Əfsanələr. Группа авторов
Чтение книги онлайн.

Читать онлайн книгу Əfsanələr - Группа авторов страница 3

Название: Əfsanələr

Автор: Группа авторов

Издательство: Altun Kitab

Жанр:

Серия: Folklor

isbn: 9789952240757 

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      Vaxtilə Qoroğlu bu qayanı çapanda atının ayağı yaralanıb qanı torpağa sızmış, bunu görən Qoroğlunun gözündən iki yaş damlası düşmüşdü. İndi həmin yerdən hey bir cüt damcı düşürdü: biri su, biri qan. Nəqşi-Nigar da həmin yerə düşmüşdü. Qayadan onun üzünə iki damcı düşürdü. Biri qan, biri su. Bu bir cüt qan və su damlaları dərdlərin dərmanı, məlhəmi idi. Nəqşi-Nigarı da bu qan və su damlaları ölümün pəncəsindən aldı, ona həyat verdi.

      Qayanın başında isə möcüzə baş verdi. Qoşa hörüklər dönüb iki əfi ilan oldu. İlanlar ərəblərin canına daraşdı. Biri burda çaldı, biri orda. Bir-iki nəfər qaçıb canını zorla xilas edə bildi. Onlar bu möcüzəni xəlifəyə çatdırmaq üçün özlərini Bağdada güclə çatdırdılar.

      SARA HAQQINDA ƏFSANƏLƏR

      

      Çay qızı

      Muğan adlanan bir kənddə iki gənc yaşayırdı. Bunlardan biri Sarvan adlı bir qoçaq oğlan, o birisi isə Muğanın yaraşığı Gözəl idi. Bunlar yenicə evlənmiş, kasıb olsalar da, çox mehriban bir ailə qurmuşdular.

      Gözəl və Sarvan Arpaçayın sahilində boya-başa çatmışdılar. Gözəl Arpaçayın zərif, incə qızı kimi ad çıxarmışdı. Sarvan da Muğanda at çapmaqda, qılınc oynatmaqda şöhrət qazanmışdı.

      Muğan camaatı əkinçilik və bənnaçılıqla məşğul olurdu. Sarvan özünü xoşbəxt sayırdı. Çünki bütün Muğan onu sevir, ona hörmət edirdi. Bir də o, Muğanın gözəli ilə evlənmişdi.

      Aylar, illər keçdi. Gözəl dünyaya bir qız gətirdi. Gənc ana qızı olduğunu görüb çox sevindi. Ancaq onun halı getdikcə pisləşirdi. Bütün Muğanın bilicilə-ri tökülüşüb gəldi. Amma heç kim gəlinə bir kömək edə bilmədi.

      Gözəl ölüm yatağına düşdüyünü duyub Sarvanı yanına çağırdı, dedi:

      – Əzizim, Sarvanım, mənim səndən bir xahişim var, qulaq as, deyim. Körpəmizə hələ də ad qoyulmayıb. Adını mən verdim, yaşını yaradan versin: Sara! Qoy hamı qızımı Sara çağırsın. Mənim sözüm bu idi… İndi də balamı gətir, qoy sonuncu dəfə onunla görüşüm.

      Sarvan tez Saranı gətirib Gözələ vermək istədi. Amma yetişmədi… Gözəl artıq gözlərini əbədi yummuşdu. Sarvan ağladı, ürəyində ağladı… Sara… balaca məsum körpə də, elə bil, anasının ölümünü duyub atasına qoşuldu, bərkdən qışqıraraq ağladı.

      Gözəli torpağa tapşırdılar.

      Sarvan Saranı qayğısız böyütməyə çalışırdı. Sara evdə oturmur, tez-tez Arpaçayın sahilinə gəlirdi. Qız heç kəslə oynamır, yalnız Arpaçayla oynayırdı. Arpaçay da sanki Saraya öyrəşmişdi; qız sahilə gəlməyəndə kədərlənir, sakit-sakit axır, gələndə isə sevincindən aşıb-daşırdı. Bütün Muğan camaatı bu qızı görəndə Gözəli xatırlayıb deyirdilər:

      – Sara lap elə Gözəlin özüdü ki, durub. Torpağı sanı yaşasın.

      – Gözəl də uşaq çağlarını Arpaçayın sahilində keçirib, Sara da.

      – Gözəl də Muğan gözəli idi, Sara da.

      Belə deyənlər çox idi. Amma heç kəs istəmirdi ki, Saranın ömrü Gözəlinki kimi qısa olsun. Odur ki, deyirdilər:

      – Surətdə oxşayıb, baxtda oxşamasın.

      Beləcə, Sara qayğı bilmədən Arpaçayın sahilində oynaya-oynaya böyüdü. Qızlar bulağından su içdi. Qızı istəyən çox idi. Sara bu cavanların içində gözəl bir gənci – Xançobanı sevdi.

      Xançoban çobanlıq edirdi. Onu bütün Muğan camaatı sevirdi; çox qızlar gizli-gizli onun həsrətini çəkirdi, o isə təkcə Saranı sevirdi. Kəndin mötəbər qocaları Saranın atasına elçi düşdü. Ata qızının razılığı ilə onu Xançobana ərə verdi.

      Muğan düzünə yaz gəldi. Xançoban sürüsünü yaylağa aparmalı oldu. Sara bu ayrılığa çox kədərlənirdi. Bunu görən Xançoban soruşdu:

      – Mənim Saram, sən axı niyə ağlayırsan? Bir-iki gündən sonra qayıdıb səni də aparacağam.

      Sara dedi:

      – Heç özüm də bilmirəm niyə ağlayıram. Səndən ayrıla bilmirəm, ürəyimə damıb ki, sən gedəndən sonra bir bədbəxtlik olacaq. Bəlkə, bir də səni görməyəcəyəm, ondan qorxuram.

      Xançoban güldü və Sarasının ipək tellərini sığalladı:

      – Qorxma gülüm, – dedi, – heç nə olmaz.

      Çoban sürüsünü çəkib dağlara getdi.

      Sara Xançobanı yola salandan sonra köhnə dostu Arpaçayın sahilinə gəldi, oturub fikrə daldı.

      Bu vaxt ölkənin xanı çayın qırağından keçəndə Saranı gördü, durdu, hərisliklə qıza tamaşa etməyə başladı.

      Sara yad gözlərin ona zilləndiyini görmədi. Arpaçay isə gördü. Saranı qısqandı. Bu yad baxışlardan qəzəbləndi, aşdı-daşdı, Saranı öz qoynuna aldı, apardı, sonra da heç nə olmayıbmış kimi sakit-sakit axmağa başladı. Bütün Muğan camaatı tökülüb gəldi. Saranı oturduğu yerdə görməyib kədərləndilər, ürəklərinin ağrısı qəmli bir mahnıya çevrildi. O gündən həmin mahnı dillər əzbəri oldu:

      Arpa çayı aşdı-daşdı,

      Sel Saranı aldı qaçdı…

      

      İntİqam

      Deyirlər ki, qədimdə Arpaçayın sahilində bir kişi yaşayırmış. Onun Sara adında gözəl bir qızı varmış. Sara hələ uşaqlıqdan əmisi oğlunu sevirmiş, əmisi oğlu da Saranı. Sara boya-başa çatdıqdan sonra atası onu qonşu kənddən olan varlı bir adama ərə vermək istəyir. Bunu eşidən oğlan qızı qaçırmaq istəyir. Ata bunu duyur və mane olur. Oğlan əmisindən hayıf almaq üçün çox fikirləşir.

      Oğlanın bir atı var imiş. Saranın gəlin köçməsinə az qalmış, oğlan atı tövləyə salır. Ata üç gün arpa verir, amma bir gilə də su vermir. Sara gəlin gedən gün atı bəzəyib toya gəlir, əmisinə deyir.

      – Mən atımı Saraya bağışlayıram; istəyirəm ki, Sara bu atla gəlin getsin.

      Arpaçay yaz yağışından sonra daşıbmış. Üç gün su içməyən at suyu görcək çaya cumur… Sellər onu gəlinlə birlikdə alıb aparır.

СКАЧАТЬ