Qana qan qarışdı. Шамиль Садиг
Чтение книги онлайн.

Читать онлайн книгу Qana qan qarışdı - Шамиль Садиг страница 2

Название: Qana qan qarışdı

Автор: Шамиль Садиг

Издательство: Hədəf nəşrləri

Жанр:

Серия: Çağdaş ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ Xanlar xanı atan Bayandır xan böyük Türk elini mənə etibar etdi, 24 Oğuz tayfasını mənə tapşırdı. Məni onların birliyi düşündürür. Tayfalar arasındakı ara-sıra olan umu-küsü bizim birliyimizə xələl gətirir. İllərdir, babalarımız Oğuz elini parçalanmağa qoymamışdı. Kafirlər yenə düşmənçilik edir, hər an bizi pusurlar, imkan tapan kimi Oğuz elinə girir, Oğuz ellərini talan edir, qız-gəlinlərimizi əsir alır, analarımızı ağlar qoyurlar. Bir düşün, oğuzlar bir olmasa, bunun qarşısını almaq olarmı? Bax, məni bu düşündürür, bu qorxudur. Mənim çiyinlərimə ağır bir məsuliyyət qoyulmuşdur. Gərək mən gecə yatmayım, gündüz oturmayım, türkün birliyini qoruyub daha da möhkəmləndirim.

      (Bu zaman gözətçi xana yaxınlaşıb baş əyir. )

      Qazan xan. Oğlan, sözünmü var?

      Gözətçi. Bəli, xan! Bir nəfər qadın gəlib, sizi görmək istəyir, son dərəcə vacib bir sözü olduğunu söyləyir. İzndirsə, çağırım?

      (Qazan xan Burla xatuna getməsini işarə edir. Burla xatun Qazan xanın dövlət işləri ilə məşğul olduğunu görüb gedir.)

      Qazan xan. Nə qadın? Qadının mənə nə sözü ola bilər ki?

      Gözətçi. Bizim ellərdən deyil, xan, kafir qızına bənzəyir, keşikçilər onu bizim elin həndəvərində görüblər. Xan, qucağında bir körpə də var. Təkidlə sizi görmək istəyir.

      Qazan xan. İzndir, de, gəlsin.

      (Xan keçib öz taxtında əyləşir. Bu zaman qara geyimli, başı açıq, son dərəcə gözəl bir qadın içəri girir, baş endirib təzim edir və həyəcanlı bir səslə)

      Qadın. Xan Qazan, hüzuruna çox vacib bir iş üçün gəlmişəm. Ünüm anla, sözüm dinlə. Düz 9 ay bundan qabaq Qalın Oğuz bəylərindən Alp Aruz başının dəstəsi ilə bizim ellərə yürüş etmişdi. Məni və 9 gözəl qızı bulaq üstə görüb atlarının tərkinə aldılar, zorla məclislərinə gətirdilər, şərab paylatdılar. Sonra isə müqavimətimizə baxmayaraq, sərxoş halda namusumuzu ləkələdilər. Səhərə yaxın birtəhər əllərindən qurtulub qaça bildik. Xan, bundan xəbər tutan Şöklü Məlik hamilə olduğumuzu eşidəndə hamımızı asmağı cəlladlara əmr etdi. Biləndə ki, ana bətnində olan uşaqlardan birinin atası bəy nəsli, xan nəsli Oğuz bəyi Alp Aruzdur, məni öldürməmələrini tapşırdı. Məqsədi o imiş ki, uşaq doğulandan sonra onu xüsusi qayda ilə böyütsün, oğuzlara qarşı qoysun.

      “Axı, bu uşaq cins toxumdur, bəy nəslidir. ”Aslan balası aslan olar” demişlər. Böyüyər, türklərə qarşı qoyarıq, Oğuz elinə şərik olarıq. Onun gücü, bizim ağlımız, siyasətimiz… Türkü öz əli ilə məhv etməsək, heç vaxt ona bata bilmərik”, – dedi, xan. Uşaq doğulan kimi əlimdən alacaqdılar. Onun üçün də mən sənə, sənin böyüklüyünə pənah gətirmişəm.

      (Diz çökmək istəyir. Qazan qoymur, əlindən tutub ayağa qaldırır.)

      Alın əmanətinizi, götürün, necə olsa, dayınız Aruzun oğludur. Mən də bir anayam, balamdan ayrı qala bilmərəm, onu gözümdən uzağa qoya bilmərəm. Ona görə də balamı götürüb bura gəldim. Yalvarıram, xan, məni ya qapında qul et, ya da eşiyində dilənçi. Ancaq imkan ver, mən balama yaxın olum, xan. Ana gözünü ağlar qoyma, xan…

      (Qadın bunları deyib, ağlar gözlərini silə-silə nəzərlərini Qazana dikir. )

      Qazan xan. (Qazan bir az fikrə gedir. Sonra asta-asta başını qaldırıb gözətçiyə) Oğlan, get, 24 Oğuz bəyinə hay sal, çapar göndər, de ki, tez bir zamanda Dış Oğuz, İç Oğuz bəyləri mənim hüzuruma gəlsin. Bu qadını isə körpəsi ilə birlikdə qadınların arasına ötür, qoy üstündə göz olsunlar.

      Gözətçi. Baş üstə, xan!

      (Qadın ehtiramla baş əyərək gözətçi ilə birlikdə arxalarını çevirmədən məclisi tərk edir.)

      II şəkil

      (Xan sarayı. Taxtında əyləşən xan dərin fikirlərə dalmışdır. Qalın Oğuz bəyləri xanın çağırışına görə bir-bir özlərini yetirirlər.)

      Gözətçi. Xan, Qaradərə ağzında qara buğa dərisindən beşiyinin yerliyi olan, acığı tutanda qara daşı kül eyləyən, bığını boynunun dalında yeddi dəfə düyünləyən, igidlər igidi, qardaşınız Qaragünə gəlmişdir.

      Qazan xan. De, gəlsin.

      (Baş əyib təzim edərək öz yerinə keçir.)

      Gözətçi. Xan, Dəmir qapı Dərbənddəki dəmir qapını hücumla alan, altmış tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən Qıyan Səlcik oğlu Dəli Dondaz çaparaq gəlmişdir.

      Qazan xan. Qoy gəlsin!

      Gözətçi. Xan, Amidlə Mərdin qalasını vurub yıxan, Dəmir yaylı Qıpçaq Məlikə qan qusduran, Oğuzun ağsaqqalı, igidləri görəndə o igidə “əhsən” deyən, al məxmər şalvarlı, atı mavi qotazlı Qaragünə oğlu Qarabudaq gəlmişdir. İzndirsə, gəlsin.

      Qazan xan. Gəlsin.

      Gözətçi. Xan, icazəsiz Bayandır xanın düşmənini basan, altmış min kafirə qan qusduran, ağ-boz atının yalı üzərində qar yığılan Qəflət Qoca oğlu Şir Şəmsəddin çaparaq gəlmişdir. İzin istəyir.

      Qazan xan. İzndir, de gəlsin.

      Gözətçi. Xan, Parasanın, Bayburd hasarından sıçrayıb aşan, al rəngli gəlin ocağına qarşı gələn, yeddi qızın ümidi, Qalın Oğuzun müjdəçisi, yaxın silahdaşınız, boz ayğırlı, üzü örtüklü Beyrək dördnala çaparaq gəlmişdir.

      Qazan xan. İzin onundur, de gəlsin.

      Gözətçi. Xan, çalın-çarpaz çalmalı, çal qaraquş ərdəmli, qurama qurşaqlı, qulağı qızıl küpəli, Qalın Oğuz bəylərini bir-bir atından yıxan, Qazlıq Qoca oğlu Yeynək bəy gəlib.

      Qazan xan. Buyursun.

      Gözətçi. Xan, kafirləri it ardına qoşub alçaldan, eldən çıxıb Ayğır gölü suyunda at üzdürən, əlli yeddi qalanın açarını alan, Sufi Sandal Məlikə qan qusduran, qırx cübbə bürünüb otuz yeddi qala bəyinin gözəl qızlarını oğurlayıb bir-bir boynun qucan, üzündən, dodağından öpən İlək oğlu Alp Ərən çaparaq gəlib.

      Qazan xan. Buyursun.

      Gözətçi. Xan, gedib Peyğəmbərin üzünü görən, dönərək oğuzlar içində ona sadiq tərəfdar olan, acığı tutanda bığlarından qan çıxan, СКАЧАТЬ