Məhv olmuş gəmilər adası. Александр Беляев
Чтение книги онлайн.

Читать онлайн книгу Məhv olmuş gəmilər adası - Александр Беляев страница 5

Название: Məhv olmuş gəmilər adası

Автор: Александр Беляев

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952242973 

isbn:

СКАЧАТЬ silah qalib gələ bilər? – deyə yenə də yosunu göstərdi.

      – Bu xırda yarpaqda qorxulu nə var ki? – Simpkins soruşdu.

      – Qorxulu odur ki, biz sirli Sarqas dənizinin Azor adalarından biri olan Korvodan qərbdə yerləşən sahəsinə düşmüşük. Bu dənizin sahəsi Almaniyanın ərazisindən altı dəfə böyükdür. O, başdan-başa qalın yosun xalısı ilə örtülüb. Yosun ispan dilində “sarqassa” deməkdir, dənizin adı da buradan götürülüb.

      – Okeanın ortasında dəniz: bu necə ola bilər? – miss Kinqman soruşdu.

      – Bu suala hələ alimlər də cavab tapmayıblar.

      – Məlumunuz olsun ki, isti Qolfstrim cərəyanı Florida boğazlarından şimala, Şpitsbergenə doğru istiqamət alır. Amma bu cərəyan yolda ayrılır, bir qolu cənuba, Azor adalarınadək dönür, Afrikanın qərb sahillərinə doğru gedir, nəhayət, yarımdairə cızaraq Antil adalarına qayıdır. İsti bir halqa əmələ gəlir, bu halqanın da içində soyuq, sakit su – Sarqas dənizi yerləşir. Okeana baxın!

      Hamısı geri çevrilib məəttəl qaldı. Okeanın səthi qarşılarında hərəkətsiz, axmaz bir göl kimi dayanmışdı. Nə kiçik bir dalğa, nə bir hərəkət, nə də bir şappıltı var idi. Günəşin ilk şüaları solğun-yaşılaçalan yosunların qalın xalısına bənzəyən bu qəribə, durğun dənizi işıqlandırırdı.

      – Sizi qorxutmaq istəmirəm, Simpkins, amma bu “yosun bankası”na düşmüş gəminin vay halına. Sarqas dənizini Kolumb belə adlandırmışdı. Əgər pərimiz olsaydı və saz işləsəydi belə, yenə hərəkətə gəlməyəcəkdi, yosunlara dolaşıb dayanacaqdı. Yosunlar yelkənli gəminin hərəkətini ləngidir, avarçəkməyə də imkan vermir. Bir sözlə, qurbanlarından bərk yapışır.

      – Bizim axırımız necə olacaq? – Simpkins soruşdu.

      – Yəqin ki, başqalarınınkı kimi. Sarqas dənizini gəmilər qəbiristanlığı adlandırırlar. Buradan tək-tük adam sağ çıxa bilər. Əgər adamlar aclıqdan, susuzluqdan, yaxud sarı qızdırmadan ölməsələr, gəmiləri çoxalmış poliplərin ağırlığından, ya da su sızmasından batana kimi yaşayırlar. Dəniz də yavaş-yavaş öz yeni qurbanını qəbul edir.

      Miss Kinqman diqqətlə qulaq asırdı.

      – Dəhşətdir! – hərəkətsiz yaşıl səthə baxıb pıçıldadı.

      – Biz hər ehtimala qarşı sələflərimizin çoxundan yaxşı şəraitdəyik. Paroxod yaxşı dayanıb. Bəlkə də, dəlmə-deşiyi təmir edib suyu boşalda bildik. Ərzaq ehtiyatı üçümüzə bir neçə il bəs edər.

      – İl! – Simpkins stuldan atılıb qışqırdı.

      – Bəli, əziz Simpkins, ola bilsin ki, sizə söz verilən mükafatı bir neçə il gözləməli oldunuz. Cəsarətli olun, Simpkins.

      – Tüpürüm o mükafata, bircə bu lənətə gəlmiş xəşilin içindən çıxa biləydim!

      Yeknəsəq, darıxdırıcı, bürkülü günlər uzanır, uzanırdı. Bu durğun bataqlığın üzərində naməlum həşərat dəstələri uçuşurdu. Gecə mığmığalar yatmağa qoymurdu. Hərdənbir duman dənizin üzərini kəfən kimi örtürdü.

      Xoşbəxtlikdən paroxodda yaxşı kitabxana vardı. Miss Kinqman mütaliəni sevirdi. Axşamlar hamı böyük, dəbdəbəli salona yığışırdı. Viviana mahnı oxuyur, royal çalırdı. Simpkins bu axşam yığıncaqlarında tez-tez əlində şərab şüşəsi görünməyə başlamışdı, dərddən içirdi.

      Qatlinq çaxır anbarını qıfıllamalı oldu. Simpkins etiraz etmək istədi, amma Qatlinq sözündən dönmədi.

      – Gəmidə bircə əyyaşımız əskik idi! Başa düşün, səfehin biri, əgər sizi çəkindirməsək, tezliklə məhv olacaqsınız.

      Simpkins itaət etməli oldu.

      Ölülər səltənətində

      Adama elə gəlirdi ki, paroxod hərəkətsiz dayanıb. Ancaq ehtimal ki, hansısa zəif cərəyan onu Sarqas dənizinin ortasına çəkirdi: yolboyu yarıçürük, yarı kif basmış gəmi qırıqlarına daha tez-tez rast gəlinirdi. Onlar ölülər kimi qəfil peyda olur, çılpaq “qabırğa”ları – şpanqoutları2 və sınmış dorları görünür, bir müddət gəminin arxasınca gəlir, sonra yavaş-yavaş üzüb uzaqlaşırdı. Simpkinsi gecələr “kabuslar” qorxudurdu: qəflətən dənizin yaşıl səthindən kəfənə bürünmüş adamları xatırladan ağ duman sütunları qalxır, yavaşca axır, yırğalanır və əriyirdi… Bu, qalın yosun xalısının “donmayan yer”lərində baş verən buxarlanmalar idi.

      Aylı gecələrin birində, quruluşundan Hollandiya istehsalı olduğu bilinən yarıdağılmış bir briq3 gəmiyə lap yaxınlaşdı. O, parlaq qızılı çalarlı qara rəngə boyanmışdı. Dorlarının və valının bir hissəsi qopmuş, braşpili4 sınmışdı.

      Viviana bu ölü gəmiyə maraqqarışıq bir vahimə ilə baxırdı. Bəlkə, onların da gələcəyi belə olacaq: elə bir vaxt gələcək ki, onların paroxodu da içində bir ins-cins olmadan dənizdə üzəcək. O, qəfildən qışqırdı:

      – Bir baxın, bir baxın, Qatlinq!

      Orada sınmış dora söykənmiş qırmızı papaqlı bir adam durmuşdu. Ayın parlaq işığında tutqun, qara sifətində dişləri ağarırdı. Gülümsəməkdən ağzı qulağının dibinə çatmışdı. Ayağının yanında şüşə vardı.

      Fikirləşəndə ki tək deyillər, bu yaşıl səhrada onlardan başqa da insan övladı var, hamısı həyəcanlandı. Simpkinslə Qatlinq ucadan qışqırıb əllərini yellədilər.

      Qırmızı papaqlı adam yenə də gülümsəyə-gülümsəyə əlini yellədi, amma bunu nəsə qəribə bir tərzdə etdi, sanki arxasında nəyisə göstərirdi. Dərhal da qolu şallaq kimi yanına düşdü. Ay buludların arxasına girdi, adam daha görünmədi. Amma briq getdikcə paroxoda yaxınlaşırdı.

      Nəhayət, briqlə gəmi arasında azacıq məsafə qaldı. Bu zaman ay çıxıb qəribə və vahiməli mənzərəni aydınlatdı.

      Dorun qırıqlarına skelet bağlanmışdı. Əynindəki paltarın cırıqları hələ üstündə idi. Sağ qalmış əl sümükləri küləkdə yellənirdi, qalanları isə çiyin oynaqlarından çoxdan çıxıb göyərtənin döşəməsinə tökülmüşdü. Qızmar günəşin qurutduğu üz dərisi qalmışdı. Bu perqament üzdə kəllənin təbəssümü əks olunmuşdu. Təpəsini yarıçürümüş qırmızı papaq örtmüşdü.

      Qatlinq bir andaca sıçrayıb briqin göyərtəsinə çıxdı.

      – Neyləyirsiniz, СКАЧАТЬ



<p>2</p>

Şpanqout – gəmi gövdəsinin əsasını təşkil edən köndələn tir

<p>3</p>

Briq – ikidorlu yelkən gəmisi

<p>4</p>

Braşpil – gəmilərdə lövbəri qaldırmaq üçün mexanizm, bucurqad