul çatmır? Tapmaq lazımdır!

      – Haradan tapaq?

      Larison sanki “bu artıq sizin işinizdir” deyərcəsinə dodaqlarını büzüb çiyinlərini çəkdi və otağına getdi. Həmin axşam xeyli nəsə yazıb-pozdu, bəzi göstərişlər verdi.

      Səhər oyanıb əlüstü qəlyanaltı etdikdən sonra isə tələsik okeanın dibinə endi.

      4. Gözlənilməz kömək

      Artıq iki uğursuz ay da arxada qalmaqda idi. İndi mister Solli yalnız bir şeyi hesablayırdı: Atlantidanı tapmaqla bağlı axmaq fikirlərindən əl çəkdikdən sonra öz adi həyatını yaşamaq üçün onun nə qədər pulu qalmışdı? Belə məlum olurdu ki, vur-tut bir neçə yüz min dollar…

      Mister Solli fikirli halda siqarını tüstülədib öz yoxsul gələcəyi barədə düşünür, cənub ştatlarının birindəki gözdən uzaq malikanəsinə çəkilib ömrünü tənhalıq içində başa vurmağın hesabını aparırdı.

      Birdən onun gözlərinə şimaldan ekspedisiyaya doğru üzən bir neçə gəmi sataşdı. Mister Solli təəccübləndi: “Bunlar haradan çıxdı belə?”

      O bilmirdi ki, bu gözlənilməz qonaqlar, əslində, onların köməyinə tələsirlər. Məsələ burasındadır ki, Larison xeyli vaxt idi müxtəlif ölkələrin qəzetlərinə alovlu müraciətlər ünvanlayır, bütün tərəqqipərvər bəşəriyyəti misilsiz bir elmi nailiyyət naminə mister Sollinin sualtı ekspedisiyasına yardım əli uzatmağa çağırırdı. Bu alovlu müraciətlər hamıda dərin təəssürat yaratmışdı. Nəticədə isə budur: çoxsaylı gəmilərdən təşkil olunmuş donanma Atlantidanın axtarışına çıxanların köməyinə gəlmişdi.

      Bu dəstəkdən sonra axtarışlar ikiqat sürətlə getməyə başladı. Tezliklə isə Atlantidanın izləri tapıldı: qara, ağ və qırmızı daşlardan tikilmiş hörgü sukeçirməz layda yaxşı vəziyyətdə qalmışdı. Bu barədə xəbər tezliklə qəzetlərin qulağına çatdı və bütün dünyada böyük səs-küy doğurdu. Axtarışlara qoşulan, bununla da sanki Atlantidanın tapılacağı təqdirdə onun sahibi olduğu sərvətlərdən pay uman ölkələrin siyahısı günbəgün genişlənirdi.

      Hər ay bir-birindən sevindirici xəbərlər gəlirdi. Bu xəbərlərdən sonra mister Sollinin də kefi kökəlmiş, üzü gülməyə başlamışdı. Artıq Atlantidanın qalıqları üzə çıxmışdı: okeanın dibində gah aralarından balıqların üzgəclərini yüngülcə tərpədib keçdiyi yarıdağılmış cərgə-cərgə sütunlar, gah dağılmış evlərin divarları, gah da hansısa məbədin yana əyilmiş eyvanı görünürdü.

      Ekspedisiyanın beşinci ilində isə Poseydon məbədinin xarabalıqları, xarabalıqlar arasında da cilalanmış tunc lövhələrdən ibarət nəhəng kitabxana tapıldı. Lövhələrin üzərinə həkk olunmuş yazıları oxumaq olurdu. Bu işi bir rus dilçi alimi üzərinə götürdü.

      Beləliklə, Atlantida yavaş-yavaş öz sirlərini açmağa başlamışdı: məbədlər, piramidalar, heykəllər, evlər, tunc silahlar, avadanlıqlar və atlantların saysız-hesabsız “tunc kitabələri” bircə-bircə aşkara çıxırdı.

      Atlantidanın kəşfinin qısa tarixi belədir. Bundan sonra isə biz Atlantidanın öz tarixi haqqında danışacağıq. Bu tarixi yorulmaq bilməyən qoca Larison yazıb. Larison ilhamlı bir adam idi, odur ki onun mətni elmi əsərdən çox, romana bənzəyir. Ancaq tarixi məlumatlara əsaslanan romana!

      Təəssüf ki, Larison gözlənilmədən vəfat etdi, onun əsərinin əlyazması isə itmiş sayıldı. Əlyazma bu yaxınlarda alimin evinin çardağındakı şey-şüylərin arasından tapılıb.

      Biz indi onu sizin ixtiyarınıza verərkən Larisonun qeydlərini də olduğu kimi saxlamışıq.

      Həmin əlyazma budur.

      Atlantidanın son sakini

Ön söz

      Mən özüm üçün yazıram.

      Atlantidanın öyrənilməsinə uzun illər sərf etmişəm. Ona yaxından bələd olmuş, okeanın dibində Atlantidanın xarabalıqları arasında xeyli dolaşmışam. Orada, gözlərim önündə bu materikin keçmiş qüdrətinin və dəhşətli aqibətinin СКАЧАТЬ



<p>5</p>

Dok – gəmi təmir olunan yer