Diplomat. Ceyms Oldric
Чтение книги онлайн.

Читать онлайн книгу Diplomat - Ceyms Oldric страница 6

Название: Diplomat

Автор: Ceyms Oldric

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241709 

isbn:

СКАЧАТЬ oraya gedib nələr baş verdiyini görmək istərdim. Axı, cənab Vışinski, beş-altı ildir orada olmamışam.

      Esseks əmin idi ki, növbəti addım həlledici olacaq.

      Doqquzuncu fəsil

      Mak-Qreqor həmişə sakit və dalğın görünürdü. Ketrin Parisə təyinat almışdı və hazırlıq içində idi.

      Esseks deyirdi:

      – Ruslardan müəyyən bir şey əldə etməyincə buradan getmərəm. Hə, o iki türk əyaləti məsələsiylə tanış ola bildinizmi? Qars və o biri… Heç yadımda saxlaya bilmirəm.

      – Ərdəhan.

      – Hə, elə o. Rusların bu əyalətlərə dair türklərə nota verəcəyi gözlənilir. Görünür, bizim notanın əvəzini çıxırlar. Türkiyədə olmusunuzmu, Mak-Qreqor?

      – Yox.

      – Mən orada olmuşam. Türkləri müharibəyə girməkdən çəkindirməyə çalışırdım. Fransa süqut etmişdi, türklər almanlara qoşulmağa hazır idilər.

      – İndi türklərə ruslara qarşı çıxmaqda kömək edirik?

      – Əlbəttə, biz rusları Dardanelə buraxa bilmərik.

      Esseks amerikalılarla görüşə getdi. Mak-Qreqor Ketrin Klayvın kabinetinə daxil oldu.

      – Mən bura rusların erməni əyalətləri hesab etdikləri türk əyalətlərinə aid materiallar üçün gəlmişəm.

      Ketrinin köməkçisi qəhvəyi cildli, toz basmış bir kitab gətirdi. Bu, Kerzonun "Ermənistan" adlı kitabı idi.

      – Məgər ruslar Azərbaycandakı oyuncaq hökuməti İranın daxili işlərinə qarışmaq üçün təşkil etməyiblər?

      – Mən bu hökuməti oyuncaq hesab etmirəm.

      – Bəs nə əsasla? – Ketrin soruşdu.

      – Heç bir əsas olmadan! – deyə Mak-Qreqor sərt cavab verdi.

      Onuncu fəsil

      Bir gün sonra Vışinskinin Esseksi qəbul edəcəyi xəbəri gələndə Esseks Mak-Qreqora dedi:

      – Hə, deyəsən, güzəştlərə nail olacağıq, Mak-Qreqor.

      – Londondan gələn məlumatda deyilir ki, Azərbaycan hökumətinin tərkibini genişləndirmək üçün biz yeddi, yaxud səkkiz namizəd irəli sürürük. Bax budur, onların beşi haqda arayış düzəltmişəm. Vışinski ilə görüşdən əvvəl sizə maraqlı ola bilər, – Mak-Qreqor laqeydliklə dedi.

      – Olduqca maraqlıdır. Onlar necə adamlardır?

      – Yararlı adamlar deyillər. Yalnız adları mənə məlum olanları götürdüm. Dördü müharibə zamanı almanlara tərəf idi. İkisi isə uzun müddət müşahidəmiz altında olub.

      – Müşahidə altında olanlar məhz kimlər idi?

      – Ağa Təbrizi və Cəfəri Sadiq.

      – Bəli, bəli, bu adları yaxşı xatırlayıram.

      – London məhz bu iki adamı hökumətin tərkibində görmək istəyir. Onlar fanatik müsəlmandırlar. Onların gözündə Azərbaycan demokratları kafirlərdir, onları asmaq lazımdır. Onlar dini hakimiyyət istəyir.

      – Fanatizm bizə fayda gətirər. Bunlar bəlkə də pis adam deyillər.

      – Onlardan pisləri də var, məsələn, Kazım. Bir vaxtlar Azərbaycanda vali olub, kütləvi edamlara əl atıb. Son dəfə üç min adam asılmışdı. Bu Kazımın bir "gözəl" xasiyyəti var: adamları öz evində asdırır.

      – Onu poz getsin. Mənə bunlardan altı yaxşı namizəd seçin. Biz burada Azərbaycanda İran hakimiyyətini bərpa etmək üçün oturmuşuq.

      – Bu tip adamların köməyi ilə?

      – Onlar başqalarından pis deyillər.

      …Vışinski onları təbəssümlə qarşıladı. Vışinski Mak-Qreqorla rusca danışırdı. Esseks bu söhbətdən heç nə anlamırdı.

      Onlar kreslolara əyləşən kimi Suşkovla tərcüməçi daxil oldular. Onlar bir-birinin əllərini sıxıb yenidən əyləşdilər. Vışinski başı ilə Suşkova işarə etdi:

      – Nə qədər ki Moskvadayam, sizi Suşkovla tanış etmək istəyirəm. Suşkov özü azərbaycanlıdır – Sovet Azərbaycanından. Lakin danışıqlara başlamazdan əvvəl dürüst müəyyən etməliyik ki, Azərbaycan piyada fiqur deyil. Heç bir ölkə onun işlərinə qarışmamalıdır.

      – Bu haqda biz hamıdan az düşünürük, – Esseks etiraz etdi. – İrana münasibətdə üzərimizdə öhdəliklər var. Danışıqların əsasında bu dayanır.

      – Azərbaycana tərəzi gözündəki daş kimi baxa bilmərik. Biz ingilis notasını əsassız, düşünülməmiş bir nota kimi rədd etdik, – Vışinski ciddi şəkildə dedi.

      – Etiraz edirəm, – Esseks çığırdı. – Nota İrandakı hadisələrlə bağlı dərin həyəcanımızı ifadə edir. Biz bu problemi sizinlə dostcasına həll etmək istəyirik.

      – İngilis notası bir dost ölkənin o birinə müraciətinə bənzəmir. Hədə-qorxu ilə doludur. Sizin şübhələrinizi dağıtmaq istəyirik. Sizə bildiklərinizi Suşkova söyləmək imkanı veririk. O sizinlə bütün mövzuları müzakirə edəcək.

      – Biz sovet hökumətinin bu səmimi münasibətini qiymətləndiririk, – Esseks donuq səslə dilləndi.

      Getməzdən bir az əvvəl Vışinski ahəngi dəyişdi. Essekslə şən söhbətə başladı. Ona şəhərlə, onun teatrları, baleti və musiqisi ilə tanış olmağı məsləhət gördü. Eyni zamanda Mak-Qreqor Suşkovla söhbət edirdi. Esseksin qulağına çatırdı ki, söhbət İrandan, bir də rus petroqrafı professor Onegindən gedir. Suşkov deyirdi:

      – Professor Onegin çoxlu idarə üçün işləyir. Bu saat harada olduğunu söyləmək çətindir. Zənnimcə, Uraldadır. Moskvaya gəlsə, xəbər verərəm. Məktub yazmaq istəsəniz, çatdırmağa həvəslə kömək edərəm.

      Esseksə elə gəldi ki, onlar öz diplomatik rollarını bir anlığa unutmuşlar. Bu onun xoşuna gəlmədi və söhbətə son qoymaq üçün Vışinski ilə vidalaşmağa başladı.

      On birinci fəsil

      Esseks məyusluq içində idi. Bura Suşkovla söhbət üçün gəlməmişdi. Belə aşağı rütbəli adamla danışıq СКАЧАТЬ