1
Hər gün qarşılaşdığınız
problemlərə mütəxəssis baxışı
1
İÇİNDƏKİLƏR
Təlimçinin məsləhəti: İşdən çıxarmağa ustalıqla
yanaşmaq ...............................................................................................................................
İşdən çıxarmaq haqqında niyə informasiya almalıyıq? ...................................
İşdən çıxarmalar nə zaman baş verir? ....................................................................
İşdən çıxarmalarla bağlı duyğular hansılardır? ..................................................
İşdən çıxarmaların hüquqi tərəfləri nədir? ..........................................................
Duyğusal təsirlər haqda məlumatlı olmaq .............................................................
İşdən çıxarmanın əsaslarını başa düşmək .............................................................
İşçini nə zaman dərhal işdən çıxara bilərsiniz? ...................................................
Prosesi nə zaman sənədləşdirib əməliyyatı həyata keçirə bilərsiniz? .....
İşçini nə zaman işdən çıxara bilməzsiniz? ............................................................
Qərara gəlmək ......................................................................................................................
Tədbirli hərəkət etmək ....................................................................................................
İşdən çıxarmağa variantlar axtarmaq ......................................................................
İşdən çıxarmağı peşəkar şəkildə izah etmək ........................................................
İşdən çıxarma ilə bağlı qəbula hazırlaşmaq ..........................................................
İşçinin performans problemlərini sənədləşdirmək üçün atılacaq yeddi addım Qəbul necə təşkil edilməlidir? ......................................................................................
Qəbul əsnasında nəyi deməli, nəyi deməməlisiniz? ..........................................
İşdən çıxarma ilə bağlı görüşdən dərs almaq .......................................................
İşdən çıxardıqdan sonra hüquqi detalları həll etmək .......................................
Əmək müqaviləsini gözdən keçirmək ......................................................................
İşdən çıxarma səbəblərini sənədləşdirmək ...........................................................
Şəxsin etibarına ziyan vurmaqdan yayının ............................................................
İşdən çıxarma prosesindən sonra komandanıza
liderlik etmək .......................................................................................................................
İş yükünü yenidən bölüşdürmək ................................................................................
İşdən çıxarma təcrübəsindən dərs almaq ..............................................................
Fərdi və peşəkar inkişafınızı gücləndirmək ..........................................................
Daha geniş baxış imkanları qazanmaq .....................................................................
İpucları və vasitələr ...........................................................................................................
1
Təlimçinin məsləhəti:
İşdən çıxarmağa ustalıqla yanaşmaq
Hansısa işçinin işinə son vermək bir çox idarəçilərin qarşılaşdığı ən çətin və ağır qərarlardan biridir. Belə hallarda hislərə hakim olmaq çətinləşir. Təbii olaraq, idarəçi xoş olmayan bu qərarın hüquqi nəticələrinin necə ola biləcəyi haqda narahatlıq keçirir. Eyni zamanda, işdən çıxarılan işçinin məsləkdaşlarının bu məsələyə necə reaksiya verəcəyi və onun gördüyü işlə kimin məşğul olacağı da idarəçini dərindən düşündürən problemlərdir. İdarəçilər həmçinin bu işdən çıxarılmanın öz performans və davranışlarıyla əlaqəli olub-olmadığı ilə bağlı da narahat olurlar.
Ancaq hansısa işçinin işinə son verilən zaman hiss edilən ciddi narahatlığa baxmayaraq, qərarınızı düzgün şəkildə izah etməyinizin çox faydası var. Bacarıqsız şəkildə tətbiq edilən işdən çıxarma prosesi gözlənilməz nəticələrə səbəb ola bilər. Məsələn, bu vəziyyət ilk növbədə şirkətin etibarına xələl gətirə bilər. Digər tərəfdən də bacarıqlı işçiləri işə cəlb etmək məsələsində öz işinizi də, digər idarəçilərin işini də çətinləşdirə bilərsiniz. Bu hərəkət təşkilat içindəki işçilər arasında güvən və
etibarınızı zədələyər və narazılıqlara səbəb olar. Bütün bu səbəblərə görə, işçilərin işinə son verməyi peşəkar və doğru şəkildə həyata keçirdiyinizdən əmin olmalı, bu istiqamətdə bəzi vacib addımlar atmalısınız. Bunun üçünsə işdən çıxarmaq prosesini hərtərəfli bilməlisiniz. Qərarı necə verəcəyiniz, işdən çıxarmaq üçün görüşə necə hazırlaşmağınızdan tutmuş, görüşdə nələr deyəcəyinizdən və
görüşdən sonra komandanıza necə liderlik edəcəyinizə qədər.
Hansısa işçinin işinə son vermək heç zaman asan olmamışdır və hər işə son vermə prosesi ciddi nəticələr çıxarmaq üçün fürsət yaradır. Ancaq bu bələdçidə təklif edilən təcrübələri istifadə edərək, həmçinin şirkətinizin insan resursları departamentinin və hüquq məsləhətçisinin tövsiyələrinə
əsaslanaraq ən yaxşı nəticə əldə etmək şansınız olacaq. İşdən çıxarma prosesini ustalıqla idarə
etdiyiniz zaman firmanızın nüfuzuna xələl gəlmir və siz vəziyyətin sıxıntılı olmasına baxmayaraq, komandanızı irəliyə istiqamətləndirə, həmçinin şirkətinizi hüquqi məsuliyyətdən qoruya bilərsiniz.
Bu isə rəqabət dolu bazar mühitində uğurun arxasınca düşən hər bir təşkilat üçün olduqca ciddi nəticələrdir.
Suzan Alvey, Təlimçi
Doktor Alvey Massaçuset Kembricdə təşkilati inkişaf və liderlik inkişafı məsləhətçisidir. Doktor Alvey insan strategiyalarının ticari strategiyaları dəstəkləməsini təmin etmək, təşkilati prosesləri ən düzgün şəkildə
istiqamətləndirmək, quruluş, СКАЧАТЬ