Rüstəm Behrudinin özü haqqında bilmədikləri. Коллектив авторов
Чтение книги онлайн.

Читать онлайн книгу Rüstəm Behrudinin özü haqqında bilmədikləri - Коллектив авторов страница 4

СКАЧАТЬ obrazlı şəkildə mənalandırılır. Buna görə də onun Vətən anlayışı ümumi (türk dünyası, yaxud dünya) ilə xüsusinin (Azərbaycanın) nəinki ayrılmaz vəhdətindən, hətta zərurətindən yoğrul-muşdur. Rüstəm Behrudi şeirlərində ölkə anlayışını şair Fü-zuli və ya Göyçə, Qarayazı kimi yer adları ilə yanaşı, həm də "əyilməyən çinarlar", yaxud “Kitabi-Dədə Qorqud” das-tanlarından gələn “qarşı yatan qara dağ” məfhumlu ilə, qan yaddaşına hopmuş mifoloji təsəvvürlərlə ifadə edir. O, hələ sovet hakimiyyəti illərində Vətəndən bəhs edərkən yazmışdı ki, “sən qızıl almasan devlər əlində”. Rüstəm Beh-rudinin 1985- ci ildə qələmə alınmış. “Vətən” şeiri isə Azər-baycan ədəbiyyatında milli-mənəvi bütövlüyün və etnik-coğrafi genişliyin vüsətini özündə əks etdirən fərqli və əhə-miyyətli poetik örnəkdir:

      Qarşı yatan qara dağı-yaylağım,

      Düzənləri, ormanları oylağım.

      Əyilməyən çinarları-bayrağım, –

            Vətən!

      Ağ alnıma Araz qara yazıdı,

      Varaq, yol uzaqdı – qar ayazıdı.

      Kərkükdü, Göyçədi, Qarayazıdı,

             Vətən!

      Hər ağrılar, hər acılar, ötəndi,

      Əl uzatsam, Ərzuruma yetəndi,

      Füzulinin məzarı da Vətəndi –

                   Vətən!

      Rüstəm Behrudinin şeirlərində Gürşad obrazı mənəvi-ruhi varlığın və bütövlüyün rəmzi kimi çıxış edir. Şairin nə-zərində Gürşad onu – yerlə-göylə bağlayan, müqəddəslik nümunəsi ola bilən, sevgi və azadlıq haqqındakı mətləblə-rini ifadə edən ümumiləşmiş obrazdır. Gürşad –geniş mə-nada Rüstəm Behrudinin estetik idealının təcəssümü olan surətdir. Gürşad-Rüstəm Behrudi üçün günahkar bədəndə əziyyət çəkən təmiz və uca ruhun ideal obrazının poetik ifa-dəsidir. Gürşadın adının əksər məqamlarda Tanrı dağları ilə birlikdə çəkilməsi də bu obrazı böyük ideallarının təcəs-sümü kimi ilahiləşdirmək-müqəddəsləşdirmək mənalarını ifadə edir:” Tanrı dağda Gürşad ilə mən də sənnən qoşaca-ğam”, “Mən Gürşadın ruhuyam, dözmədim Tanrı dağdan” misraları Rüstəm Behrudinin Gürşadı “yeddi rəng bir mə-nadı daha”-deyə bilməyəcəyi qeyri-adi bir ucalıq kimi tə-səvvür və tərənnüm etdiyini göstərir. “Ey Gürşad, gəl qəlb-lərə dol, "Qəlblərə dol, and yeri ol, Kim səni görsə bircə yol, İmandan, dindən keçəcək" – misraları da Gürşada “and yeri” səviyyəsində poetik münasibəti aydın şəkildə məna-landırır. Aşkar şəkildə görünür ki, şair danışdıqda-məişət-də işlədilən andlardan cox idealı simvollaşdıran uca And yerinə inanır “Mən Gürşadın ruhuyam” desə də “Nə yap-sam günah, səhv ilə, keçdiyin yola əfv elə” sözləri ilə Rüs-təm Behrudi ona – idealına inandığını ürəkdən bağlı oldu-ğunu, ümid etdiyini, hesabat verdiyini də ifadə edir. Bütöv-lükdə Gürşad obrazı Rüstəm Bəhrudinin sevgi və azdlıq idealının daşıyıcısıdır. Bundan başqa, Gürşadlirik poeziya-da simvolik bədii obraz yaratmaq baxımından da Rüstəm Behrudi şeirinin özünəməxsusluğunun ifadəsidir. Doğru-dur, dünya və Azərbaycan şeirində az da olsa buna bənzər örnəklər vardır. Lakin bu, Rüstəm Behrudinin Gürşadıdır: sevgidən və inamdan da uca Gürşad! Gürşad – “Çiçəklər – başdaşım, göy üzü-qəbrim; yarpaqlar kəfənim, ağac tabu-tum”, yaxud "əcəllə ölməyə doğulmamışam" – deyən, “ge-cələr könüldən qurd kimi ulamaq keçən”, yalqızlıqda özü-nü tapmış darıxan lirik mənin özü ilə idealları arasındakı elçisidir, ona dərin ümidlərinin daşıyıcısıdır:

      Təkcə sən bilirsən mən kiməm axı,

      O nur da, Gürşad da sənə bəllidir.

      Mənim tək o nuru görüb sevməyin

      Ruhuma ən böyük bir təsəllidir.

      Bu mənada Gürşadla Rüstəm Behrudinin yaradıcılığın-dakı Şaman obrazı arasında yaxınlıq vardır. Gürşad – Rüs-təm Behrudinin dualarındakı ümidlərin, işığın, idealın, bə-dii obrazıdır. “Şaman duası” – Rüstəm Behrudinin müasir Azərbaycan ədəbiyyatında möhkəmləndirdiyi motivdir. Şa-man duası Rüstəm Behrudi üçün türk dünyasının varlığını ruhunda yaşadan, onun ucalığını və bütövlüyünü hər şey-dən uca tutan, böyük gələcəyə doğru ümidlərini ifadə edən poetik monoloqdur. “Şaman duası” ahəngində poetik təh-kiyəni də yeni dövr Azərbaycan şeirinə Rüstəm Behrudi gətirmişdir. Bu, əslində Dədə Qorqud şeirlərindəki ritmin poeziyadakı yeni improvizasiyasıdır. Rüstəm Behrudi ən müasir mətləbləri Dədə Qorqud təhkiyəsi əsasında “Şaman duası” ilə özünəməxsus poetik səviyyədə səsləndirmək və-zifəsini layiqincə yerinə yetirmiş, nəticədə özünün fərdi üs-lubunu yarada bilmişdir. “Şaman Daştəkənin sonuncu du-ası” şeiri artıq məhz Rüstəm Behrudinin poetik sözüdür.

      Eşit, ey tanrı, dözümüm,

      Bizi lap yordu, vaxtıdır.

      Varıban getmək gərəkdir,

      Göndər Boz qurdu, vaxtıdır.

      Bədoy atları çapdığım,

      Qan bahasına yapdığım,

      Vətən deyib tanıdığım,

      Torpaq bir gordü, vaxtıdır.

      Nəyim var can kimi dadlı?!

      O da Tanrım, döyüş aldı.

      Bi igid göndər – ağ atlı,

      Hifz et bu yurdu, vaxtıdır.

      Rüstəm Behrudinin yaradıcılığında peyda olmuş İblis motivi onun tənhalıq şeirlərinin üzvü tərkib hissəsidir. Özüynən tənha qalanda, yalqızlıq hislərini yaşayanda üz tutub ürəyini boşaltdığı iblis şairi ənənəvi mövzularından bir qədər kənara çıxara bilən, təsəvvürlərini genişləndirən məfhumdur. Bu mənada Rüstəm Behrudinin İblisi ədəbiy-yatda yüksək klassik səviyyədə əksini tapmış “cümlə xəya-nətlərə bais” olan iblisdən fərqli olaraq, çox da vahiməli bir məfhum deyildir.

      Şairin СКАЧАТЬ