Название: Qəbiristan
Автор: Muğanna İsa
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
isbn:
isbn:
– Hardan atdılar? – Sualın cavabı aydın olduğuna görə düşmən qəsəbə önündə çox da ağlamayıb, meyiti körpə balası ilə birlikdə qucağına qaldırıb, səndələyə-səndələyə evə apardı, sifətdən ən gözəl rus gözəllərindən də gözəl, bədəncə nəhəng, amma olduqca sim-metrik arvadı ilə ilk körpəsini taxtın üstünə endirib, dikəlib, avtomatı çiyninə keçirib, Mariyanın əli ilə ütülənmiş göyümtül ipək dəsmalla gözlərini, yanaqlarını sildi, qəddini düzəltdi.
Ev başdan-ayağa, qadınlı-kişili, camaatla dolmuşdu. Yoğun, tök-mərək Xəlvət Rəhim Qudalı ağır-ağır irəli yeridi, pencəyinin döş cibindən ovcu dolusu dollar çıxarıb körpənin bələyinin döşünə saldı.
– Yazıqlar!.. Heyf Mariyadan!.. Yaxşı dəfn elə, qara mərmərdən götürtdür üstünü. Əlimizdən nə gələr daha, ay oğul!.. Prokuro-rumuznan özüm danışaram, bədbəxtlərin qanını yerdə qoymasın. Mariyada gözü olan cavan çoxuydu bu üç para kənddə, bizim qəsəbədə. Tapılacaq qatil! E…
– Belə, bir sicilləmə danışıb camaatın ara-sına çəkildi, çünki bu ara qapının arxasından qulağına səslər dəyirdi: “Erməni donuzu xəlvət olammaz daha. Açılışır yavaş-yavaş. Niyə də qorxsun? İyirmi yanvar təkcə Bakını yox, elə kəndi-kəsəyi də sındırdı, qollarımız düşdü yanımıza. Hökumətimiz özü bunların tərəfində, başda Elçibəynən bir yerdə! Kim deyər kimin “elçisidi”?! Nazirləri küncdə-bucaqda, hərcmərclikdə, hərəsi bir batalyon, bir polk qoşun yığıb dörd yanına özünü, varyoxunu qoruyur. Elə bu erməniləri söyürlər, erməninin qabağınca gəlib Bakının küçə, meydanlarında yatışan tankların lülələrinə gül taxırlar! Elə bil heç bu tanklar boyamadılar qızıl qana Bakını!..” Bu sözləri Xəlvət qapıdan o yana deyirdi, Sudüşənə doğru meyillənə-meyillənə, ağır, çox patronlu naqanının qoburunu açıq saxlayıb, köhnə, təcrübəli silah adamı kimi özünü saymazyana tuturdu. Özünü kürəkəni Qrand Nəcəfə çatdırmağa: “Ay mart, deyəsən, axı, bu qanı tez tökdük bir az?” – demək istəyirdi. Nəcəf isə qayınatasının xəyalında qara qaya kimi dayanıb gülürdü: “Müsəlmanın sonrakı ağlı. Deyirlər bunların o tərifli Nəriman Nərimanovu da bizimkiləri qardaş sayırmış. “Bahadır və Sona” romanını oxumuş olsaydın, o Nəriman elə doğrudan da erməniynən müsəlmanın qardaşlığını istəyirmiş! Lap ayılacaqlar bu yaxınlarda gülləmizin qabağında. Cəmisi neçə il ke-çib biz müsəlmanı dağlardan asta-asta bəri itələdiyimizdən, a qayınata? O qırx səkkizinci il, bu da doxsanıncı il, cəmisi eləyir qırx il, hələ də baş açmırlar görəsən bu nə həngamədi, birdən-birə mitinq-zad başlandı. Bakının Lenin meydanında! inan, a qayınata, bax, bu camaatdan biri də qanmır ki, bütün Azərbaycan fasfarağat durduğu yerdəcə o saqqallı gədə, Nemətdi nədi, niyə tribunaya qalxdı ki, biz rus zülmündən azad olmalıyıq!” Onun dalıyca Elçibəy bar-bar bağırdı.
Şairləri Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Xəlil Rza, – birdimi, beşdimi?!
Qrand Nəcəf hər gün danışdığı bu “meydan əhvalatını” indi də qayınatasının xəyalında danışır, susmaq bilmirdi. “Camaat qoyun sürüsü təki tökülürdü o meydana, a qayınata! Heç fikirləşən də yoxdu ki, rus ordusu budu ha, Bakının Salyanski kazarmasında!.. Mən açıq danışırdım ey, ay qayınata, gülürdüm, açıqca deyirdim: “Mı perestrelyayem vas vsex. Azərbaycan isçeznet, vmesta Azərbaycana mı, sozdadim Velikuyu Armeniyu – ot morya do morya” inanan yoxdu, a kişi!..” Bu cür xəyali danışıq arasında birdən Xəlvət, Səminin çəkmələrinin tanış, iti addım səslərini eşitdi. Səmi pulu bələyin döşündən çıxartmışdı, Xəlvətin geri çevrildiyini görən kimi qaramtul, göyümtül, zəhmli dollar dəstəsini onun üzünə şappıldatdı. Əli tətikdə idi. Amma indi xeyli ayılmışdı; dəlilsiz- sübutsuz öldürmək istəmədi.
– Rədd ol burdan, gözüm görməsin səni! – dedi.
Səminin anası, Səməd Əmirlinin arvadı, el arasında Torksin Diniş çağrılan da min doqquz yüz səksən səkkizinci ilin dekabrında, üç yaşlı körpəsi “Midi” çağrılan Mədədin əli əlində Sudüşəndən, bacılığı, rəfiqəsi Mariyagildən çıxıb Əmirlilər mülkünə gedəndə eynilə bu cür, yəni Mariya kimi iki güllə ilə arxadan vurulmuşdu. Bəs uşağı – Midini nə əcəb sağ qoymuşdular? Deyirdilər: “Sirri var bunun, yəqin bir gün açılar. “Qocamanımız” (yəni rayonun əslən laçınlı prokuroru) bilir hər şeyi, amma əli daş altdadı, dillənəmmir hələ” – deyirdilər. İndi o beş yaşlı körpə, yenidən yetim qalmış kimi, taxtın ayaq tərəfində büzüşüb sızıldayırdı. Bu sızıltıdan başqa içəridə tək-tək pıçıltılar eşidilirdi:
– Qırx səkkizdəki, əllidəkitək olacaq, ay camaat, deyəsən, axı, çox əl-ayaq açıb erməni!
Son vaxtlar “erməni” söhbəti düşəndə, camaatın yığın yerlərində söz-söhbət uzanıb siyasi-ictimai, milli məsələlərə çıxırdı.
– Vaxt vardı, kartofa möhtacdı erməni. İl on iki ay qoltuğumuza qısılırdılar: “Kirvəcan! Kirvəcan!..” Bəziləri millətini də danır-dı: “Biz da ela sızdanıx dana, a kirvə, dilimiz ayrılıb, əmbə özümüz, sir-sifətimiz ela sızdanıx da!” indi ayrı cür danışır erməni. Gedin Qrand Nəcəfə qulaq asın, səhərdən axşamacan gülür bizə! “Millət deyilsiniz, ay müsəlmanlar” – deyir.
– Bizim Qonaqlının adı niyə Qonaqlıdı? Biz özümüz beşbir-onbir gətirməmişikmi bunları?.. “Müsəlmanıq” deyirdik özümüzə. Elə onda da gülürdü erməni. “Əşi, müsəlmanlıq dindi, etiqaddı, ay küt qonaqlılar. Millətiniz nədi? Millətiniz! Direktor Ələsgər müəllim deyirdi: “Bizi İraqdan – ƏrAğdan qova-qova, sürə-sürə buralara səpələyiblər. Əslimin adı gurultuludu: Od Orləri! Yəni OdƏrik. Dilimizə də OdƏr dili demişik. Sonra – Müsəlman milləti! Tfu! insan belə azır bax!..”
Qonaqlılar duruxurdular. “Bəs, Stalin yoldaş bizə niyə deyib ki, vı ne turki, vı azerbaydjansı?” Ələsgər müəllim nazik boynunu aşağı sallayıb: “Məni xataya salacaqsınız axırda. “Türk” nədi, “Osmanlı” nədi, ay yazıqlar?! Qreknən, Ərəblərnən, Asorularnan vuruşa-vuruşa, bölük-bölük olublar, Afrikaya, Orta Asiyaya nə bilim, Avropaya!.. OdƏr-dilər, OdƏr! Bilin bunu…
Bakının bu yaxınlara qədər Lenin meydanı, indi isə “Azadlıq meydanı” adlanan genişliyində bəstəboy, ağbəniz bir oğlan – əsl adını ən yaxın qohumlarından başqa heç kəs bilməyən, “Pünhan” ləqəbli jurnalist gah köhnə hökumət evinin divarları səmtində, dünən rus tanklarının saldığı tırtıl izlərinə, gah da orda-burda asfaltın çuxurlarında qaralıb daşlaşmış qan ləkələrinə baxa-baxa gəzinir, ötüb keçmiş “Azadlıq hərəkatı” deyilən qələbəlikdən qalan kağız-kuğaz, qəzet cırıqlarını təpikləyə-təpikləyə elə bil nə isə axtarırdı. İri, biçimli, yaşıla çalan gözlərində hərdən nəm parıldayırdı, nəmdən saçaqlanan işıq içində bir çiyni silahlı adamın qaraltısını görüb, xırp dayandı: Gördüyü adam Səmi idi. Bunlar hər ikisi Arazın bu tayında Əmirli familiyası, o tayda isə farsın dilində “Zərdüşt” şəklində mənasız sözə çevrilmiş Ulu Bağ SarOdƏsin Pəhləvi СКАЧАТЬ