Dahi. Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Dahi - Теодор Драйзер страница 6

Название: Dahi

Автор: Теодор Драйзер

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8245-8-1

isbn:

СКАЧАТЬ ata küçədə Berces ilə görüşərkən onunla söhbət etdi:

      – Bura baxın, Berces, mənim oğluma sizin qəzetdə bir yer tapılmazmı, hə? O daim nə isə yazıb-pozur, hərçənd ki, onun cızma-qarası mənim nəzərimdə elə bir şey deyil, deyəsən, bir az şəkil də çəkir. Onu bir yerə düzəltmək lazımdır. Məktəbdə avaraçılıq edir. Məsələn, o, mətbəə işini öyrənə bilər. Əgər sonralar bu sahədə işləməyə həvəsi olsa, lap əvvəldən başlamaq ona ancaq faydalı ola bilər. Başlanğıc üçün ona nə qədər əmək haqqı təyin edəcəyinizin əhəmiyyəti yoxdur.

      Berces fikrə getdi, o, Yucini küçədə görmüşdü. Bu oğlanın xəyalpərəst və adamayovuşmaz olmasından başqa onun haqqında heç bir pis şey eşitməmişdi.

      – Onu bir gün mənim yanıma göndərin, – deyə boyun qaçırırcasına cavab verdi. – Bəlkə onun üçün bir şey tapdım.

      Vitla:

      – Mən sizə minnətdar olaram, – dedi, – yoxsa o məni narahat edir.

      Bu söhbətdən sonra onlar ayrıldılar. O evdə Yucinə öz görüşü haqqında danışdı, lampanın yanında oturub mütaliə edən oğluna dedi:

      – Berces deyir ki, o səni “Morninq Eppil”də mürəttib, yaxud reportyorluğa götürə bilər. Bu günlərdə onun yanına gedərsən.

      – Eləmi?! – deyə Yucin sakitcə səsləndi. – Hm! Məndən reportyor çıxar? Bəlkə mürəttib ola bildim. Sən özün ona müraciət etdin?

      Vitla:

      – Bəli, – dedi. – Hər halda sən ora bir baş çək.

      Yucin dodaqlarını dişlədi. O anlayırdı ki, bu onun avaraçılığa olan meylinə işarədir. Doğrudan da, o, atasına narahatlıqdan başqa bir şey vermirdi. Lakin hər halda mürəttiblik sənəti onun kimi tələbatı olan adam üçün parlaq karyera deyildi.

      – Olsun, – deyə qət etdi, – dərslər qurtarandan sonra gedərəm.

      – Məktəbdə dərslər qurtarana qədər onunla danışsan yaxşı olar.Yoxsa başqa bir adam səni qabaqlayar. Axı belə bir işdə özünü sınamaq sənə zərər verməz.

      Yucin itaətlə:

      – Danışaram, – dedi.

      Bir dəfə günəşli aprel gününün sonunda o, mister Bercesin kontoruna daxil oldu. Bu kontor şəhər meydanında olan üçmərtəbəli qəzet binasının aşağı mərtəbəsində yerləşirdi. Nəzərə çarpacaq dərəcədə dazlaşmış, yoğun mister Berces polad çərçivəli eynəyinin üstündən sınayıcı nəzərlə Yucinə baxdı. Onun seyrək saçları ağarmağa başlamışdı.

      – Demək, siz qəzetdə işləməyə razısınız? – deyə o, gəncdən soruşdu.

      – Bəli,mən öz qüvvəmi bu işdə sınamaq istərdim, – deyə o, cavab verdi, görüm bu iş ürəyimə yatırmı?

      – Mən qabaqcadan sizə deyə bilərəm ki, bu işdə maraqlı cəhət azdır. Atanız mənə dedi ki, siz yazırsınız, eləmi?

      – Mən çox istərdim ki, yazım, lakin yəqin ki, bunun öhdəsindən gələ bilmərəm. Mən mətbəə işini məmnuniyyətlə öyrənərdim. Əgər mənim yazdıqlarımdan bir şey çıxsa, vaxt gələr, yazmağa da başlayaram.

      – Bəs siz nə vaxt işə başlaya bilərsiz?

      – Etiraz etməsəniz, məktəbdə dərslər qurtaran kimi.

      – Eybi yoxdur. Əslində mənə adam lazım deyil, lakin sizə bir iş taparam. Həftədə bir beşlik sizi təmin edirmi?

      – Tamamilə, ser.

      – Onda dərslərdən azad olan kimi gəlin, görüm sizin üçün nə etmək olar.

      O, şişman əlinin hərəkəti ilə gələcək mürəttibi yola saldı, üzərinə qəzetlər tökülmüş və yaşıl abajurlu elektrik lampası ilə işıqlandırılmış tünd qoz ağacından köhnə yazı stoluna doğru döndü. Yucin təzə mətbəə rənginin, hələ qurumamış qəzetlərin kəskin iyini özü ilə apararaq otaqdan çıxdı. “Sınamaq maraqlı olar, – deyə o düşünürdü, – lakin, yəqin, bu mənim üçün boş yerə vaxt itirmək olacaqdır”. Yucin Aleksandriya haqqında o qədər yüksək fikirdə deyildi. Bir zaman o buradan çıxıb gedəcəkdi.

      “Morninq Eppil” redaksiyası yer kürəsinin hər bir yerində olan başqa əyalət qəzetlərindən heç bir şeylə fərqlənmirdi. Birinci mərtəbədə pəncərələri küçəyə baxan kontor yerləşmişdi, onun arxasında isə yeganə yastı pres və çap maşınları dururdu. İkinci mərtəbədə mürəttibxana yerləşirdi. Burada yüksək stellajlarda şrift kassaları vardı, çünki ”Morninq Eppil” əksər əyalət qəzetləri kimi əl ilə yığılırdı. Orada, binanın ön hissəsində redaktorun, nəşriyyat müdirinin və şəhər xronikası müdirinin qoxumuş, sanki heç bir zaman havası dəyişilməyən kabineti yerləşirdi – qəzetdə hər üç vəzifəni eyni adam daşıyırdı. Bu, Mr. Kaleb Uilyams adlı birisi idi. Mister Berces onu bir neçə il bundan qabaq haradansa tapmışdı. Uilyams balacaboylu, arıq, damarları çıxmış, sivri qarasaqqallı, müsahibinə qara bəbəkləriylə qəribə baxan sönükgözlü bir adam idi. Fövqəladə çevik və söhbətcil, yaşıl papağının günlüyü həmişə alnına basılmış, ağzında qısa gavalı çubuğu olan Uilyams, müxtəlif iş və vəzifələrin öhdəsindən məharətlə gəlirdi. O, paytaxtda qəzet işində uzun illər boyu topladığı hər cür biliklər xəzinəsi idi. Qasırğalı həyat dənizində intəhasız doladıqdan sonra o, arvadı və üç uşağı ilə birlikdə, Aleksandriyada lövbər salmışdı. O iş gününü qurtardıqdan sonra ümumiyyətlə həyat haqqında, xüsusən öz həyatı haqqında kimlə olursa-olsun məmnuniyyətlə söhbət edərdi. Səhər saat səkkizdən günorta saat ikiyə qədər az-maz şəhər yenilikləri toplayar, ya özü yazar, ya da redaktə edərdi. Onun bütün vilayətə səpələnmiş çoxlu müxbirləri vardı. Bu müxbirlər ona həftədə bir dəfə yerli yeniliklərin icmalını göndərirdilər. “Assosşeytedt press” də onu bəzi şeylərlə təchiz edirdi. Həm də oxucunu hekayələr, təsərrüfat məsələləri, tibbi elanlar və sairə ilə cəlb edən iki səhifəlik “standart əlavələr” onun dadına çatırdı. Uilyams materialın çox hissəsini redaktə etmədən çapa verərdi.

      O rastına gələn hər kəsə deyirdi:

      – Çikaqoda bütün bunlara çox diqqət yetirərdik, ancaq burada bununla əlləşmək lazım gəlmir. Bir də ki, bizim oxucumuz əslində bunu tələb də etmir. O qəzetdə hər şeydən əvvəl yerli yeniliklərin verilməsini gözləyir. Bunları isə mən çox diqqətlə izləyirəm.

      Elan şöbəsini mister Berces özü idarə edirdi. Bundan başqa, o özü elanları təşkil edir və onları müştərilərin arzularına müvafiq olaraq yığılmasına, qəzet materiallarının imkan verilməsindən asılı olaraq və müştərilərin hüquq və СКАЧАТЬ