Название: İki od arasında
Автор: Yusif Vəzir Çəmənzəminli
Издательство: Altun Kitab
Серия: Azərbaycan ədəbiyyatı
isbn: 9789952244939
isbn:
13
Tirmə xirqə – yun və ya ipəkdən toxunmuş içi pambıqlı qısa geyim
14
Qəmə – kiçik xəncər
15
Eşikağası – şah saraylarında təşrifat məmuru. Saraylarda təntənəli mərasimlər zamanı rəsmən qəbul edilmiş üsul və qaydaların məcmusu, habelə bu mərasimin özü təşrifat adlanırdı.
16
Küləfrəngi – iri daş balkon (sarayda, qəsrdə və s.-də)
17
Səlləbiçi – süddən «səlləbi» adlı xüsusi içki hazırlayan və ya satan şəxs
18
Əflatun – klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi Platonu (M.ö. 428/427 – M.ö. 348/347) Şərqdə belə adlandırırdılar.
19
Fitilburg – Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburq nəzərdə tutulur.
20
Birinci Petro – Rusiya imperatoru I Pyotr (1672–1725) nəzərdə tutulur.
21
Astrabad – İranın indiki adı Gürgan olan şəhəri
22
Miralay – polkovnik
23
Şərbaf – nazik saplardan əl ilə bafta və sair bu kimi şeylər toxuyan, tikmə tikən usta
24
Gəm – heyvanların ağızlarına müxtəlif məqsədlərlə vurulan dəmir, çubuq və s.-dən toxunmuş tor
25
Tapqır – atın belində yəhərin dal tərəfə sürüşməməsi və yanlara əyilməməsi üçün döşünün altından keçirilən qayış
26
Əmr-məruf – şəriətin tətbiqinə baxan məmur