Yüreğimdeki Sensin. Ebülfet Medetoğlu
Чтение книги онлайн.

Читать онлайн книгу Yüreğimdeki Sensin - Ebülfet Medetoğlu страница 5

Название: Yüreğimdeki Sensin

Автор: Ebülfet Medetoğlu

Издательство: Elips Kitap

Жанр:

Серия:

isbn: 978-625-6853-56-0

isbn:

СКАЧАТЬ da

Nəfəsimi kəsib,

Təbiyyətin

Şıltaqlığı155 da

Bu yandan -

Elə bil qəsdimə durub156.

Barı157 sən

Bir şad xəbər de -

De ki,

Ağrımırsan!158

Zəng vurub159

GÖZLƏ 160

Gəlirəm sənə doğru,

Səbrin çatınca161 gözlə.

Ruhum könlündə gəmi -

Gəmim batınca gözlə.

Hər çınqı162 ümid şamı163

Göy üzü ruhun damı164

Unuda bilər hamı -

Gələn yardısa165, gözlə!

O ki, ocaq, pir deyil

Ləngiməyi166 sir deyil.

Günahları bir deyil -

Güzəşti167 varsa, gözlə!

Candan can alan kimi

Qandan qan alan kimi

Lap belə168 balan kimi -

Dizdə yatınca169 gözlə!

Gözləmək -

Ümidi olsa da

Qanında bir

Təlaş var.

İstədiyi an

Partlamağa

Hazırdı.

Heç nə170 demədən -

Öz qanına bulaşar.

Gözləyə-gözləyə

Qırılan

Ümid tellərini

Əvəz edən171 -

Yeniləri

Bir-birinə calanar!172

Buna

Həsrətin əzabına

Dözənlər173

Dözə-dözə

Ürəklərini

Üzənlər174

Yalnız inanır!

Axı inam175 yaşadır

Sevgini…

Könlümdən

Keçən arzudu

Kâş176 hər gün

Söndürməyə çalışdığım

Odun -

Hisinə177 bulanıb

Külünə batım.

Və hər gün də

O külün içindən

Bir çınqı

Qor tapım

Yenidən alışım178

Təzədən yanım

Təki179 sənin əlinlə

Söndürülsün

Alışan canım!

İndi

Əlindəki

Oddu180 yoxsa su -

Özün de,

Mən də inanım!

Mən indi işıqfor181 tək182

Haldan-hala düşürəm183.

Bakı havası kimi,

Anbaan dəyişirəm

İçim savaş meydanıdı -

Həsrətlə döyüşürəm -

Bacardığım bu…

Sən isə -

Fikrin dağılsın184 deyə

Dur185, əl-üzünü yu!186 -

Bilirəm mən nakam187 aşiq,

Sənə özgə yar olacaq.

Gün bitəcək, gül qarışıq -

Yaxalığı dar olacaq.

Yayın188 qora bişirəni189,

Qor190 içində eşir məni191

Dodağımın üşüdəni -

O ağ sinə192 – qar olacaq.

Dəniz kimi ləpələnib193

Dərd ələnib, təpələnib194

Min Әbülfət qəlpələnib195 -

Bir məhəbbət196 var olacaq.

Mən adsızlar içindən

Bir ad aldım – gətirdim!

Qoşalaşıb197 uçmağa -

Qanad aldım – gətirdim…

Yetmirsə gücüm nəyə,

Nə var de, küsünmәyə198

Diz-dizə isinməyə -

Bir СКАЧАТЬ

155

Kaprisi

156

Başa düşman kesilmiş

157

Bari, hiç olmazsa

158

Rahatsız değilsin

159

Telefon açarak

160

Bekle

161

Sabrın tükeninceye kadar

162

Kıvılcım

163

Mumu

164

Evi, çatısı

165

Yar ise

166

Gecikmesi

167

Tavizi

168

Gerçekten de

169

Uyuyuncaya kadar

170

Hiçbir şey

171

Yerini alan, onun yerine geçen

172

Eklenir

173

Katlananlar

174

Korkanlar, korkuya kapılanlar

175

İnanç

176

Keşke

177

İsine

178

Tutuşayım

179

Yeter ki

180

Ateş mi

181

Trafik lambası

182

Gibi

183

Durumum kötüleşiyor

184

Sakinleşesin

185

Kalk

186

Yıka

187

Mutsuz, arzusuna ulaşamayan

188

Yazın

189

En sıcak zamanı

190

Kor, ateş

191

Deliyor, deşiyor, eşiyor

192

Göğüs

193

Dalgalanıp

194

Tepe gibi yığılmış

195

Parçalanıp

196

Sevgi, aşk

197

İkileşip

198

Sızlanmaya, şikâyetlenmeğe