Xatiratım. Cəlil Məmmədquluzadə
Чтение книги онлайн.

Читать онлайн книгу Xatiratım - Cəlil Məmmədquluzadə страница

Название: Xatiratım

Автор: Cəlil Məmmədquluzadə

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Xatirə ədəbiyyatı

isbn: 978-995-255-761-9

isbn:

СКАЧАТЬ atı | Bakı | 2022 | 128 səh

      Üz qabığının dizayneri | Teymur Fərzi

* * *

      Cəlil Məmmədquluzadə (1869–1931)

      Xatirə ədəbiyyatının zirvəsi

      Böyük demokrat ədib Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hekayələrin böyük ustadı kimi şöhrət qazanıb. O həm də Azərbaycan satirik publisistikasının qüdrətli yaradıcısı və banisidir. “Molla Nəsrəddin” ədəbi məktəbinin rəhbəri, mollanəsrəddinçilərin “ağsaqqal yoldaşı” olan Cəlil Məmmədquluzadə eyni zamanda Azərbaycan realizminin inkişafında tənqidi realizm mərhələsinin qüdrətli yaradıcısıdır.

      Cəlil Məmmədquluzadənin sayəsində Azərbaycan dramaturgiyasının inkişaf tarixində sadəcə tragikomediya janrı yox, milli dramaturgiyanın tragikomediya mərhələsi də yaranıb. Mirzə Fətəli Axundzadənin XIX əsrin 50-ci illərində meydana çıxmış dram əsərləri komediya janrında yazılıb. Bu dahiyanə əsərlər XIX əsr Azərbaycan cəmiyyətinin komediyası idi. Cəlil Məmmədquluzadə Azərbaycan dramaturgiyasını tragikomediya səviyyəsinə qaldırmağı bacarıb. XX əsrin əvvəllərində artıq Azərbaycan cəmiyyətində dramatik proseslər faciəyə çevrilməkdə idi. Avropada oxuyub gəlmiş milli ziyalılara Azərbaycan cəmiyyəti arasındakı fərqli münasibətlər bu dövrün faciəsini göstərirdi. Cəlil Məmmədquluzadənin “Ölülər” pyesindəki Kefi İsgəndərin məşhur monoloqu Azərbaycan cəmiyyətinin həmin dövrünün tragikomediyasının bəyanatı kimi çox qüvvətli səslənirdi: “Baxın! Baxın! Yaxşı baxın! Diqqətlənən baxın! Sizin tarixlərinizin kitabında bu, qan ilə yazılmış səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib bu səhifələri görəndə sizi yada salıb deyəcək: “Tfu sizin üzünüzə…” Mən demirəm ki, siz niyə bu balaca uşaqları zorlanan gətirib qatdınız bu fahişəxanaya. Söz yox ki, siz bunlara deyəndə ki, sizi verirəm bu şeyxə, bu biçarələr çığırıb-bağırırdılar və sizin çirkin ayaqlarınızı öpə-öpə yalvarırdılar: “Ata, amanın günüdür, məni anamdan ayırma!” Elədirmi? Doğrumu deyirəm? Yox, mən ondan ötrü incimirəm. Çünki siz qızlarınızı bura çəkə-çəkə elə xəyal edirdiniz ki, bunları behiştə çəkirsiniz. Və İsfahan şeyxləri sizi inandırmışdılar ki, hər kəs bu mübarək otağa qədəm qoysa, öləndən sonra qəbrin dəriçəsindən məlakələrlə söhbət edəcək. Amma ricət məsələsi ortalığa qoyuldu və Şeyx Nəsrullah ölüləri diriltmək ixtiyarını qoydu sizin qabağınıza da. Siz… ölən qardaşlarınızın, bacılarınızın və övrət uşaqlarınızın dirilməyinə razı olmadınız… Ondan ötrü ki, arvad-larınızın hamısını yumruq altında öldürmüsünüz, ölən qar-daşlarınızın malını almısınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gəlsinlər və sizin əməllərinizi görüb desinlər: “Tfu sizin üzünüzə”.

      Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bi-lirəm ki, mən heç bir şeyəm. Mən çöllərin otuyam, küçələrin torpağıyam, dağların daşıyam… Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb, bu evi bir saniyənin içində ha-vaya dağıdıb İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim… O, igid işidir. Siztək camaatın da igidi mə-nimtək olar.

      Hələ mən heç. İndi görək siz kimsiniz? Mənim adım Kef-li İsgəndərdir. Bə sizin adınızı nə qoyaq? Mən dağları, daş-ları, quşları… və dünya aləmləri bura şahid çəkərəm və bu qızları onlara nişan verərəm, soruşaram ki, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: “Ölülər”. Və bizdən sonra gələnlər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər: “Ölülər!”[1]

      Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Kefi İsgəndərin monoloqu həm Azərbaycan cəmiyyətinin XX əsrin əvvəllərindəki müsibətnaməsi, həm də oyaqlıq dərsidir.

      Dünyada gedən milli oyanışın millətlərin öz hüquqlarını təyin etmək uğrunda mübarizəyə qoşulmalarının, geniş mənada ictimai dirçəlişin əksinə XX əsrin əvvəllərində Azərbaycanın bir ailəsində eyni ata-anadan doğulmuş üç övladdan hərəsinin bir ölkənin təsiri altında olması faciədən başqa nəsə deyil. Ona görə də ”Anamın kitabı” sözün böyük mənasında Azərbaycan ədəbiyyatında təkcə tragikomediya janrında yazılmış mükəmməl əsər kimi deyil, xalqın faciəvi taleyinin əsəri olaraq mühüm əhəmiyyətə malikdir.

      Bəs “Dəli yığıncağı”? Bu, dahiyanə şəkildə yazılmış tragikomediyadır. Ölkədə millətini, ailəsini sevənlərin, müstəqil dövlət quruculuğuna xidmət edənlərin cəza evlərində, ucuz ticarət əhlinin, Fazili kimi vaizlərin iş başında olması həm dramatikdir, həm faciə. Bu gerçəklikləri anlamaq Pırpız Sonanı dəli yığıncağına gətirib. Hələ bu, azdır. Kərbəlayı Əşrəf kimi xalqın dilini bilməyən bir hakimin və xarici ölkələrdən dəvət olunmuş, təkcə millətin danışıq dilindən yox, mənəvi keyfyyətlərindən də xəbərsiz olan Lalbuz adlı həkimin ölkəyə rəhbərlik etməsindən böyük faciə təsəvvür etmək çətindir. 1926-cı ildə yazılmış bu əsərdə xaos, çaşqınlıq, gərginlik içində olan Azərbaycan “Dəli yığıncağı” adlandırılmışdı.

      Böyük Mirzə Cəlil Məmmədquluzadənin xidmətlərindən biri də Azərbaycan memuar ədəbiyyatının qiymətli, nadir nümunəsini yaratmasıdır. Ədibin təxminən 1926-cı ildə qələmə aldığı “Xatiratım” əsəri Azərbaycan memuar ədəbiyyatının sadəcə ilk nümunələrindən biri deyil, həm də şah əsəridir. Bu əsər ondan əvvəl və sonra yazılmış memuar ədəbiyyatı nümunələrinin zirvəsində dayanır. “Xatiratım” memuarı Cəlil Məmmədquluzadənin mükəmməl tərcümeyi-hal romanıdır. Fikrimcə, Cəlil Məmmədquluzadə haqqında hələlik iki əsər: yazıçının özünün nadir qələmindən çıxmış “Xatiratım” memuarı və Həmidə xanım Məmmədquluzadə – Cavanşirin “Mirzə Cəlil haqqında xatirələrim” əsəri bu böyük yazıçıya, görkəmli şəxsiyyətə həsr olunmuş ən yaxşı əsərdir. Hər iki mətn əhatə etdiyi tarixi epoxanın əhəmiyyətli salnaməsidir. Cəlil Məmmədquluzadənin əqidəsini, mühitini və müasirlərini, epoxasını, mübarizəsini, yaradıcılığını öyrənmək baxımından “Xatiratım” misilsiz mənbədir. Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığını güzgüdə olduğu kimi canlı və əyani əks etdirir. Cəlil Məmmədquluzadənin ideya mübarizəsinin mahiyyətini və əsas hədəfərini “Xatiratım”dakı qədər daha heç bir mənbədən həmin səviyyədə öyrənmək qeyri-mümkündür. Məhəmmədağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Eynəli bəy Sultanov, Qurbanəli Şərifzadə, Əli bəy Hüseynzadə, Məmmədəlibəy Kəngərli, Qaragözov, Kişmişov kimi “sansorlar”, Oskar Şmerlinq səviyyəsində karikaturaçı rəssam və başqaları daha heç bir mənbədə “Xatiratım”da olan səviyyədə tam, dəqiq, xidmətləri ilə birlikdə geniş, obyektiv şəkildə təqdim olunmayıb. Uzun dövr ərzində haqqında elə də ciddi, əhatəli elmi mənbə olmadığı vaxtlarda görkəmli publisist, yeni əlifa hərəkatının rəhbərlərindən biri, böyük ictimai xadim Məhəmməd ağa Şahtaxtlıya dair əsas mətləbləri “Xatiratım”dan öyrənmişik: “Məhəmməd ağa Şahtaxtlı çoxdanın adamıdır… Qoca yazıçımız Şahtaxtlının əyamındandır. Amma cavanlıqdan özünü təhsilə verdi və Şərq dillərini təhsil etməklə bərabər Avropa lisanlarını da öyrəndi və xeyli vaxt Avropada da qaldı. Eşitdiyimə görə, həvəsi və məşğələsi həmişə yazıçılıq olub və necə ki Avropada, oranın qəzetlərində, habelə Rusiyada rus qəzetlərində həmişə iştirakı olub. Az vaxtda türkcə qəzet nəşr etmək əzmini qəbul etdi və illər uzunu bu yolda çalışdı və xeyli zəhmətlərdən sonra “Şərqi-Rus”u ərsəyə gətirdi”.

      Sovet hakimiyyətinin ən çətin illərində yazılmış “Xatiratım” əsərində Cəlil Məmmədquluzadəni əhatə edən proseslər və ədibin müasirləri haqqında verilmiş məlumatlarda heç bir ideoloji prinsip nəzərə alınmayıb, gerçəklik olduğu kimi əks etdirilib. Həta Azərbaycan ədəbiyyatının bir çox dönüş məqamları, mübahisəli məsələləri barəsində də “Xatiratım” memuarında kifayət qədər mübahisəsiz qəbul edilə biləcək materiallar var. Məsələn, Türkiyəyə СКАЧАТЬ



<p>1</p>

Cəlil Мəmmədquluzadə. Seçilmiş əsərləri, 2 cilddə, I cild (tərtib еdəni, müqəddimənin və izahların müəllif İ.Həbibbəyli) Naxçıvan, “Əcəmi” səh. 430