Hekayələr. Иван Бунин
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Иван Бунин страница 8

Название: Hekayələr

Автор: Иван Бунин

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242621 

isbn:

СКАЧАТЬ peyda olurdu, göy səma maviləşirdi, isti hava da, çürüntü qoxuları da daha zərif və xoş təsir bağışlayırdı. Bu bahar cənnətinin bütün ətirli istisinə qar kimi ağ çiçəklərə qonan bal arıları ilə eşşəkarılarının vızıltısı qarışmışdı, havaya qəribə bir uğultu yayılırdı. Həm fərəhlənən, həm də darıxan gah bu, gah da başqa bir bülbül hərdənbir ara vermədən səslənirdi.

      Uzaqda, xırmana açılan darvazanın yanında xiyaban qurtarırdı. Sol tərəfdə, lap uzaqda bağ bəndinin küncündə küknarlıq qaralırdı. Küknarlığın yanındakı alma ağaclarının arasında iki qız görünürdü. Mitya həmişəki kimi, xiyabanın ortasına çatanda onlara tərəf döndü, – əyildi, zərifliklə üzünə toxunan və həm bal, həm də sanki limon qoxusu verən alçaq qol-budaqların arası ilə getdi. Həmişə olduğu kimi, qızlardan biri – arıq, kürən Sonka onu görəndə şaqqanaq çəkib qışqırdı.

      Yalandan özünü qorxmuş göstərərək ucadan:

      − Vay, ağa gəlir! − dedi, oturub dincəldiyi yoğun armud budağından yerə atılıb belə sarı cumdu.

      O biri qız, Qlaşka, əksinə, özünü elə göstərirdi ki, guya Mityanı heç görmür, özü də tələsmədən, içinə ağ çiçək yarpaqları dolmuş, qara keçədən yumşaq çarıq geydiyi ayağını belə möhkəm qoyub səylə torpağa basdı, çıxardığı torpaq parçasını çevirə-çevirə gur və xoş səslə oxumağa başladı: “Sən, ey bağ, ey mənim bağım, bəs kimin üçün çiçəklənirsən sən?!” Bu, boylu-buxunlu, mərd və həmişə ciddi bir qız idi.

      Mitya yanaşıb Sonkanın yerində – armud budağının üstündə əyləşdi. Sonka ona coşqun nəzərlə baxıb süni tərzdə gülərüzlə soruşdu:

      − Elə indicə oyanıbsınız? Ehtiyatlı olun, yatıb yuxuya qalarsınız, işi bada verərsiniz!

      Mitya onun xoşuna gəlirdi, ona görə Sonka bunu hər vasitə ilə gizlətməyə çalışırdı, lakin bacarmırdı, onun yanında özünü itirirdi, ağlına nə gəldi deyirdi, amma həmişə də nəyəsə işarə edirdi, dumanlı şəkildə başa düşürdü ki, Mityanın daim dalğın halda gəlib-getməsi səbəbsiz deyil. Şübhələnirdi ki, Mitya Paraşa ilə yaşayır, yaxud da, hər halda, buna nail olmağa çalışır. Sonka qısqanır və Mitya ilə gah mehribanlıqla, gah da sərt danışırdı, öz hislərini anlatmağa səy edərək ona gah süzgün-süzgün, gah da laqeyd və ədavətlə baxırdı. Bütün bunlar Mityaya qəribə bir zövq verirdi. Məktub gəlmirdi ki, gəlmirdi, o, indi yaşamır, ancaq gündən-günə daim intizarla güzəran keçirirdi, bu intizar, öz sevgisinin sirrini və əzablarını bir adamla bölüşdürüb dərdləşməyin, Katya haqqında, Krıma bəslədiyi ümidləri haqqında danışmaq imkanının olmaması onu getdikcə daha çox usandırırdı; ona görə də onun hansı sevgisi barədə isə Sonkanın işarələri ürəyinə yatırdı: axı bu söhbətlər, hər halda, onun qəlbini iztiraba düçar edən ən əziz duyğuya, hislərə toxunurdu. Sonkanın ona vurulması da Mityanı həyəcanlandırırdı, deməli ki, qismən ona yaxın idi, qızı onun qəlbinin sevgi macərasının gizli iştirakçısı edirdi, hətta bəzən qəribə bir ümid verirdi ki, Sonkanın simasında ya öz hislərinin sirdaşını tapa bilər, yaxud da Sonka müəyyən dərəcə Katyanı əvəz edə bilər.

      İndi Sonka özü də şübhələnmədən yenə onun sirrinə toxunmuşdu: “Ehtiyatlı olun, yatıb yuxuya qalarsınız, işi bada verərsiniz!” Mitya ətrafa nəzər saldı. Onun qarşısındakı küknarlıq başdan-başa tünd-yaşıl rəngdə idi, gün işığında az qala qara görünürdü, səma da onun zirvələrində xüsusilə gözəl lacivərd rəngə boyanmışdı. Cökə, ağcaqayın ağaclarının, qarağacın tər yarpaqları hər tərəfə yayılan gün işığına qərq olmuşdu; bu yaşıllıq bütün bağda ürəkaçan, qəşəng bir talvar əmələ gətirmişdi; otlara, cığırlara, talalara əlvan kölgəliklər və parlaq ləkələr yaymışdı; bu talvar altında ağaran isti və ətirli rəng elə bil çini idi; günəşin onu da yarıb keçdiyi yerdə parlayır, işıq saçırdı. Mitya qeyri-iradi gülümsəyib Sonkadan soruşdu:

      − Mən hansı işi bada verə bilərəm? Bədbəxtlik də elə orasındadır ki, mənim heç bir işim yoxdur.

      Ona şən və qaba cavab verən Sonka qışqıra-qışqıra:

      − Heç olmasa, danışmayın, and içməyin, onsuz da inanaram! − dedi. Mityanın sevgi əhvalatı olmamasına Sonkanın yenə inanmaması ona ləzzət verirdi; qız birdən yenə bağıraraq sarı rəngli qaşqa dananı yanından qovmağa çalışdı; dana küknarlıqdan astaca çıxıb daldan Sonkaya yanaşmış və onun çit donunun büzməsini çeynəməyə başlamışdı.

      − Ay səni zəhrimara qalasan! Bu da Allahın bizə göndərdiyi oğul!

      Nə demək lazım olduğunu bilməyən, amma söhbəti davam etdirmək istəyən Mitya dedi:

      − Doğrudurmu ki, sənə elçi göndəriblərmiş? Deyirlər, oğlan gözəldir, varlıdır, amma sən istəməyibsən, atanın sözünə baxmırsan…

      Bu sözdən bir az xoşlanan Sonka cəsarətlə cavab verdi:

      − Varlıdır, amma sarsaqdır, başı tez dumanlanır. Bəlkə, mənim ayrı gözaltım var…

      İşinə ara verməyən ciddi və dinməz Qlaşka başını buladı, yavaşdan dedi:

      − Yamanca çərənləyirsən, ay qız, dağdan-dərədən dəm vurursan! Sən burada ağlına gələn yalanı danışırsan, amma kəndə söz yayılır.

      Sonka qışqırdı:

      − Kəs səsini, qaqqıldama! − dedi. − Bəlkə, mən qarğa deyiləm, darğayam!

      Mitya soruşdu:

      − Bəs sənin başqa gözaltın, fikrindən keçən kimdir?

      Sonka dedi:

      − Gözləyin ki, gözaltımı sizə deyəcəyəm! Odur ey, sizin çoban babanıza vurulmuşam. Onu görəndə bütün bədənim od tutub yanır! − O, yəqin, iyirmiyaşlı Paraşaya işarə edərək – Paraşanı kənddə artıq qarımış qız hesab edirdilər – öcəşkənliklə dedi: − Mən daim qoca atları sizinkindən pis sürmürəm. − Sonra da beli qəflətən atıb sanki ağazadəyə gizlincə vurulduğu üçün müəyyən dərəcə ixtiyarı olduğuna görə cəsarətlə yerdə oturdu. Köhnə, qısaboğaz qaba çəkmələr və ala yun corablar geydiyi ayaqlarını uzadaraq azca aralayıb əllərini aciz halda yanına saldı.

      Sonka gülə-gülə qışqırdı:

      − Of, heç nə eləməmişəm, amma yorulmuşam! Çəkmələrim yırtıqdır, − deyib çox uca səslə oxumağa başladı:

      Çəkmələrim yamaqlı,

      Corablarım yağlıdı.

      Sonra yenə gülərək qışqırdı:

      − Gedək mənimlə daxmaya dincələk, mən hər şeyə razıyam!

      Bu СКАЧАТЬ