İbtidai oğlanın macəraları. Эрнст Д'Эрвильи
Чтение книги онлайн.

Читать онлайн книгу İbtidai oğlanın macəraları - Эрнст Д'Эрвильи страница 3

Название: İbtidai oğlanın macəraları

Автор: Эрнст Д'Эрвильи

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952242867 

isbn:

СКАЧАТЬ Ryuq. Bu, qara, iribuynuzlu öküz deyil ki?

      – Yox, bu, nəhəng iribuynuzlu öküzdən böyükdür, – Ryuq qışqırdı.

      – Qulaq as, Ağsaqqal, – Gel qışqırdı. – İndi ağ qayanın üstündə bir yox, iki ləkə görünür, ikisi də tərpənir. Yanlarındakı qaya da qırmızıya boyanıb.

      – Mən onları görürəm! Mən onları görürəm! – rəngi ağarmış, tir-tir əsən Krek təsdiq etdi. – Orada iki heyvan var, ikisi də nəhəngdir. Onlar buz parçasının üstündədirlər, buz parçasısa bizim mağaradan böyükdür. Onlar tərpənmirlər. İndi üzüb yanımızdan keçəcəklər. Bir bax! Biz məhv olduq!

      Ağsaqqal Kreki yerə qoyub çaya tərəf döndü.

      Gördüyü mənzərədən qoca ovçunun rəngi qaçdı. Kreklə uşaqlar ağlayır, qorxudan tir-tir əsirdilər. Saysız-hesabsız yırtıcı quşların qışqırtısı köpüklü, bulanıq dalğaların səsinə qarışmışdı; bu dalğalarla fırlana-fırlana, yırğalana-yırğalana nəhəng bir buz parçası üzürdü.

      Buz parçasının üstündə ağlasığmaz dərəcədə nəhəng, qalıntüklü bir mamont-fil görünürdü. Heyvanın arxa ayaqları buzun yarığında itmiş, sanki tələyə düşmüşdü. Heyvan qabaq ayaqlarıyla yarığın kənarına çətinliklə söykənərək dayanmışdı. Əyri dişləri yuxarı qalxmışdı, gəmi doru kimi göyə qalxmış xortumundan dayanmadan qan fəvvarə vururdu. Heyvanın bütün bədəni deşilmiş qarnından fışqıran qana boyanmışdı. O, ölümqabağı çırpıntılarla nərildəyir, bağırırdı. Yanında mamontun qarnını buynuzuyla deşən böyük bir kərgədan uzanmışdı; o öz qüdrətli düşməni tərəfindən boğulub öldürüldüyü üçün hərəkətsiz qalmışdı.

      Nəhənglər qanlı buz parçasının üstündə Ağsaqqalın yanından üzüb keçəndə azman fil qorxunc səslə nərildəyib məğlub etdiyi düşməninin leşinə cumdu.

      Bu ölümqabağı qışqırtıdan yer lərzəyə gəldi. Əks-sədası uzun müddət eşidildi, yırtıcı quşlar isə havada bir anlıq donub-qaldılar. Sonra yeni bir qəzəblə buz salına hücum çəkdilər, burada artıq iki leş vardı. Çalağanlar, qartallar, axır ki, ovun üstünə atıla bilmişdilər.

      Buz parçası qorxunc heyvanların leşlərini özüylə aparıb gözdən itdi. Qoca küləkdən codlaşmış üzünün tərini silib kiçik yoldaşlarını çağırdı. Yazıqlar dişləri şaqqıldaya-şaqqıldaya, ayaqları əsə-əsə qocanın yanına düşdülər. Krek onun əlini hələ də həyəcanla sıxıb durmuşdu.

      Məgər indi işə başlamaq olardı? Çaxmaqdaşından silah düzəltmək dərsi təxirə salındı, hamısı dinməzcə, ətrafa ehtiyatla baxa-baxa mağaraya tərəf yollandı.

      Uşaqlar tez-tez çevrilib arxaya baxırdılar. Uçan quşların səsini hələ də eşidirdilər. Onlara elə gəlirdi ki, yəqin, o müdhiş buz parçasını güdən acgöz heyvanlardan biri indi də dallarınca gəlir.

      Amma yavaş-yavaş sakitləşdilər, Krek gülümsəyib Ryuqun qulağına dedi:

      – Biz gələndə Ojo bizə həsəd aparırdı. Amma indi sevinəcək ki, oda keşik çəkmək üçün mağarada qalıb, bizim kimi qorxmayıb.

      Amma Ryuq başını bulayıb etiraz etdi:

      – Ojo cəsurdur, bu nəhəngləri görmədiyi üçün, yəqin ki, heyifsilənəcək.

      III fəsil

      Əbədi düşmən

      Uşaqlar gecə düşənə kimi sağ-salamat evə qayıtdılar.

      Qorxulu macəra haqqında hekayət anaları tir-tir əsməyə, balaca bacıları ağlamağa məcbur etdi. Bundan sonra miskin, tüstülü doğma mağara uşaqlara rahat ev kimi göründü.

      Burada qorxmalı heç nə yox idi. Hər yanda möhkəm daş divarlar ucalır, parlaq od bu divarları nəvazişlə isidirdi.

      Od insanın ən yaxşı dostudur, o, soyuğa üstün gəlir, vəhşi heyvanları qorxudur. Ancaq elə bir düşmən var ki, hətta od da onun qarşısında acizdir.

      Onunla mübarizəni dayandıran kimi bu əbədi düşmən insanı daim təqib edir, məhvə aparır. Çünki o, həmişə, hər zaman həyata zidd olub. Bu amansız, acgöz düşmən elə indi də öz dağıdıcı hücumlarını davam etdirir, minlərlə insanı məhv edir. Onun adı aclıqdır.

      Uşaqların mağaraya qayıtmasından düz dörd gün keçirdi, ovçular, yəni babalar və atalar hələ də gəlib çıxmamışdılar.

      Təcrübəli olduqlarına baxmayaraq meşədəmi azmışdılar? Yoxsa ovlarımı uğursuz olmuşdu? Bəlkə, hələ də əbəs yerə meşədə vurnuxurdular? Bilən yox idi.

      Ancaq Ağsaqqal da, analar da, uşaqlar da ataların günlərlə mağarada olmamalarına adət etmişdilər. Bilirdilər ki, ovçular zirək, güclü, diribaşdılar, onlar sarıdan qətiyyən narahat olmurdular. Evdə qalanlar başqa qayğılarla məşğuluydular: mağaranın bütün qida ehtiyatı tükənmək üzrəydi.

      Keçən ovdan qalan iylənmiş maral ətinin kiçik bir parçasını ilk günlərdəcə yedilər.

      Mağarada bir parça da ət qalmamışdı. Paltar üçün kənara qoyulmuş təzə dərilərə girişmək lazım gəldi.

      Qadınlar yunu iti kənarları ustalıqla yonulmuş kiçik, yastı çaxmaqdaşlarıyla təmizləyib damarları ağır dəridən ayırdılar. Sonra dəriləri kiçik parçalar şəklində doğradılar. Qan ləkələriylə örtülmüş bu parçaları suda isladıb o qədər bişirdilər ki, qatı, yapışqan kütlə əmələ gəldi.

      Onu da deyək ki, bu iyrənc sup küpəsiz bişirdi. İnsanlar gil qabları hazırlamağı daşdan kobudcasına yonulmuş və döyülmüş silah düzəltməkdən xeyli gec öyrəndilər.

      Krekgilin mağarasında suyu məharətlə hörülmüş kisələrdə – ağac qabığından düzəldilmiş səbətlərdə qaynadırdılar, sözsüz ki, belə səbəti yanan kömürün üstünə qoymaq olmazdı, suyu qızdırmaq üçün kisəyə bir-birinin ardınca odda qıpqırmızı qızarmış daşlar atırdılar. Su əvvəl-axır qaynayır, amma küldən bulanıq və çirkli olurdu.

      Donmuş torpaqdan əziyyətlə çıxardılan bir neçə kök yeyilmişdi.

      Gel haradansa iyrənc bir balıq gətirdi. Uzun və ağır səylərdən sonra yalnız bunu tuta bilmişdi. Amma bu miskin ovu da sevinclə qarşıladılar. Onu dərhal bölüşdürüb yedilər. Heç zəhmət çəkib kömürdə qızartmadılar da. Amma balıq balaca, ac ağızlarsa çox idi. Hərəyə kiçik bir parça çatdı.

      Ağsaqqal aclıqdan əzab çəkən mağara sakinlərinin başını qatmaq üçün hərəyə bir iş tapşırmağı qərara СКАЧАТЬ