Название: Где, когда и как родился мугам
Автор: Тариел Азертюрк
Издательство: СУПЕР Издательство
Жанр: Прочая образовательная литература
isbn: 978-5-9500170-2-5
isbn:
Cıqqır At Səs at deməkdir. Guya akkadcadan “Hündürdə tikilən” kimi tərcümə olunan məbəd ona görə belə adlanırdı ki, onu insanların göylərə dua göndərəcəyi müqəddəs ocağı kimi inşa edirdilər. Sadəcə mixi işarələrdə bizə məxsus səslərə yer olmadığından, məbədin adını Ziqqurat oxuyub, ona da bir təhər dediyim anlamı verməyə çalışırlar. Məhz həmin məbədin divarında qətranlanmış xüsusi taxçadan tapılan mixi yazılı silindr bizə Uşşaq (Üşşaq kimi də yazılır) muğamı barədə yazılı məlumatı çatdırır. Deməli, məbəddən hələ minillər öncə də muğam oxunurdu, Cıqqur At məbədinin yaranmasına təkan verirdi. Yegipet piramidalarının, Kir və Lenin mavzoleylərinin memarlıq üslübuna təkan vermiş unutduğumuz bu Məbəd hələlikilk sədasını Cabbar əminin ifas ında eşitdiyimiz muğam sənətinin dərin köklərini indiyə qədər özülündə qoruyub saxlayb.
Xalq yazıçısı Anar özünün təhtəlşüur yaddaşı ilə sanki Cıqqur Ata işarə edir:
“Muğamat Şərqin, Cənubun səması, məhz inci-inci ulduzlarla süslənmiş Doğu-Güney asimanı altında ifa olunmaq üçün naqil edilmişdir”.
Xalq artisti Əlibaba Məmmədov isə “Muğamat bizim xalqa Allah vergisidir” deyir.
Hər ikisi ən böyük tarixi həqiqəti söyləyir. “Naqil edilmişdir” və “Allah vergisidir” ifadələri böyük bir tarixi Həqiqətin inikasıdır. Onları təsdiqləyərək biz də deyirik ki,
Muğamat xalqın təbiət möcüzələrinə və onları törədən qüvvələrə, həmçinin təkcə öz nəslini deyil, bütöv cəmiyyəti, yəni, həm də bir qandan olmayan ən müxtəlif tayfa konqlemeratlarını da ədalətlə idarə etmiş zadəgan (elit) türk nəsillərinə itihiaf olunmuş himnidir. Bu himn vasitəsilə o (əcdad), Rəbbə; Şəməşə-Şəmsə, yəni Günəşə; Od allahı Ahuraya; Şimşək, ildırım, dağuna (dağıtma) allahı Mərduka, Bahar, urzu və sevgi ilahəsi İstərə öz məhəbbətini izhar edirdi. Məhz həmin məbədin tavanından əks-sədayla ulularımız muğam üstündə göylərə səs atıblar, allaha dua-san göndəriblər, ona lütfi-kərəm ediblər. O, insanın bütün varlığı ilə paklığa can atımının bu həyati zərurətindən, cəmiyyətin dürri yoldakı axtarışlarının vacibliyindən, xalqın göylərə qovuşmaqla arzusuna çatmaq həsrətindən, onu əhatələmiş Təbiətdə mütləq baş verən obyektiv reallıqları və transformasiyaları dərk etməsindən yaranıb.
Muğam əcdad təfəkkürünün Təbiət fonunda baş verən təbii təkamülünün məhsuludur.
Onu əhatə edən mühitin musiqi dili ilə ifadə tərzidir.
Məhz buna görə də u avaz, u səs Təbiətin hər guşəsində yarana bilmir. Təbiət hadisələrinin inikası olan muğam özü bəzən İnanca çevrilirdi. Ulularımızın “Narahat etdiyimiz üçün keç günahımızdan, Ya Rəbb, Ya Barı, Ulu Yaradan! deyə-deyə, Allah qapısın ehtiyatla, xof içində çalmağın min illik ənənəsi azacıq modifikasiyalara vardırılsa da, bu günə kimi bütün konfessiya və dinlərdə saxlanılıb, yaşayır, fəaliyyət göstərir. İnsan insandı, “Dünya gör-götür dünaysı…”
Aşağıda şəklini verdiyimiz və üstündəki mixi yazılarının sirrini açdığımız silindr dediklərimizə sübutdur. Silindrdə hər biri 25 sətir olan ayrı-ayrı mövzuda iki mətn qazılmışdır. O müasir dövrdə tikilən tarixə qovuşacaq binaların özülündə gizlədilən və gələcəyə informasiya ötürən kapsul funskiyasını daşıyıb. Tam açmadığımız, ancaq məğzini ümumən anladığımız I mətnin sətirlərindən belə bəlli olur ki, yazı, Cıqqır At məbədini hansı ildə tikmək barədədir. Mətndə illərin təbii xüsusiyyətləri zodiaklara görə sadalanaraq qeyd edilir ki, məbədin hansı ildə tikilməsi vacib şərtdir ki, o əbədilik qala bilsin. Onun sirrlərini tam oxuya bilmədiyimiz üçün, hələlik çap eləmirik.
II mətn xalqın məbədə müraciətidir. Onun mixi işarələrdən oxunmuş hecaları da, 6000 illik mövcudluğu dövründə İlk dəfə! olaraq sətirlərin dəqiq açılmış sirrləri də öz əksini bütün tamlığı ilə aşağıda tapıb. Yazı dörd dəfə uşaq (uşşaq) adı çəkir.
Uşşaqla bərabər, digər mixi yazılı mənbəələrdən biz hələlik Mahurun, Rahın,Rastın,Dağına (Dağıla – Heyratı) və Demüzi (Segah) adlarının da varlığını təsdiqləyən yazılı faktlar aşkar etmişik. Son iki muğamın təbiətini əks etdirən qısa məlumatdan başqa, qalanları barədə təəssüf ki, digər informasiyaya rast gəlməmişik. Bu mənada insan düşüncəsini heyrətdə qoya biləcək, ilk baxış da təzadlı görünən vacib bir amilə toxunmaq istərdik. Bu, uzun təkamül tarixində hansısa kataklizm zəminində öz kahkəşanlı tarixini unutmuş, ancaq “şumerlər bizik” deyən xalqımın tam amneziyaya varması fonunda belə, muğamın adlarını və görünür özlərini də necə varsa eləcə, olduğu kimi bu günə qədər qoruyub saxlaması amilidir.
BU ŞƏKİLLƏRDƏ, DEYƏRDİM, MUĞAMATIN YARANMASI, FORMALAŞMASI VƏ BÜTÜN ŞƏRQDƏ POPULYARLAŞMASI YOLUNDA BÖYÜK ROL OYNAMIŞ ZİQQURAT (CIQQUR AT) MƏBƏDİNİN
ALT HİSSƏSİ REKONSTRUKSİYADAN SONRA GÖSTƏRİLİR.
Aşağıakı şəkildən göründüyü kimi, yazılana görə vaxtilə Sinbel dağının üstündə inşa edilmiş məbədin təqribən 4–5 mərtəbəsini bərpa etmək mümkün olub. Çox qəribədir ki, Sinbel dağının adına – yazısının sirrlərini açdığımız prizmada da rast gəlinir.
Dünya turistlərini dünyanın ən ilkin azman Məbədinə aparan topraq tacyolunun (şose) ağaran qoşa cığırları, qədim Muğam Məbədinə uzanan iki Azərbaycanın qoşa qollarının simvolu deyil, bəs nədir?
Məbədlər qarşısında asılmış dairəvi mis sindanlar, daha doğrusu, məcmeyilər xalqı muğam fonunda keçirilən ibadətə səsləyən carçılar idi.
Şəklin üstündəki “Sumerian Drum with figure of Ea” – “Ea fonunda Şumer nağarası” sözləri dediklərimizi təsdiq edir. Ea guya ikinci Ziqqurat məbədi olub.
Azərbaycanın çox məşhur və az tanınan muğam ustalarının nə dünyasını dəyişmişlərinin, nə də bizi səsləri, həvəsləri, nəfəsləri ilə düşündürənlərin çoxunun bəlkə də bu məbəd barədə məlumatı yoxdur. Onun adını belə eşitməyənləri və hətta eşitmək istəməyənləri СКАЧАТЬ