Название: Unudulmaz sevgi şeirləri
Автор: Коллектив авторов
Издательство: Hadaf Neshrleri
isbn:
isbn:
Əli Kərim
İki sevgi
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm
Susuzluğun od vurub
köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub,
– Kabab üstdən sərin su
pis olmaz, – deyən kimi
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan
göz işıq sevən kimi.
O isə səni sevir
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış
yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki
qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək, nə deyirsən?!
Amma yaxşı fikir ver
bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə….
Məmməd Araz
Mənli də, mənsiz də bu dünya vardı,
Göy belə göy idi, qar belə ağdı.
Bu dünya elə bir nəğməli valdı,
Mənli də, mənsiz də oxuyacaqdı.
Çıxıb bu dünyanın yoluna mən də,
Dönüb durmalıydım bir astanada.
Üfüq saralanda, toran düşəndə
Səsləməli idim səni astadan.
Belə olmalıydı yəqin ki, belə…
Qəlbim intizarda döyünməliydi:
Sonra bu vəfalı döyüntülərlə
Yeni görüşəcən öyünməliydi.
Əhd-ilqar tumuydu bu döyüntülər,
Mən keçən yollarda göyərməliydi.
Sinəmi bir daşa söykəsəm əgər,
O da insanlaşıb, köyrəlməliydi.
Belə olmalıydı yəqin ki, belə:
Çiynimə bu yükü götürməliydim.
Ağlımın hökmünü mən bilə-bilə
Qəlbimin hökmündə itirməliydim.
Bu gün də beləcə… bir dönəcəkdə
"Sevgi məhkəməsi" qurulmalıymış.
Bu şərtlər, o şərtlər… məşəl ürəkdə
Məhəbbət bir işım qor olmalıymış…
Biz ayaq saxladıq nahaqca yerə,
Məhəbbət yoluna çıxdın, dayanma!
Cəsarət gərəkdir ilk sevənlərə
– Yalandı kül olmaq, yalandı yanmaq!
Unut məni
Dilim dinməz, kirpiklərim səs elər,
Necə xoşdu – ürəyimi kəs elə…
Qalan ömrə yarım ürək bəs elər,
Unut məni, aldat məni, at məni.
Enişi qar, yoxuşu qar bu yolun,
Yad nəfəsdən buz qayası su olur…
Yalan yolu beş addımlıq su yolu,
Aldat məni, unut məni, at məni.
Sən ömrünün atəşində yananda,
Kölgəndən də gərəksizdim yanında.
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.
Gözdən gözə körpü salmaq nər işdi,
Baxışların meylini tez dəyişdi.
Təzə addım özü təzə döyüşdü,
Aldat məni, unut məni, at məni.
Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasına nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük…
Unut məni, aldat məni, at məni.
Qayıdarsan
Belə dönmə, ismi dönük deyilsən;
Gileyin var: yağdırıb get, yağıb get.
Qayıdarsan: yol göyərər, yol donar,
Keçdiyimiz yola bir də baxıb get!
İnnən belə dəmin dəmdə, qəmin kəm…
İnnən belə toy-büsatlar səninki.
Göz yaşların gərək olmaz yəqin ki…
Gözlərini gözlərimə sıxıb get.
Aldatmaq СКАЧАТЬ