Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya. Əli Şamil
Чтение книги онлайн.

Читать онлайн книгу Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya - Əli Şamil страница 6

Название: Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya

Автор: Əli Şamil

Издательство: Köhlən Nəşriyyatı

Жанр:

Серия:

isbn: 978-9952-8443-0-6

isbn:

СКАЧАТЬ knyaz V.O. Behbudovun (1791–1858) Rusiya Daxili İşlər Nazirliyinə 1846-cı il sentyabrın 6-da göndərdiyi 552 saylı raportda Küllülü Hacı Əhməd Əfəndini iki müridi ilə Tambov quberniyasına sürgün edildiyi göstərilir.

      Çar Rusiyası dönəmində ən çox nəqşibəndilər təqib və təzyiqləriə məruz qalırdılarsa, bolşeviklər silah gücünə hakimiyyəti ələ aldıqdan sonra bütün dinlərə qarşı mübarizə elan etdilər. Sovetlər Birliyinin çöküşü bölgədə dini təbliğatın genişlənməsinə imkan yaratdı. Necə deyərlər, bütün təriqətlərə geniş meydan açılsa da, rəsmi dairələr vəhabiliyin yayılmasında maraqlı oldular. Sonra da vahabilərə qarşı təqiblər başladı. Mətbuat, radio və televiziyada vəhabilər terrorçu təşkilat kimi tanıdılmağa çalışıldı. Ölkədə baş verən bütün kriminal hadisələr onların adına yazıldı.

      Hüquq mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşlarının Moskvanın göstərişilə kimi istəsələr vəhabi, terrorçu adı ilə həbs etmələri, öldürmələri dağıstanlı araşdırıcıları bərk narahat edir. Necə deyərlər, bölgədə at izi it izinə qarışıb.

      Bölgədə hənəfiliklə şafiliyin az qala bir təriqət kimi yayılması da diqqətimi çəkdi. Şafiliyin yayılması Azərbaycanla münasibətlərin qədim ənənəyə qayıtmasında böyük rol oynaya bilər.

      Azərbaycan-Dağıstan əlaqələrindən söhbət edərkən xan qızı Xurşud banu Nətəvanın əri rus generalı Xasay xan Usmiyev, onun nəsli və bu nəslin faciəvi taleyini də yada salırıq.

      Dağıstan şamxallarından olduğuna görə ruslar onları knyaz adlandırıblar. Rusiya ilə əməkdaşlığa məcbur olan Usmiyevlər ailəsinin övladlarını çar məmurları Peterburqa aparıb orada təhsil və hərbi rütbə verib vəzifəyə təyin etsələr də, həmişə onlara şübhə ilə yanaşıb, üzərlərində daimi gizli nəzarət qoyublar. Xasay xan Usmiyevin (1808–1867) ömür yolunu izləyəndə bunu aydın görmək olur. 1808-ci ildə Axsayda general Musa Usmiyevin ailəsində doğulan Xasay xan Usmiyev 1866-cı ildə vəzifədən azad edilərək Voronejə sürgünə göndərilib. 1867-ci ilin aprelin 21-də orada dünyasını dəyişib.

      Axsayı görə bilmədim

      Mahaçqaladakı görüşümüzdə professor Eldar Hacıyev və İmperiat Xalipayeva ilə mədəniyyət və elm mərkəzi olan Axsaydan, oradakı mədrəsədən və mədrəsənin məzunları olan Yusup Axsavi (Qılıcyev),Muhammed Efendi Osmanov, Minay Alibekov, Nuhay və Zeynalabdin Batırmurzayevlər, Abdulla Muhammadov, Alim Paşa Salavatov, Abdul Vahab Süleymanov, Siraceddin Toqbolatov, Ş.Alberiyev, Mahammad Atabayev, Latip Hajaqayev, Mahammad Amin Adilxanov,Yunus Alimxanov kimi şair, yazıçı, publisistlərdən, Ahmat Sayıp Əfəndi kimi araşdırıcı müəllimlərdən, Rəşid xan Qaplanov kimi dövlət xadimindən, rus yazıçısı Bulqakovun dostu və onunla birlikdə pyes yazmış, uzun illər Vladiqafqazda hüquqşünas işləmiş Tajuttin Penzullayev və başqalarından danışdıq. Seyid Əzim Şirvani də Axsay mədrəsəsində oxuyub. Yalnız qumuqların deyil, Quzey Qafqazda yaşayan xalqların övladlarının çoxu Axsay mədrəsəsində oxuyub.

      Təəssüfləndik ki, mədrəsə haqqında indiyədək ciddi araşdırmalar aparılmayıb, sanballı kitablar, məqalələr yazılmayıb.

      Eldar Axsay məscidinin imamı ilə dost olduğunu söylədi. Ona zəng vurub xeyli danışdı. Mənim mədrəsə ilə bağlı fakt toplamaq üçün Axsaya getmək istədiyimi bildirdi. Çox şirin söhbət etdilər. Eldar kənddə yaşayan Anvar Baysunqurovun Axsay mədrəsəsi ilə bağlı çoxlu material topladığını, muzey açmağa can atdığını söylədi.

      Axsay yolumuzun üstündəki Xasavyurd şəhərindən 15–17 kilometr aralıda idi. Eldar Hacıyevin söhbəti və verdiyi bilgi ürəyimdən oldu. Düşündüm ki, arzumu reallaşdırmağa yaxşı imkan yaranıb. Yolüstü Axsaya gedər, vaxtilə o mədrəsənin məzunu olmuş Seyid Əzim Şirvani haqqında da bilgilər toplayaram.

      Planımı Eldar Hacıyeva bildirdim. O, təklif etdi ki, Axsaya kimi onun maşını ilə gedək. Orada tanıdığı adamlarla görüşək, bilgilər toplayaq. Sonra da bizi gətirib Xasavyurddan Vladiqafqaza gedən taksilərlə yola salsın. Sözarası yol məsrəflərini ödəyəcəyimi söylədim. Eldar Hacıyev etiraz etmədi.

      Restorandan ayrılıb biz hotelə, qumuqlar isə evlərinə yola düşdülər. Çantalarımızı hazırlayırdıq ki, səhər tezdən yola düşək, telefon zəng çaldı. Zəng edən İmperiat xanım idi. Utancaq bir tövrlə dedi ki, Axsayda görüləsi elə bir şey yoxdur. Mədrəsənin binası Sovet dövründə uçurulmuşdu, indi yerində məscid tikilib. Çeçenistanla sərhəddə olduğundan oraya rusların və yerli məmurların həssasiyəti çoxdur. Siz orada gəzib, bir-iki şəkil çəkdirsəniz, görüşdüyünüz adamları sorğu-suala çəkəcəklər.

      Şəkil 4. Əli Şamil və İsgəndər oğlu Vladiqafqaz parkındakı xatirə abidəsinin qarşısında.

      İmperiat Xalipayevanın söhbətindən anladım ki, onlar bizdən ayrılandan sonra kimlərləsə məsləhətləşiblər. Eldar Hacıyev bizimlə Axsaya getmək fikrindən daşınıb. Özü bunu deməyə utandığından İmperiat xanıma dedirdib. Mən də İmperiat xanımı sakitləşdirməyə çalışdım. Axsaya getmək planımızı dəyişdirdiyimizi dedim. İmperiat xanım məsləhət gördü ki, Vladiqafqaza avtobusla getsək, yaxşı olar. Taksilərlə getsək, yolda rus hərbçiləri, polisləri bizi daha çox çək-çevirə salarlar. Mən də ona təşəkkürümü bildirdim və avtobusla gedəcəyimizi söylədim.

      Acıbiylə söhbət

      Mahaçqaladan Vladiqafqaza gedən avtobusa öncədən bilet sifariş etmək istədim. Hotelin qeydiyatçısı, bir müddət Türkiyədə işləmiş xanım: “Özünüzü yormayın, öncədən bilet sifariş verə bilməyəcəksiniz. Biletləri avtobusun yola düşməsinə bir-iki saat qalmış satırlar”, – dedi.

      Rahatsız olduğumuzu gördükdə: “Bizim hotelin xidmətindən əsasən türkiyəli qonaqlar istifadə edir. İşimizi Türkiyədəki kimi qura bilməsək də, onları yamsılamağa çalışırıq. Tanıdığımız taksi sürücüləri var, qonaqlarımızın çoxunu onlar qarşılayır və yola salır. Narazılıq edənini görməmişən. İstəyirsiniz onlara deyim sizi aparıb yola salsınlar”, – dedi.

      Razılaşdım.

      Səhər yeməyi üçün aşağı enəndə hotel işçisi taksi sürücüsünün gəldiyini söylədi və əlavə etdi ki, rahat yeməyinizi yeyin, taksi sizi gözləyəcək.

      Sürücü ilə görüşdük. Gənclərin çoxunun səhər tezdən evdən çıxarkən tənbəllikləridən qəlyanaltı etmədiklərini bilirdim. Ona görə də taksi sürücüsündən bizi hotelin yeməkxanasına aparmasını xahiş etdim. Yeməkxanada birlikdə qəlyanaltı etməyi təklif etdim. O, təşəkkürünü bildirib geri dönmək istəyəndə: “Dağlılar qonaqpərvər olur. Bəs sən qonağı qoyub hara gedirsən? Əyləş, qəhvəaltı edək, bir az da söhbətləşək. Dağıstanı mənə tanıt”, – dedim. Gülümsədi və utancaq bir görkəmlə bizimlə bir süfrədə oturdu.

      Adını СКАЧАТЬ