Название: Məktəb lətifələri
Автор: Народное творчество
Издательство: Altun Kitab
Серия: Müasir Azərbaycan ədəbiyyatı
isbn: 9789952242959
isbn:
– Yox, hər kəsin qüsuru ola bilər. Bax, sən, məsələn, çayı hansı əlinlə qarışdırırsan?
– Sağ əllə!
– Bax, görürsən! Normal adamlar isə qaşıqla qarışdırırlar.
Müəllim:
– Toğrul! Daha səbrim tükəndi! Sabah məktəbə atasız gəlmə!
– Bəs birigün?
Müəllimlər otağında zəng.
– Alo! Danışan Rəfiqə müəllimədir? Sizi narahat edən Nicatın anasıdır.
– Kimin? Mən pis eşidirəm.
– Nicatın! Hərfbəhərf deyirəm: Nadir, İradə, Camal, Arif, Təranə.
– Nə? Hamısı da mənim sinfimdə oxuyur?!
– Niyə gülürsən? Mən, şəxsən, burada gülməli bir şey görmürəm!
– Heç görə də bilməzsən! Axı sən mənim cemli buterbrodumun üstündə oturmusan!
– Əli, sizin sinifdə neçə əlaçı var?
– Məndən başqa dörd nəfər.
– Məgər sən əlaçısan?
– Yox. Mən ki belə də dedim – məndən başqa!
Müəllim yoxlama yazı dəftərlərini paylayır. Şagirdlərdən biri ona yaxınlaşır.
– Müəllim, burada, aşağıda nə yazmısınız? Mən xəttinizi başa düşmədim.
– Yazmışam: “Aydın xətlə yaz!”
Müəllim:
– Sizin qanınızı qaraltmalı olacağam, əziz valideynlər, sizin oğlunuz heç nə bilmir!
– Bax elə buna görə də biz onu məktəbə verdik!
Müəllim:
– Beləliklə, biz keçən dərsimizdə yaxınmənalı sözlərdən düzələn mürəkkəb sözlərlə tanış olduq. Məsələn, dost-tanış, qoyun-quzu, çəngəl-bıçaq, … . Kim başqa nümunə gətirə bilər?
Zaur əlini qaldırır və deyir:
– Pomidor-yumurta!
– Səməd, de görüm, çox danışan və hətta ona qulaq asan olmayanda da susmayan adamı necə adlandırmaq olar?
– Müəllim!
– Əhməd, necə fikirləşirsən, balıqlar niyə danışmırlar?
– Müəllim, Siz bir sınayın: başınızı akvariuma salıb mənə həmin sualı verə bilərsinizmi?
Müəllim şagirddən soruşur:
– Sən böyüyəndə kim olmaq istəyirsən?
– Alim-ornitoloq.
– Mən heç bilmirdim sən quşlarla belə maraqlanırsan!
– Yox, mən sadəcə olaraq göyərçinlə tutuquşunu birləşdirmək istəyirəm.
– Nə üçün?
– Axı göyərçinlər bəzən çox uzağa uçurlar. Birdən azsalar, yolu soruşa bilsinlər.
Dörd şagird dərsə gecikir. Müəllim birincidən soruşur:
– Sən niyə gecikmisən?
– Anam xəstələnmişdi, mən də aptekə dərman almağa getmişdim.
– Bəs sən? – deyə müəllim ikinci şagirddən soruşur.
– Bizim isə saatımız xarab olmuşdu.
Müəllim üçüncü şagirddən soruşur:
– Yaxşı, bəs sən niyə gecikmisən?
– Mənim başım bərk ağrıyırdı.
Dördüncü şagird bərkdən ağlamağa başlayır.
– Sən niyə ağlayırsan? – deyə müəllim təəccüblənir.
– Nə üçün gecikdiyimə səbəb uydura bilmirəm… Onlar hamısını dedilər…
– Paşa, faydalı qazıntılardan nələri tanıyırsan?
– Dəmir, mis, kömür … eləcə də kök, çuğundur və kartof.
Müəllim:
– Sən niyə dərsliyin vərəqlərini qoparırsan?
– Mən hamısını qoparmıram. Yalnız oxuduğum vərəqləri qoparıram ki, səhvən eyni şeyi iki dəfə oxumayım.
Müəllim:
– Yemək qalıqları ilə qidalanan ev heyvanının adını çəkin.
Şagird:
– Tarakan!
Müəllim Aqilə deyir:
– Heç bilmirəm sənə rüblük qiymət neçə yazım… Sənin iki dənə “iki”n, iki dənə də “üç”ün var.
– Siz də ortaq qiymət çıxardın. Bu “iki”ləri, “üç”ləri toplayın və ikiyə bölün…
Şagird müəllimə deyir:
– Söz verirəm ki, sabahdan ev tapşırıqlarının hamısını yerinə yetirməyə başlayacağam!
– Mən bunu səndən dəfələrlə eşitmişəm.
– Amma indi qəti söz verirəm. Mənim babam təqaüdə çıxıb!
– Əhməd, mənə uzun bir söz de.
– Uzun söz? Rezin.
– Rezin? СКАЧАТЬ