Название: Silsilə qətllər törədən qatillər
Автор: Teymur Fərzi
Издательство: Hədəf nəşrləri
Серия: Çağdaş ədəbiyyat
isbn:
isbn:
Polisin “qarındeşən”dən məktubu almasından iki gün sonra qatil Yelizaveta küçəsində yaşayan isveçli fahişə qadının boğazını kəsdi. Qurbanın üzərində başqa əməlləri edə
bilmədən yaxınlaşan avtomobilin səsi ilə işini yarıda qoy-maq məcburiyyətində qaldı. Oradan cəld qaçan qatil Kate-rina Eddouz adında küçədə sərxoş tapıldığı üçün polis bölməsinə aparılaraq ayılana qədər orada saxlanılan, sonradan evə buraxılan 43 yaşındakı başqa bir pozğun qadına rast gəldi. Onu sakit yerə apardı və orada boğazını kəsdi.
Sonra qadının üzünü tamamilə parçaladı, qarın nahiyəsini yarıb bağırsaqlarını çölə çıxardı və sol böyrəyini götürüb uzaqlaşdı.
“Qarındeşən” tərəfindən törədilən son cinayət eyni zamanda ən qorxuncu idi. 9 noyabr gecəsi 3 aylıq hamilə
olan 25 yaşındakı irlandiyalı fahişə ilə cinsi əlaqədə olmaq üçün onun otağına getdi. Gecə yarısı onu yataqdaca öldürdü, bir neçə saat boyunca cəsədi parçaladı, daxili orqanlarını çölə çıxardı, burnunu və döşlərini kəsdi, qıçlarının dəri-sini soydu.
Bu hadisədən sonra Vaytçapel cinayətləri birdən-birə
dayandı. “Qarındeşən” sonsuza qədər yox oldu, sanki real-lıqdan çıxıb əfsanələr aləminə qarışdı. O gündən bəri qatilin kim olması haqqında adi qəssabdan ingilis taxt-tacının vəliəhdinə qədər şübhəlilər irəli sürdülər. Bu deyilənlərin 10
Silsilə qətllər törədən qatillər
Teymur Fərzi, Nəbi Hacıyev
çoxu heç bir reallığı əks etdirmirdi. “Qarındeşən”in gerçək kimliyi yüz ildən artıqdır ki, məlum olmadı və sirr olaraq da qaldı.
Qatilin sonuncu qurbanı Meri Kellinin necə halda tapıldığı haqqında 1888-ci il tarixli bir qəzetdə yazılanlar aşağıdakı kimidir:
“Boğaz bıçaqla kəsilmiş, baş bədəndən az qala ayrılmışdı.
Qarın qismən parçalanıb cırılmış və hər iki döşü də kəsilmişdi.
Burun kəsilmiş, alnındakı dəri üzülmüş və ayaqlarına qədər ətlər sümükdən aralanmışdı. Bağırsaqlar və bədənin digər hissələri yox idi, ancaq qaraciyəri bu yazıq qurbanın ayaqları arasına qoyulmuşdu. Budunun ətləri, döşləri və burnu qatil tərəfindən stolun üstünə qoyulmuş və qadının əllərindən biri mədəsinin içinə soxul-muşdu.”
Hamısı fahişə olan qurbanlardan beşinin eyni adam tərəfindən öldürüldüyü rəsmən öz təsdiqini tapmışdır.
Ancaq Qarındeşən Cekin törətdiyi güman olunan təxminən iyirmiyə yaxın cinayət vardır.
Bu günə kimi “Qarındeşən Cek” adlı qatilin kimliyi haqqında müxtəlif versiyalar irəli sürülmüşdür. Bu versiya-lardan birinə görə fahişə qadınlar İngiltərə monarxiyasına və masonluğa təhdid olaraq qəbul edilərək qətlə yetiril-mişdir. Kraliça Viktoriyanın oğlu olan kral Edruardın bu fa-hişələrlə əlaqəsi var idi.
Başqa bir versiyaya görə 1888-ci ilin avqust və noyabr ayları arasında törətdiyi cinayətlərlə Londonu dəhşətə salan
“Qarındeşən Cek”in bir qadın olduğu 118 ildən sonra, yəni 2006-cı ildə yenidən gündəmə gəldi. Avstraliyalı tibbi ekspertiza mütəxəssisi olan professor Lan Findli Viktoriya döv-11
Silsilə qətllər törədən qatillər
Teymur Fərzi, Nəbi Hacıyev
rü İngiltərəsinin “Qarındeşen Cek”i tapa bilmədiyini, çünki kişi olduğuna inanılan qatilin əslində bir qadın olduğunu irəli sürdü. Eyni maraqlı fikri 118 il əvvəl şotlandiyalı detektiv də demişdi.
“Qarındeşən Cek” tərəfindən yazılan məktub 12
Silsilə qətllər törədən qatillər
Teymur Fərzi, Nəbi Hacıyev
* * *
“Avtostopçu qatil” (Eylin Karol Uornos)
“Mən günahsızam. Məncə sizə də təcavüz edə bilərlər pox torbaları”
“Onların pullarını oğurladım, onları öldürdüm və yenə
edəcəyəm. Başqa birini öldürəcəyəmi bilirəm, çünki uzun müddət insanlara nifrət etmişəm. Etdiyim hər şeyin məğzində qorxunc bir hirs yatır. Edam olunmalıyam, çünki həbsdən çıxası olsam, yenə cinayət işləyəcəm.”
Doğum tarixi: 29 fevral 1956-cı il Ölüm tarixi: 9 oktyabr 2002-ci il Cəza üsulu: zəhərli iynə
Qurbanların sayı: 7
Cinayətlərin tarixi: 30 noyabr 1989-cu il–19 noyabr 1990-cı il Ölkə (ərazi): Amerika Birləşmiş Ştatları (Florida ştatı)
13
Silsilə qətllər törədən qatillər
Teymur Fərzi, Nəbi Hacıyev
ylin Karol Uornos ABŞ-ın ən məşhur qadın silsilə qətllər törədən qatillərindən biri olub. O, E homoseksual fahişə idi. 1989-1990-cı illər arasında cinsi əlaqəyə girdiyi insanları öldürdüyü və cəsədlərini meşədə gizlətdiyi sübut olunmuşdur. Yeddi adamı öldürdüyü iddia edilsə də, iki adamın cəsədi tapıla bilməmiş və
Uornos 5 adamı öldürdüyünə görə mühakimə olunmuşdur.
Bir çox insana görə Amerikanın ilk silsilə qətllər törədən qadın qatili olan bu qadın şiddət gördüyü üçün vəhşiləşmiş-dir. O, doğulmamışdan əvvəl valideynləri artıq boşanır.
Atası daha sonra uşağa təcavüz etdiyinə görə günahkar hesab
olunaraq həbs olunur. O, özünü həbsxanada asır. Eylin hələ altı aylıq olanda anası bir məktub yazıb onu tərk edir.
Nənəsi və babası onu öz qəyyumluğuna götürür. Ancaq on üç yaşında СКАЧАТЬ