Название: Kapitan qrantın uşaqları
Автор: Жюль Верн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241242
isbn:
Coğrafiya alimi səhv etmirdi. Bu, doğrudan da, zəlzələ idi.
Səyyahlar üzüaşağı nə qədər yuvarlandıqlarını bilmədilər. Gözlərini açanda onlar dağın ətəyində idilər. Bir neçə dəqiqə heç kim tərpənmədi. Sonra birinci olaraq mayor ayağa qalxdı. O, ətrafa baxdı. Yol yoldaşları ölü kimi hərəkətsiz halda onun ətrafında yerə sərilmişdilər.
Xilasedici atəş
Mayorun köməyi ilə yol yoldaşları bir-bir ayağa qalxdılar. Düzdür, yuvarlanarkən onların bir yeri də qanamamışdı, amma möhkəm əzilmişdilər. Zəlzələ bir göz qırpımında onları dağın zirvəsindən ətəyinə gətirib çıxarmışdı. Öz ayaqları ilə onlar bu yolu, Allah bilir, neçə saata gedəcəkdilər.
Səyyahlar yenicə özlərinə gəlmişdilər ki, mayorun asta səslə dediyi sözlər hamını həyəcanlandırdı:
– Robert yoxdur!
Qlenarvan ani olaraq ətrafa nəzər saldı, Roberti görməyib təlaşlı səslə dedi:
– Dərhal hərəmiz bir tərəfə gedib bütün uçurumları axtarmalıyıq.
Paqanel onu dəstəklədi:
– Vaxt itirmədən axtarışa başlamalıyıq!
Səyyahların hərəsi bir istiqamətə üz tutub Roberti aramağa başladı. Onlar bütün uçurumları, kolların diblərini, cığırları, hətta ən balaca yarıqları belə ələk-vələk etdilər. Axtarış günortaya qədər davam etdi. Gündüz saat birdə Qlenarvan və dostları əldən düşmüş halda, yorğun və üzgün vəziyyətdə yenidən düzənlikdə tapışdılar. Axtarışlar nəticə verməmişdi. Qlenarvan son dərəcə məyus idi, o, güclə danışırdı. Qanı qaçmış dodaqları hərdənbir pıçıldayırdı:
– Mən onu tapmadan buradan getməyəcəm. Getməyəcəm!
Heç kim danışmırdı. Yalnız mayor yaxınlıqdakı ağaclardan birinin altında çadır qurmaqla məşğul idi. Səyyahların ərzağı da tükənmək üzrə idi. Onların ancaq ətləri və düyüləri qalmışdı.
Həmin gün Robertdən heç bir xəbər çıxmadı. Gecə sakit keçdi. Səyyahların heç biri yata bilmirdi. Qlenarvan gecəyarısı ayağa qalxıb dağa dırmaşmağa başladı. O, Roberti tapacağına inanırdı. Səhərə qədər dağı dolaşan Qlenarvana mayor və Paqanel də qoşuldular. Amma bu axtarışlar da nəticə vermədi.
Səhər açıldı. Artıq heç kimin Robertin tapılacağına ümidi qalmamışdı. Üstəlik, ərzaq da tükənirdi və bu kimsəsiz düzənlikdə ac qalmaq ehtimalı hamını xoflandırırdı. Ona görə də mayor səyyahlar arasına çökmüş sükutu pozmalı oldu:
– Bəlkə, yola düşək?
Paqanel onunla razılaşdı:
– Mən də yolumuza davam etməyin tərəfdarıyam.
Qlenarvan yalvarıcı baxışlarla mayoru və Paqaneli süzdü:
– Bəlkə, bir saat da gözləyək.
Hamı bu gözləməyin əhəmiyyətsiz olduğunu bilirdi, amma heç kim etiraz etmədi. Bir saat tamam olanda Qlenarvan daha bir saat vaxt istədi. Bu bir saat da bitəndə artıq Mak-Nabs dözmədi:
– Daha yubanmaq olmaz.
– Elədir, – Qlenarvan doluxsundu. O, səyyahların heç birinin üzünə baxmırdı, gözlərini göyə zilləmişdi. Bu vaxt qəfildən qışqırdı:
– Ora baxın! Ora baxın!
Bütün nəzərlər dərhal göyün üzünə çevrildi. Paqanel dedi:
– Bu, qartaldır!
– Hə, hə, qartaldır, – Qlenarvan təsdiqlədi.
Heç kim başa düşə bilmədi ki, göyün üzündə süzən bu qartal Qlenarvanı niyə həyəcanlandırmışdı. Qartal gah yüksəkliyə qalxır, gah aşağıdan uçurdu. O, yerdə nə görmüşdü? Niyə vurnuxurdu? Qlenarvan öz-özünə pıçıldadı:
– Bəlkə də…
Bir azdan qartal daha da aşağıdan uçaraq qayalıqlardan birinin üzərində dövrə vurmağa başladı.
– Robert oradadır, – Qlenarvan qışqırdı.
Bu vaxt qartal qayalığın arxasında yoxa çıxdı və bir azdan yenidən göyə qalxdı. Bu dəfə o, iri caynaqlarında Roberti tutmuşdu. Heç kim Robertin sağ olduğuna inanmırdı. Qartalın caynağındakı yalnız onun cəsədi ola bilərdi. Qlenarvan:
– Robertin cəsədi qartala yem olmaqdansa, qoy qayalara dəyib parçalansın! – dedi.
O, tüfəngini götürdü və qartalı nişan almağa çalışdı. Mayor:
– Bu işi mənə həvalə et, – deyib tüfəngi Qlenarvandan aldı. Tətiyi çəkməyə macal tapmamış düzəngahın harasındasa güllə səsi eşidildi. Qartal yavaş-yavaş yerə enməyə başladı. Onu kimsə vurmuşdu. Qlenarvan quşun düşdüyü yerə qaça-qaça qışqırdı:
– Robert! Robert!
Yoldaşları da onun arxasınca qaçdılar.
Qartal ölmüşdü. Onun geniş açılmış qanadları altında Robertin yalnız başı görünürdü. Qlenarvan diz çöküb uşağı quşun qanadları altından çıxardı. Onu otun üzərinə uzatdı və qulağını Robertin sinəsinə qoydu. Sonra isə sonsuz sevinc içində bağırdı:
– Sağdır! O hələ nəfəs alır!
Paqanel dərhal Robertin paltarını cırıb əynindən çıxardı. Gicgahlarını su ilə islatdı. Bir azdan Robert ağır-ağır gözlərini açıb Qlenarvana baxdı.
– Ser, siz mənim ikinci atamsınız, – dedi.
Qlenarvan qəhərlənib heç nə demədi. Uşağın yanında diz çöküb sevincindən ağlamağa başladı. Səyyahlar bir-bir Roberti qucaqlayıb öpdülər.
Talkav
İndi hamını qartalın kim tərəfindən vurulduğu maraqlandırırdı. Mayor diqqətlə ətrafa baxdı. Birdən onun gözləri əlli addım kənarda dayanmış hündürboy hinduya sataşdı. Onun enli kürəkləri, uzun saçları vardı. Mak-Nabs hindunu Qlenarvana göstərdi. Qlenarvan dərhal ona sarı qaçdı. Hindunun əllərini minnətdarlıqla sıxdı. Hindu da ona baş əydi və Qlenarvanın anlamadığı dildə bir neçə söz dedi. Bir azdan bütün səyyahlar bu xilaskar hindunun ətrafına toplaşdılar. Lakin yalnız coğrafiya alimi onun danışdığı dili başa düşürdü.
Hindunun adı Talkav idi. O, Paqaneldən səyahətlərinin СКАЧАТЬ