Название: Hekayələr
Автор: Проспер Мериме
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952241723
isbn:
1
Kaporal – (Kapral – onbaşı) – feodal senyorlara qarşı əvvəllər üsyan etmiş Korsika kommunarlarının özlərinə seçdikləri başçılara deyirlər. Korsikalılar köhnə adət-ənənəyə görə beş təbəqəyə bölünürlər: zadəganlar (bunların bir qismi magnitgueslər, yəni dəbdəbəli həyat sürənlər, ikinci qismi isə stgmori – senyorlar adlanırlar), kaporallar, vətəndaşlar, plebeylər və əcnəbilər.
2
Voltijerlər – polisə kömək məqsədi ilə dövlət tərəfindən təşkil edilmiş atıcı dəstəsində iştirak edənlərə deyirlər.
3
Sarıyaxalılar – voltijerlərin qəhvəyi rəngli geyimlərinin yaxalığı sarı rəngdə idi, bunun üçün də onlara sarıyaxalılar deyirdilər.
4
Ekü – qədim fransız pul vahidi.
5
Şövörino – Merime rus kəndlərindən olan Şevardinonun adını təhrif olunmuş formada verir. Borodino vuruşunda (1812) Şevardino istehkamı qızğın vuruşlarda gah bu, gah da digər tərəfin əlinə keçirdi, belə ki, bu istehkam rus ordularının bütün istiqamətlərdə möhkəmlənməsi üçün əsas mövqe olmuşdur.
6
Adyutant – hərbi rütbə (praporşik).
7
Mazğal – qala divarlarında, istehkamlarda atışmaq üçün qoyulmuş dəlik (red.).
8
Zontaq – Zontaq Henrietta (1805-1854) – alman müğənnisi, Parisdəki italyan opera səhnəsində müvəffəqiyyətlə çıxışlar edib.
9
Yezuit – mürtəce katolik ruhanilərin cəmiyyətinin üzvü, katolik rahibi. Yezuitlər 1764-cü ildə Fransadan qovulublar. Lakin, "İsa Cəmiyyəti"nin bərpası zamanı onlar yenidən önə çıxıblar. Sonuncu Burbonlar sülaləsi hakimiyyətinin əks-inqilabi siyasətində əhəmiyyətli rol oynayıblar. Onları dəstəkləyənlər fransız cəmiyyətin bütün təbəqələrindən olublar. Lakin böyük səylə təşkilata bağlılıqlarını gizli saxlayıblar.
10
Sekundant – 1) duel iştirakçılarını müşayiət edən şahid və vasitəçi; 2) idmanda (boks, şahmat, qılıncoynatma və s.) vasitəçi və köməkçi tərəf.
11
Qusar – çar ordusunda və bəzi başqa ölkə ordularında macar forması geyinən süvari əsgər və ya zabit.
12
Akvarel – 1) su ilə qarışdırılmış rəng; 2) bu rənglərlə işlənmiş rəssamlıq əsəri.
13
Dibiç İvan İvanoviç (1785-1831) – Rus feldmarşalı, 1828-1829-cu illərdə baş vermiş Rusiya-Türkiyə müharibəsində xüsusilə fərqlənmişdir.
14
Jüdit Pasta – (1798-1865) – məşhur italyan müğənni qadını. 1820-30-cu illərdə Parisin opera teatrında çıxış etmişdir.
15
Lord Vellinqton – (1769-1852) – hersoq, ingilis komandiri, Vaterloo döyüşündə Müttəfiq qüvvələrin komandiri olmuşdur.
16
“Quyruğu kəsik tülkü təmsili” – Fransa təmsilçisi Ləfontenin (1621-1695) təmsili nəzərdə tutulur. Quyruğu kəsilmiş tülkü, heyvanlara quyruğun yararsız olduğunu deyir və onlara quyruqlarını kəsdirməyi məsləhət görür.
17
Ştaub – o zamanın kübar cəmiyyətinə xidmət göstərən dərzi, moda mütəxəssisi.
18
Adonis – Yunan mifologiyasının qəhrəmanlarından biri; o dərəcədə yaraşıqlı oğlan olub ki, baş tanrı Zefsin qızı, Gözəllik İlahəsi Afrodita ona aşiq olub.
19
Brümel – Corc Brümel (1778-1840) – ingilis modabazı, kübar cəmiyyətdə modalar qanunvericisi.
20
(İng. Ah qadınlar, xəyanətdir sizin adınız!) İngilis şairi U. Şekspirin “Hamlet” əsərində Hamletin anasına söylədiyi ifadə.
21
Paşa – söhbət Misir paşası Mehmet Ali Paşadan (1769-1849) gedir. Onun Osmanlı Sultanlığına qarşı müstəqil siyasəti ona Avropa cəmiyyətində populyarlıq qazandırmışdı.
22
Memnon – əfsanəvi yunan qəhrəmanı, ilahə Avroranın (şərqdə adı Şəfəq) oğlu. Misirdəki heykəllərdən birinin onun şərəfinə qoyulduğu deyilsə də, əslində heykəl Misir fironu Amenhotepin şərəfinə ucaldılıb.
23
İbrahim paşa – (1792-1848) – Misir paşası Mehmet Ali paşanın oğlu; sərkərdə.
24
Münster kilsəsi – kilsə qülləsinin hündürlüyü 142 metrdir.
25
Demi – tütün çubuğu (qəlyan).