Bu kitab üç bölmədən ibarətdir. Birinci bölməyə daxil etdi yim "Azərbaycan romantizmində vətəndaşlıq lirikası (1905–1920-ci illər)" adlı namizədlik dissertasiyam sovet senzurasının və so vet hakimiyyətinin hələ mövcud olduğu bir dövrdə yazılmışdır. Buna baxmayaraq, hesab edirəm ki, o zamanın elmi mühitinə yad, qəlibləşmiş ideoloji-elmi qənaətlərinə zidd olan xeyli fərqli yanaşmalar, cəsarətli mövqelər nümayiş etdirmişəm. Kimlərlə, hansı elmi avtoritetlərlə, daşlaşmış hakim elmi şablonlarla müba hisəyə girişmişəm… indi baxanda özümə də qəribə gəlir. O cür elmi avtoritetlərin bircə kəlmə mənfi rəyi bəs edərdi ki, disserta siya işinin müdafiəsi baş tutmasın. (Amma uzun əziyyətdən son ra uğurla müdafiə etdim. Necə, hansı şəraitdə? Bu maraqlı tarixçə ayrıca söhbətin mövzusudur.)
Sözsüz ki, bu tədqiqat işində o dövrün məlum şablonlarından, hakim və yayğın elmi qəliblərindən tam qaça bilməmişəm, bu heç mümkün də deyildi. Dissertasiya işimi çapa hazırlarkən o zaman yazdığım heç bir fikrə toxunmamaq qərarına gəldim: qoy oxucu yanlışımı da, doğrumu da özü oxuyub qiymətləndirsin, indi mət nə nələrsə əlavə edib hələ o zamanlar özümün nə qədər ağıllı və cəsarətli olmağımı iddia etməyə nə gərək var… Ona görə də dis sertasiya işində bəzi texniki məsələlər nəzərə alınmasa, heç nəyə əl vurmadım, heç bir fikrimə redaktə, düzəliş etmədən çap olun masını istədim.
Kitabın ikinci bölümünə müxtəlif illərdə romantizm və romantika problemi ilə bağlı yazdığım məqalələri də daxil etdim. Hesab etdim ki, o məqalələrdə qaldırılan məsələlər, gəlinmiş elmi qənaətlər indi də aktuallığını itirməyib.
Üçüncü bölümdə isə Azərbaycan romantizminin problemləri və ədəbi şəxsiyyətləri ilə bağlı nəşr olunmuş kitablara yazdığım və çap olunmuş rəylər verilib. Bu məqalələr müdafiədən əvvəl-aspirant olduğum illərdə yazılmışdır.
Hesab edirəm ki, diqqətinizə təqdim olunan bu kitabdakı ma teriallar ali məktəb tələbələri, magistr və doktorantlar, elmi tədqi qat aparmaq istəyən insanlar üçün gəraəkli ola bilər. Təqdim et mək məndən, dəyərləndirmək sizdən.
I bölüm (Monoqrafiya)
Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905–1920-ci illər)
Giriş
Hər bir insanın cəmiyyətdə yeri və mövqeyi həm də onun və təndaşlıq dəyərlərinə bağlılğı ilə ölçülür. Bir çoxları əsl vətənpər vərliklə fəal vətəndaşdıq mövqeyini eyniləşdirmişdir. Bu tədqiqa tın aparıldığı sovet dövründə kommunist partiyası rəsmi sənəd lərində vətəndaşlarda fəal mövqe formalaşdırmağı ("fəal mövqe" anlayışı altında kommunistlərin nə nəzərdə tutduqları başqa söh bətin mövzusudur) bir vəzifə olaraq qarşıya qoyur, fəal həyat mövqeyinin formalaşdırılmasında ictimai elmlərlə bərabər, ədə biyyat və incəsənətin, estetik tərbiyənin də roluna böyük əhəmiy yət verirdi. Təsadüfi deyil ki, hələ 1986-ci ilin dekabr ayında ali məktəblərin ictimai elmlər müəllimlərinin Bakı şəhərində təşkil edilmiş respublika müşavirəsi də "Fəal vətəndaşlıq mövqeyi for malaşdırmalı" devizi altında keçirilmişdi. Azərbaycan insanında fəal vətəndaşlıq mövqeyinin tərbiyəsi bu gün də aktual bir məsə lə olaraq qarşımızda dayanmaqdadır. Bunun üçün ədəbiyyat və incəsənətin əvəzedilməz təsiredici gücü öz əhəmiyyətini qoruyub saxlamaqdadır.
Klassika xəzinəsinə daxil olmuş Azərbaycan romantik lirikası da Azərbaycan insanının fəal vətəndaş mövqeyinin formalaşdırıl-masında zəngin bir irs olaraq öz töhfəsini verə bilər. Çünki bu li rikanın meydana gəldiyi dövr ədəbiyyatın vətəndaşlıq mövqeyi ni şərtləndirən, ön plana çıxaran ictimai-siyasi hadisələrlə zəngin bir dövrdür. Bu dövrə qısaca bir nəzər salaq. O zamankı rus im periyası daxilində baş verən birinci rus inqilabı (1905) bu imperi yanın ən ucqar hüdudlarında belə cəmiyyəti aşaqıdan yuxarıya qədər hərəkətə gətirib müxtəlif təbəqələri fəal mübarizəyə qoşdu. Sosial-ictimai həyatın bütün istiqamətlərində qüvvətli intibah dalğası yaratdı. XX əsrin inqilablar dövrünün (1905–1920) "oyan mış Asiyanın" ədəbiyyat tarixinə bəxş etdiyi ədəbi-bədii sərvətlər içərisində tənqidi realizmlə yanaşı Azərbaycan romantizminin də özünəməxsus çəkisi vardır. Bu sərvətin qiymətləndirilməsində Azərbaycan sovet ədəbiyyatşünaslığı ideloji diktələrdən irəli gə lən sapmalara yol versə, estetik meyarlara ikinci dərəcəli məsələ kimi baxsa da, ümumən, romantik lirikanın vətəndaşlıq mövqeyi ni düzgün müəyyənləşdirə bilmişdir.
Axtarışlar göstərir ki, dünya və milli romantizm haqqında Azərbaycan sovet dövrü ədəbiyyatşünaslığında ilk tədqiqat mər hum Mir Cəlalın adı ilə bağlıdır. O, "Ədəbiyyatda romantizm" adlı məqaləsində Azərbayçan romantizmi ilə bərabər alman, fransız, türk romantizmlərinin də spesifik xüsusiyyətlərindən söz açmışdır. Proletkultçuluqun, realizmi yeganə yaradıcılıq metodu kimi qəbul və təsdiq edən zərərli bir nəzəriyyələrin hökm sürdü yü dövrdə yazılmış həmin məqalə müəllifin elmi cəsarətini, mə dəni irsə obyektiv münasibətini əyani şəkildə göstərirdi. Mir Cə lalın sonrakı dövrlərdə romantik sənətkarlar haqqında yazılmış bir neçə məqaləsi də onun "XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər" (1945) adlı doktorluq dissertasiyyasının roman tizm bölməsi üçün bünövrə rolunu oynamışdır. Bu dissertasiyada Azərbaycan romantizmi ədəbi məktəb səviyyəsində araşdırılmış dır.
Azərbaycan romantizminin öyrənilməsi 50-ci illərin ortaların dan başlayaraq ayrı-ayrı romantik şairlər haqqında yazılan mo noqrafik tədqiqatlar istiqamətində davam etmişdir. Eyni dövrdə bir-birinin ardınca K.Talıbzadənin "Abbas Səhhət" (1955), A.Zamanovun "Abdulla Şaiq" (1956), Ə.Mirəhmədovun "Abdulla Şa iq" (1956) və "Məhəmməd Hadi" (1962), M.Cəfərin "Hüseyn Cavid" (1960), Y.İsmayılovun "Abdulla Şaiqin həyatı və yaradı cılığı" (1962) kitabları çap olunur. Bu kitablarda Azərbaycan ro mantizmi XX əsr ədəbiyyatımızın tərkib hissəsi olaraq, milli ədəbi-bədii irs baxımından araşdırılmışdır. Müəlliflər Azərbay can romantizminin və eləcə də romantik lirikanın, onun ayrı-ayrı nümayəndələrinin ədəbiyyatımızda tutduqları mövqeyi, bədii ideyaların inkişafında rollarını aydınlaşdırmağa çalışmışlar. On lar belə bir qənaətə gəlmişlər ki, A.Səhhətin, M.Hadinin, H.Cavidin, A.Şaiqin lirikası ziddiyyətli, nahamar inkişafına baxmaya raq, əsasən, xalq həyatı ilə nəfəs almış, zamanın irəli sürdüyü problemlərin bədii əksinə çevrilə bilmişdir. Muəlliflər romantik lərimizin lirikasında geniş əksini tapan "vətəndaşlıq kədəri" nin, nikbinliklə bədbinliyin əvəzlənməsini gələcəyə münasibətlərinin mahiyyəti, meydana çıxma səbəbləri ətrafında maraqlı fikirlər söyləmişlər. Ədəbiyyatşünaslar romantik sənətkarlarımızın (A. СКАЧАТЬ