Elmi yanlışlıqlar-təbiət və insan. Ариф Алиев
Чтение книги онлайн.

Читать онлайн книгу Elmi yanlışlıqlar-təbiət və insan - Ариф Алиев страница 4

Название: Elmi yanlışlıqlar-təbiət və insan

Автор: Ариф Алиев

Издательство: Altun Kitab

Жанр:

Серия: Elmi-kütləvi ədəbiyyat

isbn: 9789952242171 

isbn:

СКАЧАТЬ çıxış yolunu da uzun müddət yadda saxlamağa qadir olduqlarını aşkarlayıblar.

      Dəvənin vətəni haradır?

      Dəvə Ərəbistan və Afrika səhralarının simvoludur. Amma onların vətəni Şimali Amerikadır.

      Dəvələrin əcdadları – protilopuslar 40-50 milyon il əvvəl Şimali Amerikada yaşayıblar. Onların boyu 80 santimetrdən çox, çəkiləri 25-26 kiloqram olub, dişləri və kəllə quruluşları indiki dəvələri xatırladıb. İqlim sərtləşdikcə, protilopuslar da şəraitə uyğunlaşıblar, dəvəyəbənzər heyvanlar meşədən düzənliyə çıxıblar, boyları uzanıb, Alyaskaya qədər yayılıblar. ABŞ-ın Kaliforniya ştatında, “Ölüm vadisi”ndə izləri aşkar edilmiş altikameluslar («hündür dəvələr”) bu yerlərdə 10 milyon il qabaq yaşayıblar.

      Asiyaya isə qədim dəvələr Alyaska ilə Çukotkanı birləşdirən şimal yoluyla təxminən 4 milyon il bundan əvvəl keçiblər və Ərəbistana qədər gedib çatıblar.

      Amerikalı bərpaçı-rəssam Robert Bryus Norsfall “Ölüm vadisi”ndə tapılmış izlər əsasında on milyon il əvvəl bu yerlərdə yaşamış dəvənin (altikamelusun) xarici görünüşünü təsvir edib (1913).

      Amma avropalılar ilk dəfə Amerika sahillərinə ayaq basanda burada artıq dəvə görməyiblər. Onların Amerikada kökünün kəsilməsinin səbəbləri dəqiq bəlli deyil. Bəzi tədqiqatçılar ovçuların bu heyvanların axırına çıxdığını güman edirlər. Bəziləri isə iqlimin təsiri altında bitki aləmində baş vermiş dəyişiklikləri səbəb göstərirlər.

      Əgər Asiyada dəvələri əhliləşdirməsəydilər, bəlkə, onları da eyni tale gözləyirdi. Bir sıra qədim dini mətn lərdə e.ə. X əsrdə Ərəbistanın Səba vilayətinin qadın hökmdarı Bilqeyisin Süleyman peyğəmbərlə görüşə gələndə özü ilə dəvə karvanı gətirdiyi qeyd olunur. Bu göstərir ki, artıq həmin dövrdə Asiyada dəvələrdən ev heyvanı, minik vasitəsi kimi istifadə edirlərmiş.

      Səba dövlətinin yer ləşdiyi ərazidə tapılmış mərmər sütun parçası (səba sütunları): üzərində dəvə rəsmi olan ən qədim ərəb abidələrindən biri

      Afrikaya isə dəvəni məhz ev heyvanı olaraq insanlar gətiriblər. Bu gün dünyadakı bütün dəvələrin yarıdan çoxu bu qitədə yaşayır. Təkcə Somali və Sudanda 10 milyondan artıq dəvə var.

      İndiyədək yaşamış heyvanlardan ən təhlükəlisi hansıdır?

      Dinozavr? Pələng? Timsah? Yox, ağcaqanad! Alimlərin təxmini hesablamalarına görə, bəşəriyyət tarixində indiyədək ölən insanların yarısı – 45 milyarda qədər adam bu qansoranın qurbanı olub. Özü də məhz dişi ağcaqanadın (erkəklər yalnız bitkiləri dişləyirlər).

      Ağcaqanadlar (moskitlər) malyariya, qızdırma, ensafalit, elefantiaz (fil xəstəliyi) kimi yüzdən artıq ölümcül xəstəlik yayırlar. Bu gün də planetimizdə hər dəqiqə kimsə ağcaqanadın dişləməsi nəticəsində dünyasını dəyişir.

      Bəzi ölkələrdə ağcaqanadın tüğyan etdiyi yerlərdə buna bənzər xəbərdarlıq nişanlarına rast gəlmək olur

      Malyariyaya qarşı mübarizə üzrə işlərinə görə Nobel mükafatına layiq görülmüş şotlandiyalı parazitoloq Ronald Ross və onun 1897-ci ilin avqustunda apardığı gündəliyindən səhifə. Rossa Nobel mükafatını, əsasən, bu gündəlik qazandırıb.

      İnanmaq çətindir, amma XIX əsrin axırlarına qədər bəşəriyyət ən böyük düşmənini tanımayıb. Yalnız 1877-ci ildə ingilis həkimi Patrik Menson sübuta yetirib ki, fil xəstəliyi ağcaqanadın dişləməsi nəticəsinə əmələ gəlir. 17 il sonra isə o, başqa bir fərziyyə irəli sürür: ola bilsin, qızdırma xəstəliyini də moskitlər yayırlar. Bu fərziyyəni yoxlamağı Menson tələbəsi Ronald Rossa tapşırır. Ross həmin vaxt Hindistanda çalışırdı. O, quşlar üzərində apardığı sınaqlardan sonra sübut edə bilir ki, dişi ağcaqanadların ağız suyu insan üçün həddən artıq təhlükəli mayedir. Men son isə daha qorxulu eksperimentə əl atır: Romadan diplomatik yüklə Londona gətirdiyi ağcaqanadlarla oğlunu qızdırma xəstəliyinə yoluxdurur. Xoşbəxtlikdən uşağı xilas edə bilir: nəzəriyyəsinin təsdiqini alan kimi dərhal oğlunun bədəninə xinin dozası yeridir və onu ölümdən qurtarır.

      1902-ci ildə Ronald Ross Nobel mükafatına layiq görülür. Patrik Menson Kral cəmiyyətinin üzvü seçilir, kraliça ona cəngavər titulu verir. Bundan sonra ser Menson London tropik tibb məktəbinin əsasını qoyur.

      Bu gün dünyada 2500 ağcaqanad növü məlumdur. Onlardan 40-a yaxını qızdırma xəstəliyi virusunun daşıyıcısıdır.

      Dişi ağcaqanadları nəmişlik, süd məhsulları, insan bədəninin istisi və hərəkət cəlb edir. Tərli adamlar və hamilə qadınları ağcaqanadlar daha tez-tez dişləyirlər.

      Lemminqlər niyə kütləvi şəkildə intihar edirlər?

      Bir əsrdən çoxdur ki, bu, ən geniş yayılmış zooloji miflərdən biridir: hər üç-dörd ildən bir lemminqlər kütləvi surətdə dənizə atılmaqla intihar edirlər. Guya bu “ağıllı” çöl siçanları özləri öz saylarını təbiətdə belə tənzimləyirlər.

      Lemminqlər Tundrada, Skandinaviyada, Şimali Amerikada və Şimal Buzlu okeanın adalarında yaşayırlar. Onların uzun luğu 10-15 sm, çəkisi 20-70 qram olur. Bu qütb siçanları il boyu fəaldırlar, durmadan “ot layır” və bala layırlar. Gün ər zində bir lemminq öz çəkisindən iki dəfə artıq yem həzm edə və ildə 80-dək bala verə bilir.

      İngilis yazıçısı Artur Minin “Uşaq ensiklopediyası” kitabı milyonlarla tirajla satılıb və lemminqlər haqqında əfsanənin əsasını qoyub

      Bəs onların intihara meyilli olduğu barədə əfsanə yaratmaq kimə lazım olub?

      Alimlər çoxdan müşahidə ediblər ki, qütb siçanları sürətlə artır və təxminən hər üç ildən bir kəskin azalırlar. Əvvəlcə bu fenomeni kütləvi miqrasiya ilə izah etməyə çalışıblar. Amma alınmayıb: miqrasiya olsaydı, siçanların sayı bir yerdə azalanda o biri yerdə artardı. Belə hal qeydə alınmayıb: proses bütün ərazilərdə paralel gedib.

      Sonra fərziyyə irəli sürülüb ki, müəyyən fasilələrlə lemminqlər səbəbi bilinməyən hansısa qəribə xəstəliyə məruz qalırlar, zəhərlənib ölürlər. Amma bu fərziyyə də sübutunu tapmayıb: heç harada çöl siçanı qəbiristanlığı aşkar edilməyib. Düzdür, Şimalda yaşayan heyvanlar bu gəmiriciləri ləzzətlə yeyirlər, amma çətin ki, onlar da zəhərli СКАЧАТЬ