Dahi. Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Dahi - Теодор Драйзер страница 17

Название: Dahi

Автор: Теодор Драйзер

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8245-8-1

isbn:

СКАЧАТЬ bilər. Katibə bunun üçün Yucinin nə qədər verəcəyini də dedi. O öyrəndi ki, hər qrupun öz adlı-sanlı və sanballı müəllimi (lakin bu saat Yucinin onlardan birinə müraciət etməsinə lüzum yoxdur) və öz qrup başçısı vardır. Oxuyanlardan vicdanla işləmək tələb olunur – bu tələb onların özlərinin xeyrinədir. Yucin sinifləri görmədi, lakin onda elə bir təəssürat oyandı ki, burada hər bir bucaq incəsənətlə qidanlanmışdır: hətta dəhlizlər və iş otaqları belə zərif bəzənmişdi. Hər yerdə gipsdən qayrılmış əllər, ayaqlar, gövdələr, sağrılar və başlar asılmışdır.

      Yucinə elə gəlirdi ki, o açıq qapıda durub yeni dünyaya baxır. O sevinclə öyrəndi ki, ona illüstrasiya sinfində tuşla və ya rənglə şəkil çəkməyi öyrənmək, həmçinin, əgər arzu edirsə, axşamlar canlı natura sinfində məşğul olmaq və heç bir əlavə haqq vermədən saat beşdən altıya qədər eskiz sinfinə getmək imkanı verilir. Ona verilən çap edilmiş prospektdən canlı natura sinfində görüləcək işin çılpaq modellərə – kişi və qadınlara baxıb şəkil çəkməkdən ibarət olduğunu bildikdə, o bir qədər heyrətləndi. O, doğrudan da, yeni dünya yolunda idi. Bu dünya ona təbii və zəruri görünürdü, lakin eyni zamanda oradan nədənsə əlçatmazlıq qoxusu gəlirdi, bu da qapısı ancaq ən istedadlılar üçün açıq olan müqəddəs məbədgah haqqında fikir oyadırdı. Onun istedadı varmı? Səbr edin! O, kobud bir əyalətçi olsa da, hələ özünü göstərəcəkdir.

      Yucin əvvəla, məşğələləri bazar ertəsi, çərşənbə və cümə günləri saat yeddidən ona qədər olan canlı natura sinfinə, ikincisi, məşğələləri hər gün beşdən altıya qədər olan eskiz sinfinə yazılmağı qərara aldı. O anlayırdı ki, insan bədəninin quruluşu və anatomiyası haqqında çox az bilir, daha doğrusu heçnə bilmir və bunun üzərində işləmək daha yaxşı olar. Kostyum və illüstrasiya gözləyə bilər, peyzajlara, daha dəqiq deyilsə, onu xüsusilə cəlb edən şəhər mənzərələrinə gəldikdə, əsas şeyləri mənimsəyənə qədər bunu təxirə salmaq lazımdır.

      Yucin, daha böyük kompazisiyalar üçün xırda eskiz və kiçik detallar istisna edilərsə, bu vaxta qədər insan sifəti, yaxud fiqurası çəkməyə heç bir zaman təşəbbüs etməmişdi. İndi onun qarşısında canlı naturadan kömürlə baş, yaxud bədən eskizi götürmək məsələsi dururdu, bu da onu qorxudurdu. O bilirdi ki, ona on beş-iyirmi tələbə ilə bir sinifdə işləmək lazım gələcəkdir, bu tələbələr onun işini görəcək və tənqid edəcəklər. Həftədə iki dəfə müəllim onları yoxlamalıdır. O, prospektdən öyrəndi ki, bir ay içərisində daha artıq müvəffəqiyyət qazananlar, hər dəfə sinif yeni işə başladığı vaxt yaxşı yer seçmək hüququ alır. Yucin müəllimləri Amerikanın incəsənət aləmində yaxşı tanınmış adamlar kimi təsəvvür edirdi – bunlar hamısı “M.A” – “milli akademiklər” idilər. Onun bəzi dairələrdə bu ada necə həqarətli münasibət bəsləndiyindən də xəbəri yox idi.

      Bir dəfə axşam, oktyabr ayının bazar ertəsi günlərindən birində Yucin hər şeyə izahat verən həmin prospektin göstərişlərinə riayət edərək, aldığı kağızdan bir neçə vərəq götürüb məşğələlərə başladı. O, parlaq işıqlandırılmış dəhlizə və siniflərə baxarkən bir qədər əsəbiləşirdi, yanından ötüb keçən oğlan və qızların görünüşü isə onun sakitləşməsinə heç də kömək etmirdi. Onların şənliyi və sərbəst hərəkətləri dərhal onun gözünə dəydi. Tələbələr maraqlı, mərd və əksərən gözəl kişi təsiri, talibələr isə incə, cəsarətli və özünə inanan gənc qız təsiri buraxırdılar. Yucinin fikrən qeyd etdiyi kimi, bu qızlardan biri, yaxud ikisi xüsusi, anlaşılmaz gözəlliklə fərqlənirdi. Bu, heyrətəlayiq bir aləm idi.

      Sinif otaqları da onu az təəccübləndirmədi. Onlar bu məqsədə çoxdan xidmət etdiklərindən, onların divarları başdan-başa palitralardan qazınan boyaya bulaşmışdı. Burada molbert adlı şey yox idi, yalnız kiçik stullar və skamyalar vardı. Yucin öyrəndi ki, tələbələr stulları qıçları yuxarı qoymaqla onlardan molbert kimi istifadə edirlər, skamyalar isə stulları əvəz edir. Sinfin ortasında adi stol hündürlüyündə səhnə düzəlmişdi. Naturaçı kişi və qadınlar çəkilmək üçün burada otururdular, otağın bir küncündə isə arakəsmə vardı ki, bunun arxasında onlar paltarlarını dəyişirdilər. Nə bir şəkil, nə də bir heykəl var idi, divarlar çılpaq idi, onlardan birinin yanında isə nə üçünsə royal qoyulmuşdu. Dəhlizlərdə və ümumi salonda müxtəlif vəziyyətlərdə bədən, yaxud onun hislərinin təsviri asılmışdı, bu isə səmimi gənc oğlan olan Yucin üçün çox cəlbedici idi. O, gizli bir hiss ilə bu şəkillərə baxır, lakin anlayırdı ki, belə bir fikirdə olduğunu heç kəsə etiraf etməməlidir; o özünə deyirdi ki, incəsənət adamları belə vəsvəsələrə laqeyd olmalı və özündə bu hisləri boğmalıdır. Axı onlar buraya qadınlar haqqında düşünməyə deyil, işləməyə gəlirlər.

      Məşğələlər üçün təyin olunmuş saat gəldikdə tələbələr vurnuxmağa və o tərəf-bu tərəfə qaçmağa, bəziləri öz aralarında məsləhətləşməyə başladılar və bir az sonra kişilər bir cərgədə, qadınlar isə o biri cərgədə olan otaqları tutdular. Yucin öz sinfində lap arakəsmənin yanında oturan və darıxdırıcı nəzərlə ətrafa baxan bir qız gördü. Qarasaçlı və qaragözlü bu qız qəşəng idi, onun üzü irlandiyalı olduğunu göstərirdi. Başında Polşa qadınlarının milli papağını xatırladan papaq və əynində qırmızı plaş var idi. Yucin onun naturaçı olduğunu düşünür və gizlində özündən soruşurdu ki, doğrudanmı o bu qızı çılpaq görəcəkdir. Bir neçə dəqiqədən sonra, hamı oturduğu zaman, cərgələrdə gur bir hərəkət əmələ gəldi. Otuz altı yaşlarında, ucaboylu, zahirən çox gözəl olan bir kişi ağır addımlarla sinfə daxil oldu. O gəzə-gəzə bütün otaqdan keçdi və diqqət toplamağı tələb etdi. Onun əynində köhnə boz yun kostyum, başında səliqəsiz halda yan qoyulmuş, ensiz kənarlı, darçını rəngli şlyapa var idi. O bu şlyapanı çıxarmağı lazım bilmədi. Pencəyinin altında qatlama yaxalıqlı mavi milli köynək görünürdü – bütün bunlar ona fövqəladə, özündən razı bir adam görünüşü verirdi. O, uzun və ensiz üzlü, möhkəm cizgiləri olan iri ağızlı, iri əl-ayaqlı, uca və qədd-qamətli bir kişi idi, dənizçi kimi yırğalana-yırğalana yeriyirdi. Yucin bunun onların müəllimi mister Templ Boyl olduğunu başa düşdü və onun indicə giriş nitqi şəklində bir şey irad edəcəyini gözlədi. Lakin o, ancaq məlumat verdi ki, sinif başçısı mister Uilyam Reyn təyin olunur və ümidvardır ki, intizam barəsində də boş yerə vaxt sərf etmək barədə şikayət etməyəcəkdir. Çərşənbə və cümə günləri o müntəzəm olaraq, işləri nəzərdən keçirəcək və əmindir ki, bütün tələbələr müvəffəqiyyətlə çalışacaqdır. Sonra sinfə işə başlamağı təklif etdi və gəldiyi kimi tələsmədən çıxıb getdi.

      Yucin tələbələrin birindən bunun həqiqətən də mister Boyl olduğunu öyrəndi. Gənc irlandiyalı qız arakəsmənin arxasına keçdi və Yucin öz yerindən onun soyunduğunu gördü. Bu, Yucini çaşdırdı, o bu qədər tələbənin içərisində həyəcanını üzə verməmək üçün özünü ələ aldı. Başqaları etdiyi kimi, o da stulu baş-ayaq qoydu və skamyada oturdu. Balaca qutuda olan kömür onun yanında idi. O, lövhənin üzərinə çəkilmiş kağızı hamarladı, zahiri sakitliyini mühafizə edərək səbrsizliklə gözlədi. Bəzi СКАЧАТЬ